Bizə yazın

Baku

-°C

USD

-

Ana övladını mirasdan kənarlaşdıra bilərmi? Vəkil izah etdi

Hüquq 02 Noyabr 2026, 09:30

2192

Valideynlərin öz əmlaklarını övladları arasında necə bölüşdürməsi, xüsusilə də valideynlərdən birinin bütün mülkünü yalnız bir övladına vermək istəməsi hüquqi baxımdan tez-tez müzakirə olunan məsələlərdəndir. Bəzi hallarda ana və ya ata övladlarından birinə əmlak bağışlamaq, digər övladının isə həmin mülkdən pay almasını istəmir. Bu zaman sual yaranır: valideyn sağlığında öz əmlakını istədiyi övladına bağışlaya bilərmi? Digər övlad sonradan bu qərara etiraz edə və əmlakdan məcburi pay tələb edə bilərmi?

Vəkil Mirhüseyn Həbibi Citypost.az-a açıqlamasında bildirib ki, şəxs sağ olduğu müddətdə öz mülkiyyətində olan əmlak barəsində sərəncam vermək hüququna malikdir. Bu hüquq ona əmlakını satmaq, bağışlamaq və ya digər qanuni üsullarla özgəninkiləşdirmək imkanı yaradır. Yəni ana öz adına olan əmlakı övladlarından birinə bağışlamaq istəyirsə, digər övladının razılığını almaq zərurəti, bir qayda olaraq, yaranmır.

Vəkilin sözlərinə görə, bağışlama müqaviləsi əmlak sahibinin iradəsi əsasında həyata keçirilən hüquqi əməliyyatdır. Ana öz mülkiyyətində olan evi, mənzili, torpaq sahəsini və ya digər daşınmaz əmlakı istədiyi övladına bağışlaya bilər. Bu zaman o, əmlakın digər övladına verilməməsi barədə də qərar qəbul edə bilər. Belə bir seçim şəxsin mülkiyyət hüququndan irəli gəlir və mülkiyyətçi sağ olduğu müddətdə öz əmlakının taleyini müəyyən etməkdə sərbəstdir.

Mirhüseyn Həbibi qeyd edib ki, burada diqqət yetirilməli əsas məqamlardan biri bağışlama müqaviləsindən sonra əmlak sahibinin vəfat etməsi ilə bağlıdır. Belə ki, əmlakın sağlığında bir övlada bağışlanması gələcəkdə digər vərəsələrin heç bir halda hüquq tələb edə bilməyəcəyi anlamına gəlmir. Qanunvericilikdə müəyyən hallarda vərəsələrin məcburi pay hüququnun qorunması nəzərdə tutulur.

Vəkil bildirib ki, bağışlama həyata keçirildikdən sonra əmlak sahibi vəfat edərsə, müəyyən şərtlər daxilində digər vərəsələr həmin bağışlamanın onların məcburi pay hüququna təsir göstərdiyini iddia edə bilərlər. Belə vəziyyətdə bağışlama müqaviləsinin bağlandığı tarixlə əmlak sahibinin vəfat etdiyi tarix arasındakı müddət xüsusi əhəmiyyət daşıyır. Vəkilin izahına görə, bağışlama ilə ölüm tarixi arasında iki il keçməyibsə, vərəsələr məhkəməyə müraciət edərək onlara düşən məcburi payın tamamlanmasını tələb edə bilərlər.Məcburi pay dedikdə isə qanunla müəyyən edilmiş vərəsəlik hüququna malik şəxsin mirasdan almalı olduğu payın müəyyən hissəsi nəzərdə tutulur. Bu pay, ümumi qaydaya əsasən, həmin vərəsəyə qanun üzrə vərəsəlik zamanı düşəcək payın yarısı həcmində müəyyən edilir. Başqa sözlə, şəxs vəsiyyətnamə tərtib etməklə və ya əmlakını bağışlamaqla müəyyən vərəsələrin məcburi pay hüququnu bütün hallarda aradan qaldıra bilməz.

