Bizə yazın

Baku

-°C

USD

-

Ananın xəyanəti uşağın ondan alınması üçün əsasdırmı? – Vəkildən AÇIQLAMA

Hüquq 02 Noyabr 2026, 10:30

617

Ailə münasibətlərində baş verən münaqişələr, ər-arvad arasında xəyanət iddiaları və valideynlərin şəxsi həyatına dair məsələlər boşanma prosesində tez-tez mübahisə predmetinə çevrilir. Xüsusilə azyaşlı uşaqların kimin yanında qalacağı müəyyənləşdirilərkən valideynlərin davranışları, ailədaxili münasibətləri və uşağa göstərdikləri qayğı məsələsi diqqət mərkəzində olur. Bəzi hallarda atalar ananın xəyanət etdiyini əsas gətirərək uşağın ondan alınmasını və analıq hüququndan məhrum edilməsini tələb edirlər. Bəs ananın həyat yoldaşına xəyanət etməsi, telefonunda başqa şəxslə yazışmalarının aşkarlanması uşağın anadan alınması üçün hüquqi əsas sayıla bilərmi? Ümumiyyətlə, hansı hallarda ana valideynlik hüququndan məhrum edilə bilər?

Vəkil Xəyalə Cəfərova Citypost.az-a açıqlamasında bildirib ki, bu kimi məsələlərə baxılarkən yalnız valideynlər arasında baş vermiş mübahisələr və ya bir-birinə qarşı irəli sürülən ittihamlar əsas götürülməməlidir. Onun sözlərinə görə, məhkəmələrə tövsiyə olunur ki, qərar qəbul edərkən ailə münasibətlərinin xarakterini, tərəflər arasında münasibətlərin nə qədər davam etdiyini, ailədaxili vəziyyəti və işin digər mühüm hallarını kompleks şəkildə qiymətləndirsinlər.

Vəkil qeyd edib ki, valideynlərdən birinin digərinə xəyanət etməsi və ya şəxsi yazışmalarının aşkarlanması avtomatik olaraq onun uşağa valideynlik etməyə yararsız olması demək deyil. Belə məsələlərdə yalnız bir mesajın, yazışmanın və ya müəyyən davranışın aşkar olunması əsasında ananın analıq hüququndan məhrum edilməsi düzgün yanaşma hesab edilə bilməz. Çünki ər-arvad münasibətləri ilə valideyn-övlad münasibətləri hüquqi baxımdan fərqli məsələlərdir.

Xəyalə Cəfərovanın sözlərinə görə, xəyanət faktı konkret işin hallarından asılı olaraq mənəvi zərərin ödənilməsi ilə bağlı mübahisədə əhəmiyyət daşıya bilər. Lakin bu hal özlüyündə uşağın anadan alınması və ya ananın valideynlik hüquqlarından məhrum edilməsi üçün kifayət etmir. Başqa sözlə, qadının həyat yoldaşına qarşı davranışı ilə onun uşağa münasibəti eyniləşdirilməməlidir.

Vəkil vurğulayıb ki, məhkəmə üçün əsas məsələ valideynin şəxsi həyatından daha çox uşağın təhlükəsizliyi, sağlamlığı, tərbiyəsi və normal inkişafı üçün hansı şəraitin təmin edilməsidir. Əgər ana ailə münasibətlərində müəyyən səhvlərə yol veribsə, bu, avtomatik olaraq onun uşağı böyütmək hüququnu itirməsi anlamına gəlmir. Hər bir halda uşağın mənafeyinə təsir edən real hallar araşdırılmalıdır.

Bəs hansı vəziyyətlərdə ananın valideynlik hüquqlarından məhrum edilməsi məsələsi gündəmə gələ bilər?

Vəkil bildirib ki, ananın açıq şəkildə əxlaqsız həyat tərzi sürməsi, alkoqolizmdən və ya narkomaniyadan əziyyət çəkməsi, uşağa lazımi qayğı göstərməməsi, onun tərbiyəsi və sağlamlığı ilə maraqlanmaması, eləcə də uşağa qarşı davamlı zorakılıq tətbiq etməsi ciddi hüquqi nəticələrə səbəb ola bilər. Bu cür hallar uşağın fiziki və psixoloji sağlamlığına, təhlükəsizliyinə və gələcək inkişafına təhlükə yaratdığı təqdirdə valideynlik hüquqlarından məhrumetmə məsələsi məhkəmə qaydasında araşdırıla bilər.

Xəyalə Cəfərova uşağa qarşı zorakılıq məsələsində də fərqləndirmə aparılmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, valideynin uşağa qarşı hər hansı sərt davranışı ilə davamlı və işgəncə xarakteri daşıyan zorakılıq eyni qiymətləndirilməməlidir. Burada əsas məsələ davranışın xarakteri, təkrarlanması, uşağa vurduğu zərər və onun təhlükəsizliyinə yaratdığı riskdir.

