İmmuniteti həqiqətən nə gücləndirir? Həkim AÇIQLADI
Tibb 02 Noyabr 2026, 10:00
2329
Son illər immunitetin gücləndirilməsi ilə bağlı cəmiyyətdə müxtəlif fikirlər və tövsiyələr geniş yayılıb. Xüsusilə soyuqdəymə və mövsümi xəstəliklər zamanı zəncəfil, bal, limon və digər təbii məhsulların qəbulunun immun sistemini gücləndirdiyi iddia olunur. Bir çox insan orqanizmin müdafiə qabiliyyətini artırmaq üçün müxtəlif qida məhsullarından və vitaminlərdən istifadə edir. Lakin immunitetin fəaliyyəti yalnız müəyyən qidaların qəbulu ilə məhdudlaşmır. Orqanizmin müdafiə sistemi mürəkkəb mexanizmdir və onun normal fəaliyyəti üçün bir çox amillər vacibdir.
Terapevt Cəmaləddin Bağırov Citypost.az-a açıqlamasında bildirib ki, immuniteti düzgün anlamaq üçün ilk növbədə onun orqanizmdə hansı funksiyanı yerinə yetirdiyini bilmək lazımdır. Onun sözlərinə görə, immun sistemi insan orqanizmini zərərli mikroorqanizmlərdən, viruslardan, bakteriyalardan və müxtəlif infeksiyalardan qoruyan müdafiə mexanizmidir.
Həkim qeyd edib ki, immuniteti şərti olaraq insan orqanizmini qoruyan bir orduya bənzətmək olar. Bu ordunun əsasını müxtəlif immun hüceyrələri təşkil edir. Onlar orqanizmə daxil olan zərərli mikroorqanizmləri tanıyır, onlara qarşı mübarizə aparır və infeksiyaların yayılmasının qarşısını almağa çalışırlar. İmmun sisteminin əsas vəzifəsi yalnız xəstəlik törədicilərini məhv etmək deyil, eyni zamanda orqanizmin daxili tarazlığını qorumaqdır.
Cəmaləddin Bağırovun sözlərinə görə, immun sisteminin fəaliyyətində bağırsaqların da mühüm rolu var. İmmun sisteminin hüceyrələrinin və immun toxumalarının əhəmiyyətli hissəsi həzm sistemi ilə əlaqəlidir. Bunun əsas səbəbi isə qida ilə birlikdə orqanizmə çoxsaylı mikroorqanizmlərin daxil olmasıdır. İnsan hər gün müxtəlif qidalar qəbul edir və həzm sistemi xarici mühitlə daim təmasda olur. Bu səbəbdən bağırsaqlar orqanizmin müdafiə sisteminin mühüm mərkəzlərindən biri hesab edilir.
Həkim bildirib ki, bağırsaqlarda yaşayan faydalı mikroorqanizmlər, yəni mikrobiota immun sisteminin normal fəaliyyətinə kömək edir. Bu mikroorqanizmlər həzmdə iştirak etməklə yanaşı, zərərli mikrobların çoxalmasına qarşı da müəyyən müdafiə mexanizmləri yaradırlar. Bağırsaq mikrobiotasının tarazlığının qorunması immun sisteminin sağlam fəaliyyəti baxımından əhəmiyyətlidir.
Onun sözlərinə görə, insanlar immunitetlərini qorumaq üçün yalnız zəncəfil, bal və ya limon kimi məhsullara ümid etməməlidirlər. Bu qidalar sağlam və balanslı qidalanmanın bir hissəsi ola bilər, lakin onların heç biri təkbaşına immun sistemini gücləndirən möcüzəvi vasitə hesab edilə bilməz. İmmunitetin normal fəaliyyəti üçün müxtəlif qida maddələrinin qəbul edilməsi, bağırsaq sağlamlığının qorunması və orqanizmin ümumi vəziyyətinə diqqət yetirilməsi vacibdir.
Terapevt xüsusilə antibiotiklərin nəzarətsiz istifadəsi məsələsinə diqqət çəkib. O bildirib ki, insanlar hər dəfə xəstələndikdə dərman qəbul etməyə, xüsusilə də antibiotiklərdən istifadə etməyə tələsməməlidirlər. Çünki antibiotiklər viruslara qarşı təsir göstərmir və yalnız bakterial infeksiyalarda, müvafiq tibbi göstəriş olduqda istifadə edilməlidir.