Vəkil diqqətə çatdırıb ki, bu məsələdə hər bir ailənin və əmlakın hüquqi vəziyyəti ayrıca qiymətləndirilməlidir. Əmlakın kimin adına rəsmiləşdirilməsi, bağışlama müqaviləsinin nə vaxt bağlanması, mülkiyyətçinin nə zaman vəfat etməsi və qanun üzrə hansı şəxslərin vərəsə hesab olunması hüquqi nəticəyə təsir göstərə bilər.

Beləliklə, ana sağlığında öz mülkünü istədiyi övladına bağışlamaq və digər övladını həmin əmlakdan kənarda saxlamaq hüququna malikdir. Lakin bağışlama müqaviləsinin bağlanması gələcəkdə məcburi payla bağlı mübahisələrin yaranmasını tamamilə istisna etmir. Xüsusilə bağışlama ilə mülkiyyətçinin vəfatı arasında iki il keçmədiyi hallarda digər vərəsələrin məhkəmə yolu ilə öz məcburi pay hüquqlarını tələb etməsi məsələsi gündəmə gələ bilər.

Yusif 

Problemlərinizi bizə bildirin

077 323 55 66

Uzun illər işləyən şəxsi işdən çıxarmaq olarmı? – VƏKİL AÇIQLADI

Uzun illər eyni müəssisədə çalışan şəxslərin işdən azad edilməsi məsələsi əmək münasibətlərində tez-tez mübahisələrə səbəb olur. Xüsusilə onilliklərlə bir müəssisəyə xidmət edən, əmək fəaliyyətinin böyük hissəsini həmin iş yerində keçirən şəxslər işdən çıxarılmaq ehtimalı ilə üzləşdikdə hüquqlarının necə qorunacağını bilmək istəyirlər. Bəzən işəgötürən işçiyə ərizə yazaraq öz xahişi ilə işdən ayrılmağı təklif edir, bəzən isə müxtəlif intizam tənbehləri tətbiq etməklə onunla əmək münasibətlərinə xitam verməyə çalışır.Bəs 23 ildir səhiyyə sahəsində sürücü işləyən, hazırda 57 yaşı olan şəxsi işdən çıxarmaq mümkündürmü? İşəgötürən bunun üçün hansı hüquqi əsaslara malik olmalıdır? Uzun müddət eyni müəssisədə işləmək işçiyə əlavə təminat verirmi? Əsassız töhmət və...

11 Noyabr 2026, 11:40

Babadan qalan evin bölgüsündə nələrə diqqət etmək lazımdır? – Vəkil AÇIQLADI

Ailə üzvlərindən birinin vəfatından sonra geridə qalan əmlakın bölüşdürülməsi bir çox hallarda varislər arasında hüquqi mübahisələrə səbəb olur. Xüsusilə miras qoyan şəxsin övladlarından biri vəfat etdikdə, ona çatmalı olan payın sonrakı nəsil tərəfindən tələb edilməsi məsələsi ortaya çıxır. Belə vəziyyətlərdə vətəndaşlar hansı qaydada hərəkət etməli olduqlarını, birbaşa məhkəməyə müraciət etməyin vacib olub-olmadığını və vəkil tutmadan miras hüququnu rəsmiləşdirə bilib-bilməyəcəklərini dəqiqləşdirmək istəyirlər.Məsələn, baba vəfat edib, onun iki oğlu olub. Oğullardan biri – yəni vətəndaşın atası da sonradan dünyasını dəyişib. Əmisi isə üç övlad qoyub, atanın yalnız bir qızı var. Bundan başqa, atanın rəsmi nikahda olduğu ikinci həyat yoldaşı da mövcuddur, lakin...

11 Noyabr 2026, 10:40

Başqa rayona köçən şəxslər qeydiyyat üçün neçə gün müddətə malikdir?

Vətəndaşların bir rayondan digərinə köçməsi, müəyyən müddət ərzində başqa şəhərdə və ya yaşayış məntəqəsində qalması zamanı qarşılaşdıqları məsələlərdən biri də yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdır. Bəzən insanlar iş, təhsil, ailə vəziyyəti və ya digər səbəblərdən yaşadıqları ünvanı müvəqqəti dəyişirlər. Lakin bir çox hallarda yeni ünvanda uzun müddət qalmalarına baxmayaraq, müvafiq qeydiyyat prosedurunu yerinə yetirmirlər. Bu isə qanunvericilik baxımından inzibati məsuliyyət məsələsini gündəmə gətirə bilər.Citypost.az xəbər verir ki, qanunvericiliyə əsasən, vətəndaşın başqa rayona və ya şəhərə getməsi, orada müvəqqəti qalması avtomatik olaraq cərimə olunacağı anlamına gəlmir. Burada əsas məsələ həmin şəxsin əvvəlki yaşayış yerindən kənarda nə qədər müddət qalması...