Vəkil diqqətə çatdırıb ki, uşağın tərbiyəsi zamanı baş verən hər bir mübahisə və ya valideynin bir dəfə emosional davranması avtomatik olaraq onun valideynlik hüquqlarından məhrum edilməsi üçün əsas yaratmır. Lakin uşağa qarşı mütəmadi fiziki zorakılıq, döymə, təhqir, psixoloji təzyiq və işgəncə xarakterli davranışlar varsa, bu artıq tamamilə fərqli hüquqi qiymətləndirmə tələb edir. Belə hallarda uşağın mənafeyinin qorunması üçün müvafiq tədbirlərin görülməsi zəruridir. O bildirib ki, uşağa qarşı zorakılığın davamlı xarakter daşıması, ananın onun sağlamlığına və təhlükəsizliyinə laqeyd yanaşması, uşağı baxımsız vəziyyətdə qoyması və ya zərərli vərdişləri səbəbindən onun normal inkişafına mane olması valideynlik hüquqlarından məhrumetmə məsələsinin araşdırılması üçün ciddi əsaslar yarada bilər.

Vəkilin sözlərinə görə, bu məsələlərdə məhkəmə yalnız tərəflərin qarşılıqlı ittihamları ilə kifayətlənməməli, təqdim olunan sübutları, uşağın yaşayış şəraitini, valideynlərin davranışlarını və digər mühüm halları nəzərə almalıdır. Əsas məqsəd valideynlərdən birini cəzalandırmaq deyil, uşağın hüquq və mənafelərini qorumaqdır.

Beləliklə, ananın həyat yoldaşına xəyanət etməsi, telefonunda başqa şəxslə yazışmalarının aşkarlanması və ya ər-arvad arasında yaşanan şəxsi münaqişələr özlüyündə uşağın anadan alınması üçün kifayət etmir. Valideynlik hüquqlarından məhrumetmə üçün isə uşağın sağlamlığına, təhlükəsizliyinə və tərbiyəsinə real təhlükə yaradan, qanunla nəzərdə tutulmuş əsaslar mövcud olmalıdır.

Yeganə

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ana övladını mirasdan kənarlaşdıra bilərmi? Vəkil izah etdi

Valideynlərin öz əmlaklarını övladları arasında necə bölüşdürməsi, xüsusilə də valideynlərdən birinin bütün mülkünü yalnız bir övladına vermək istəməsi hüquqi baxımdan tez-tez müzakirə olunan məsələlərdəndir. Bəzi hallarda ana və ya ata övladlarından birinə əmlak bağışlamaq, digər övladının isə həmin mülkdən pay almasını istəmir. Bu zaman sual yaranır: valideyn sağlığında öz əmlakını istədiyi övladına bağışlaya bilərmi? Digər övlad sonradan bu qərara etiraz edə və əmlakdan məcburi pay tələb edə bilərmi?Vəkil Mirhüseyn Həbibi Citypost.az-a açıqlamasında bildirib ki, şəxs sağ olduğu müddətdə öz mülkiyyətində olan əmlak barəsində sərəncam vermək hüququna malikdir. Bu hüquq ona əmlakını satmaq, bağışlamaq və ya digər qanuni üsullarla özgəninkiləşdirmək imkanı...

02 Noyabr 2026, 09:30

Hərbi xidmətə çağırılan şəxsin kredit borcu dayandırıla bilərmi? – Vəkildən AÇIQLAMA

Hərbi xidmətə çağırılan vətəndaşların üzləşdiyi məsələlərdən biri də xidmət müddətində bank qarşısında olan kredit öhdəliklərinin necə tənzimlənməsidir. Xüsusilə, daimi gəliri olmayan və hərbi xidmətə yollanan şəxslərin kredit ödənişlərini davam etdirmək imkanları məhdudlaşa bilər. Bu isə həm həmin şəxslərdə, həm də onların ailə üzvlərində narahatlıq yaradır. Bəs hərbi xidmətə çağırılan şəxsin kredit ödənişləri xidmət müddətində avtomatik olaraq dayandırılırmı? Bank belə bir halda kreditin ödənişini təxirə sala bilərmi?Vəkil Zinyət Ağamalıyeva Citypost.az-a açıqlamasında bildirib ki, hərbi xidmətə çağırılmaq şəxsin bank qarşısında mövcud kredit öhdəliklərinin avtomatik şəkildə dayandırılması üçün əsas hesab edilmir. Onun sözlərinə görə, bu məsələdə ilk növbədə bankla bağlanmış kredit müqaviləsinin şərtlərinə...

02 Noyabr 2026, 08:30

Ata evini oğluna bağışlayıb vəfat edərsə, bacıların hüquqları necə müəyyən olunur?