Həmçinin oxuyun
Cəmaləddin Bağırov qeyd edib ki, antibiotiklərin əsassız və tez-tez qəbulu bağırsaq mikrobiotasının tarazlığını poza bilər. Bu preparatlar zərərli bakteriyalarla yanaşı, bağırsaqlarda yaşayan faydalı bakteriyaların da bir hissəsinə təsir göstərir. Nəticədə həzm sistemində müəyyən problemlər yarana, mikrobiotanın bərpası isə vaxt tələb edə bilər. Bundan başqa, antibiotiklərin nəzarətsiz istifadəsi bakteriyalarda antibiotiklərə qarşı davamlılığın yaranmasına səbəb olur. Bu isə gələcəkdə infeksiyaların müalicəsini çətinləşdirən ciddi problemlərdən biridir.
Həkimin fikrincə, orqanizmin müdafiə sistemini qorumaq üçün hər xəstəlik zamanı dərman qəbul etmək düzgün yanaşma deyil. İmmun sisteminin normal işləməsi üçün sağlam həyat tərzi, düzgün qidalanma, kifayət qədər yuxu və fiziki aktivlik mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, infeksiyalardan qorunmaq üçün gigiyena qaydalarına əməl etmək və peyvəndlər barədə həkim tövsiyələrini nəzərə almaq lazımdır.
O vurğulayıb ki, immuniteti qorumaq adı altında müxtəlif preparatları və antibiotikləri özbaşına qəbul etmək əvəzinə, orqanizmin təbii müdafiə mexanizmlərinin normal fəaliyyətinə şərait yaradılmalıdır. Xəstəlik əlamətləri yarandıqda isə onların səbəbi müəyyənləşdirilməli və müalicə buna uyğun aparılmalıdır.
Beləliklə, immuniteti gücləndirmək yalnız bal, zəncəfil və digər təbii məhsulların qəbulu ilə mümkün deyil. Orqanizmin müdafiə sistemi bütöv mexanizmdir və onun sağlamlığı üçün bağırsaq mikrobiotasının qorunması, balanslı qidalanma, düzgün həyat tərzi və dərmanlardan, xüsusilə antibiotiklərdən, yalnız zəruri hallarda istifadə edilməsi vacibdir.
Yeganə
Diş ətindəki ağrısız şişkinlik təhlükəli xəstəliyin əlaməti ola bilər – Stomatoloqdan xəbərdarlıq
Diş ətində yaranan kiçik şişkinlik, qızartı və ya digər dəyişikliklər bir çox insan tərəfindən ciddi qəbul edilmir. Xüsusilə ağrı olmadığı zaman insanlar bu əlamətlərin öz-özünə keçəcəyini düşünərək stomatoloqa müraciəti təxirə salırlar. Halbuki diş ətində müşahidə olunan kiçik bir şişkinlik bəzən dişin kök nahiyəsində və ya ətraf toxumalarda gedən iltihabi prosesin göstəricisi ola bilər. Belə problemlər vaxtında aşkarlanmadıqda dişin ətrafındakı yumşaq toxumaların və sümük toxumasının zədələnməsinə, hətta dişin itirilməsinə gətirib çıxara bilər.Bəs diş ətində ağrı verməyən şişkinlik hansı xəstəliklərdən xəbər verir? Bu əlamət nə zaman təhlükəli hesab olunur və dişi itirmək riskinin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?Mövzu ilə bağlı stomatoloq...
13 Noyabr 2026, 10:30
Sinə ağrısını özbaşına reflüks hesab etməyin – Qastroenteroloqdan xəbərdarlıq
Mədə-bağırsaq sistemi xəstəlikləri müasir dövrdə geniş yayılmış sağlamlıq problemləri sırasındadır. Xüsusilə qastroezofageal reflüks xəstəliyi (QERX) insanların gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərən problemlərdən biridir. Mədə turşusunun qida borusuna geri qayıtması nəticəsində yaranan bu xəstəlik qıcqırma, döş sümüyü arxasında yanma, boğaza acı və ya turş mayenin gəlməsi, göynəmə kimi əlamətlərlə özünü göstərə bilər. Bəzi insanlar bu şikayətləri adi həzm pozuntusu hesab edərək uzun müddət həkimə müraciət etmir, apteklərdən özbaşına dərman alaraq qəbul edirlər. Lakin simptomların müvəqqəti azalması xəstəliyin tam müalicə olunduğu anlamına gəlmir.Mövzu ilə bağlı qastroenteroloq Şahnaz Atayeva Citypost.az-a açıqlamasında bildirib ki, gündəlik tibbi praktikada reflüks və digər xroniki mədə-bağırsaq xəstəliklərindən...