10 Noyabr 2026, 11:00

Piyada qəfil yola çıxarsa, sürücü həbs olunmalıdırmı? – Vəkil DANIŞDI

Yol-nəqliyyat hadisələri zamanı piyadanın avtomobilin qarşısına qəfil çıxması və sürücünün əyləci basmasına baxmayaraq toqquşmanın qarşısını ala bilməməsi ciddi hüquqi mübahisələrə səbəb olur. Belə hadisələrdə ən çox müzakirə edilən məsələlərdən biri də piyadanın həyatını itirməsi halında sürücünün avtomatik olaraq cinayət məsuliyyətinə cəlb edilib-edilməməsidir. Halbuki hüquqi baxımdan insan ölümünün baş verməsi ilə sürücünün cinayət törətməsi eyni məna daşımır. Burada əsas məsələ hadisənin hansı şəraitdə baş verməsi, sürücünün yol hərəkəti qaydalarına əməl edib-etməməsi və qəzanın qarşısını almaq üçün real texniki imkanının olub-olmamasıdır.Vəkil Sərdar İsmayılov Citypost.az-a açıqlamasında bildirib ki, yol-nəqliyyat hadisəsi nəticəsində piyadanın ölməsi sürücünün avtomatik şəkildə cinayət törətmiş hesab olunması demək deyil. Cinayət...

10 Noyabr 2026, 10:00

Marka hüququ pozulanda hansı hüquqi yol var? – Vəkil izah etdi

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər arasında yaranan mübahisələrin mühüm bir hissəsini əqli mülkiyyət hüquqlarının pozulması ilə bağlı məsələlər təşkil edir. Xüsusilə bir sahibkarlıq subyektinin digərinə məxsus əmtəə nişanından, ticarət adından və ya tanınmış markadan qanunsuz istifadə etməsi həm hüquqi, həm də iqtisadi baxımdan ciddi problemlərə səbəb olur. Belə hallar bazarda sağlam rəqabət mühitinə zərər vurmaqla yanaşı, öz məhsulunun tanıdılması və müştəri bazasının formalaşdırılması üçün uzun müddət və vəsait sərf etmiş sahibkarın maraqlarını da təhlükə altına qoyur.Vəkil Bəhruz Orucov Citypost.az-a açıqlamasında bildirib ki, əqli mülkiyyət hüquqlarının pozulması ilə bağlı mübahisələr də kommersiya mübahisələri hesab olunur. Çünki bu mübahisələr, bir qayda...

10 Noyabr 2026, 09:00

İllərlə kommunal pul ödəmək evin sahibi olmaq deməkdir? – VƏKİLDƏN AÇIQLAMA

Uzun illər ərzində bir evdə yaşamaq, həmin əmlakın kommunal xidmətlərindən istifadə etmək və bütün ödənişləri öz hesabına həyata keçirmək bir çox insanda həmin evə mülkiyyət hüququnun yarandığı barədə fikir formalaşdırır. Xüsusilə də 20-30 il ərzində elektrik enerjisi, qaz, su və digər kommunal xərcləri ödəyən şəxslər bu ödənişlərin əsasında evə çıxarış ala bilib-bilməyəcəkləri ilə maraqlanırlar. Bəs uzun müddət kommunal ödənişlərin edilməsi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması üçün kifayət edirmi?Vəkil Mircavad Miriyev Citypost.az-a açıqlamasında bildirib ki, ümumi qaydada kommunal xidmətlərə görə ödənişlərin edilməsi şəxsin həmin daşınmaz əmlak üzərində avtomatik mülkiyyət hüququ əldə etməsi demək deyil. Lakin bu ödənişlər müəyyən hallarda əmlaka...

09 Noyabr 2026, 11:00