Valideynlər sağlığında sahib olduqları əmlakı övladlarından birinə bağışlaya, digər övladlarına isə həmin əmlakdan pay ayırmaya bilərlər. Lakin belə hallarda valideyn vəfat etdikdən sonra digər vərəsələrin hüquqları ilə bağlı suallar yaranır. Xüsusilə ata evinin oğula bağışlanması, bağışlama müqaviləsinin rəsmiləşdirilməsi və üstündən bir neçə il keçməsi bacıların həmin evdən pay tələb etmək imkanlarına təsir göstərə bilər. Bəs ata sağlığında evini oğluna bağışlayıbsa və bağışlamadan dörd il sonra vəfat edibsə, digər övladlar həmin əmlakdan məcburi pay tələb edə bilərlərmi?Mövzu ilə bağlı Citypost.az-a danışan vəkil Əminə İsmayılzadə bildirib ki, belə məsələlərdə ilk növbədə əmlakın hüquqi statusu, bağışlama müqaviləsinin nə vaxt və hansı qaydada rəsmiləşdirilməsi,...

30 Oktyabr 2026, 10:30

Uşaqlıqdan əlilliyi olan şəxs atasının pensiyasını ala bilərmi? – Vəkildən açıqlama

Valideynini itirən və uşaqlıqdan əlilliyi olan şəxsləri maraqlandıran məsələlərdən biri ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququdur. Bir çox insan bu hüququn yalnız azyaşlı uşaqlara aid olduğunu düşünür. Halbuki qanunvericilikdə müəyyən şərtlər daxilində yetkinlik yaşına çatmış şəxslərin də ailə başçısını itirməyə görə pensiya almaq hüququ nəzərdə tutulur. Burada əsas məsələlərdən biri əlilliyin hansı yaşda müəyyən edilməsidir.Mövzu ilə bağlı Citypost.az-a danışan vəkil Vəfadar Piriyev bildirib ki, atasını itirmiş və uşaqlıqdan əlilliyi olan şəxslərin ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ qanunvericiliklə müəyyən edilmiş şərtlər əsasında qiymətləndirilir. Onun sözlərinə görə, belə hallarda şəxsin əlilliyinin 18 yaşına çatana qədər müəyyən edilməsi...

30 Oktyabr 2026, 09:30

Arvadı uşağı götürüb getdi: Ər məhkəməyə nə üçün müraciət edə bilər?

Ailə münasibətlərində baş verən xəyanət, həyat yoldaşlarından birinin uşağı da götürərək evi tərk etməsi və başqa şəxslə münasibət qurması bir sıra hüquqi suallar doğurur. Belə hallarla qarşılaşan şəxslər həyat yoldaşının bu davranışına görə cərimələnə biləcəyini, onun barəsində cinayət işi başlanmasının mümkün olub-olmadığını və mənəvi zərərə görə kompensasiya tələb edə bilib-bilməyəcəyini bilmək istəyirlər. Xüsusilə azyaşlı uşağın valideynlərdən biri ilə birlikdə ailədən ayrılması vəziyyəti daha da mürəkkəbləşdirir.Bəs həyat yoldaşının başqa şəxslə münasibət qurması və uşağı götürərək evi tərk etməsi Azərbaycan qanunvericiliyinə əsasən hansı məsuliyyət yaradır? Bu davranışa görə cərimə tətbiq oluna bilərmi və zərər çəkdiyini düşünən tərəf məhkəməyə müraciət edə bilərmi?Mövzu ilə...

30 Oktyabr 2026, 08:30

Boşandıqdan sonra keçmiş həyat yoldaşına bağışlanan ev kimə qalır? Vəkildən AÇIQLAMA

Ailə münasibətlərində yaranan mübahisələr, xüsusilə boşanmadan sonra əmlakın hüquqi taleyi və tərəflərdən birinin vəfat etməsi ilə bağlı məsələlər cəmiyyətdə tez-tez suallar doğurur. Bəzən ər-arvad nikah dövründə bir-birinə ev, torpaq sahəsi və ya digər əmlak bağışlayır, lakin sonradan münasibətlər pozulur və tərəflər boşanırlar. Belə vəziyyətdə keçmiş həyat yoldaşlarından biri vəfat etdikdə bağışlanmış əmlakın kimə çatacağı, övladın və mərhumun valideynlərinin həmin əmlak üzərində hansı hüquqlara malik olacağı maraq doğurur. Xüsusilə ailədə bir oğlan övladı varsa, evin tamamilə uşağa çatıb-çatmayacağı, yoxsa digər qanuni vərəsələr arasında bölüşdürüləcəyi məsələsi aktuallaşır.Vəkil Əbdül Məhərrəmov bu barədə Citypost.az-a açıqlamasında bildirib ki, belə hallarda ilk növbədə əmlakın hüquqi statusu,...

29 Oktyabr 2026, 11:40