13 Noyabr 2026, 09:30
Ailə insanı gündəlik stressdən necə qoruyur? – Kardioloq-terapevtdən maraqlı açıqlama
Müasir dövrdə insanların gündəlik həyatı gərginlik, məsuliyyət, iş qayğıları və müxtəlif problemlərlə müşayiət olunur. İnsan hər gün həm sosial münasibətlərdə, həm iş həyatında, həm də şəxsi müstəvidə müəyyən çətinliklərlə üzləşir. Bu gərginliyin öhdəsindən gəlmək üçün isə onun etibar edə biləcəyi, özünü rahat və təhlükəsiz hiss etdiyi bir mühitə ehtiyacı var. Belə mühitin əsasını çox vaxt ailə təşkil edir. Sağlam ailə münasibətləri insanın emosional tarazlığını qorumağa, stressin təsirlərini azaltmağa və gündəlik çətinliklər qarşısında daha güclü olmağa kömək edə bilər.Bəs ailə insanın stressdən qorunmasında hansı rolu oynayır? Ailə daxilində mənəvi dəstəyin və qarşılıqlı anlaşmanın olmaması insanın psixoloji vəziyyətinə necə təsir göstərir? Ailədə...
13 Noyabr 2026, 08:30
İnqalyasiya uşaqlara zərərlidirmi, asılılıq yaradırmı? – Pediatrdan valideynlərə vacib xəbərdarlıq
Uşaqlarda öskürək, bronxit, bronxial astma və digər tənəffüs sistemi xəstəlikləri zamanı istifadə olunan müalicə üsullarından biri də inqalyasiyadır. Xüsusilə soyuqdəymə və respirator infeksiyaların artdığı dövrlərdə valideynlər uşaqlarına inqalyasiya etdirməyə üstünlük verirlər. Lakin bu üsulla bağlı cəmiyyətdə bir sıra suallar və yanlış təsəvvürlər mövcuddur. Bəzi valideynlər inqalyasiyanın uşağın ağciyərlərinə zərər verəcəyindən, digərləri isə uzun müddət istifadə edildikdə asılılıq yaradacağından narahat olurlar. Əslində, inqalyasiya düzgün dərman, uyğun doza və həkim göstərişi ilə tətbiq edildikdə tənəffüs yolu xəstəliklərinin müalicəsində faydalı üsullardan biri hesab olunur.Pediatr Günay Rəsulova bu barədə Citypost.az-a açıqlamasında bildirib ki, inqalyasiya müasir tibbdə geniş istifadə edilən müalicə üsullarındandır və onun əsas...
12 Noyabr 2026, 11:00
Təkrarlanan boğulma tutmaları panik atak yaradır? – ALLERQOLOQ CAVAB VERDİ
Bronxial astma yalnız tənəffüs yollarına təsir göstərən xəstəlik deyil, uzun müddət nəzarətsiz qaldıqda insanın psixoloji vəziyyətinə və gündəlik həyatına da ciddi təsir edə bilər. Xüsusilə təkrarlanan boğulma tutmaları, nəfəs darlığı və hava çatışmazlığı hissi yaşayan xəstələrdə zamanla güclü təşviş, həyəcan və panik atak əlamətləri meydana çıxa bilər. Belə insanlar hər an yenidən boğulma tutması keçirəcəklərindən, nəfəs ala bilməyəcəklərindən, hətta həyatlarını itirəcəklərindən qorxurlar.Allerqoloq Gülnar Quliyeva bu barədə Citypost.az-a açıqlamasında bildirib ki, bronxial astmadan uzun müddət əziyyət çəkən, lakin düzgün və davamlı müalicə almayan pasiyentlərdə belə psixoloji problemlərə tez-tez rast gəlinir. Onun sözlərinə görə, təkrarlanan boğulma tutmaları xəstələrdə yalnız fiziki narahatlıq yaratmır,...
12 Noyabr 2026, 10:00
Təmiz angioqrafiya ürək problemini tam istisna etmir – KARDİOLOQDAN XƏBƏRDARLIQ
Sinədə göynəmə, yanma və ağrı şikayətləri ilə həkimə müraciət edən bəzi xəstələrdə aparılan müayinələr gözlənilməz nəticə ortaya çıxarır. Belə ki, xəstənin fiziki yüklənmə zamanı ürəyində qan dövranı pozuntusuna işarə edən əlamətlər müşahidə olunur, treadmill testinin nəticəsi müsbət çıxır. Lakin daha sonra aparılan koronar angioqrafiya zamanı ürəyi qidalandıran əsas damarlarda hər hansı ciddi daralma və ya tıxanıqlıq aşkarlanmır. Bu isə xəstələrdə haqlı olaraq sual yaradır: Əgər ürək damarları təmizdirsə, bəs sinədəki ağrı və yanmanın səbəbi nədir?Kardioloq Sahilə Tacəddinova bu barədə Citypost.az-a açıqlamasında bildirib ki, belə hallarda söhbət ürəyin kiçik damarlarında qan dövranının pozulması ilə əlaqəli olan və kardiologiyada mikrovaskulyar angina, yaxud...
12 Noyabr 2026, 09:00