Bizə yazın

Baku

-°C

USD

-

Könül Vəlibəylinin qızı ifadə verdi

Cəmiyyət 04 Noyabr 2026, 19:18

632

Bakıda yaşayış binasında baş verən yanğında üç nəfərin ölümündə təqsirləndirilən “Loft Dent” klinikasının direktoru Bəhruz Paşayevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Citypost.az  xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş kimi tanınan və hadisə zamanı vəfat edən Könül Vəlibəylinin qızı Ləman Qulamova ifadə verib.

O, hadisənin baş verən zaman evdə olduğunu bildirib: “Mənzildən çıxıb birinci mərtəbəyə düşdüm, özümü itirdim. Sonra baş verənlərdən xəbərim olmayıb, 10 gün komada qalmışam. Komadan ayılandan sonra 11 ay müalicə olunmuşam. Vəziyyətim indi də yaxşı deyil, sağalmıram, nəticə əldə edilməyib Təqsirləndirilən şəxsdən şikayətçiyəm".

Təqsirləndirlilən Bəhruz Paşayev zərərçəkmişdən üzr istəyib:

"Məni də bu işdə aldadıblar. Özümü günahkar sayıram".

Təqsirləndirilən şəxs zərərçəkmişdən onu bağışlamasını istəyib.

Qeyd edək ki, 2025-ci il noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Yanğın nəticəsində 1984-cü il təvəllüdlü Samir Kamal oğlu Məhəmmədov, 2018-ci il təvəllüdlü Arzu Əli qızı Qəmbərli və 1977-ci il təvəllüdlü Könül Vəlibəy qızı Hümbətova (Könül Vəlibəyli) dünyasını dəyişib, 25 nəfər xəsarət alıb.

İbtidai istintaqla yaşayış binasının 1-ci və zirzəmi mərtəbəsində yerləşən “Loft Dent” stomatoloji klinikasının direktoru, 1986-cı il təvəllüdlü Bəhruz Paşayevin üzərinə qoyulmuş yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifələrini pozaraq 3 nəfərin ölümünə, 25 nəfərin isə xəsarət almasına,habelə binada olan mənzillərə maddi ziyan vurmaqla ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Təqsirləndirilən Bəhruz Paşayevə Cinayət Məcəlləsinin 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən həmin qaydaların pozulması ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə yekun ittiham elan olunub.

Bəhruz Paşayevin barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Prezidentdən nazirin qayınatası ilə bağlı SƏRƏNCAM

Xəbər verdiyimiz kimi,Kamran Sultan oğlu İmanov “Şərəf” ordeni ilə təltif edilib.Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.CityPost.az  bildirir ki,Kamran  İmanov   iqtisadiyyat naziri Mikayıl Cabbarovun qayınatasıdır.Belə ki,Mikayıl Cabbarovun həyat yoldaşı Kamran İmanovun qızıdır.Kamran Sultan oğlu İmanov 5 noyabr 1946-cı ildə Bakı şəhərində anadan olub.O, 1964-cü ildə Bakı şəhəri 1 nömrəli orta məktəbi əla qiymətlərlə, 1969-cu ildə isə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib.Əmək fəaliyyətinə ali təhsil aldığı institutda başlayan K.İmanov daha sonra Ali və orta ixtisas təhsili Nazirliyinin Elmi-Tədqiqat Hesablama Mərkəzinin direktoru, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun prorektoru və birinci prorektoru vəzifələrində çalışıb.Mütəxəssis müxtəlif illərdə dövlət idarəçiliyində bir sıra məsul vəzifələri icra edib. O,...

04 Noyabr 2026, 19:32

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək.Citypost.az xəbər verir ki, bunu Marqus Tsahkna bildirib."Tərəfdaşlığımızın möhkəmlənməsinin daha bir göstəricisi bu ayın sonunda Bakıda Estoniyanın yeni səfirliyinin rəsmi açılışının olmasıdır. Açılış mərasimində iştirak etmək mənim üçün şərəfdir", - XİN rəhbəri vurğulayıb.O, həmçinin qeyd edib ki, Azərbaycan Estoniyanın Cənubi Qafqazda mühüm tərəfdaşıdır."Son illərdə əlaqələrimiz xeyli möhkəmlənib və biz rəqəmsallaşma, ticarət, yaşıl texnologiyalar və logistika sahələrində əməkdaşlığı ardıcıl olaraq genişləndiririk", - Tsahkna bəyan edib....

04 Noyabr 2026, 19:00

Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı

Azərbaycan ordusunun Təlim və Tədris Mərkəzindəki (TTM) mənimsəmə cinayəti ilə bağlı məhkəmə başlayıb.Teleqraf-ın xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən ilk iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.Bu iş üzrə 7 nəfər - Azərbaycan ordusunun Təlim və Tədris Mərkəzinin sabiq rəisi, polkovnik Sarı Xəlilov, onun köməkçisi olmuş gizir Bəxtiyar Bəhrəmzadə, TTM-in maliyyə xidmətinin rəisi olmuş polkovnik-leytenant Rəşad Məlikzadə və müxtəlif vəzifələrdə işləmiş İbadulla Əliyev, Hacıağa Həmidov, Əfqan Yunusov, Ayaz Adamov mühakimə edilir.Onlardan yalnız Rəşad Məlikzadə və İbadulla Əliyev həbsdədir.İş üzrə dəymiş ziyanın 207 min manat olduğu müəyyən edilib.İşə baxan hakimlər heyətinin qərarı ilə cinayət işi məhkəmə baxışına...

04 Noyabr 2026, 18:45

Bakı məktəblərinə müəllim qəbulu MİQ portalı üzərindən davam edəcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə vakant və sosial məzuniyyətlə əlaqədar müvəqqəti boş qalan yerlərə müəllim qəbulu miq.edu.az portalı üzərindən davam etdiriləcək.Citypost.az-a bu barədə BŞTİ-dən məlumat verilib.Bildirilib ki, yerləşdirmədə bu il müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində iştirak etmiş və müvafiq fənlər üzrə ehtiyatda olan namizədlər nəzərə alınacaq.Namizədlər topladıqları balların ardıcıllığına uyğun olaraq mövcud qaydalar çərçivəsində vakant yerlərə yerləşdiriləcəklər.

04 Noyabr 2026, 18:20

ADY-nin rəqəmsal transformasiyasına çəkilən xərcləri 6 milyon dolları ötüb

Asiya İnkişaf Bankının (ADB) maliyyə dəstəyi ilə həyata keçirilən "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) rəqəmsal modernləşdirmə layihəsinin icrasına çəkilən xərclər 2025-ci ilin yekunlarına görə 6,163 milyon ABŞ dollarına çatıb.Citypost.az ADB-yə istinadən xəbər verir ki, kredit sazişi çərçivəsində bunun 5,222 milyon dollar istifadə edilib, bunun da bir sıra müraciətlər üzrə birbaşa maliyyələşdirilməsi ümumilikdə 4,515 milyon dollar, əvəzi ödənilmiş xərclərin həcmi isə 707,15 min dollar təşkil edib.Mövcud məlumatlara görə, Azərbaycan hökumətinin maliyyələşdirməsi isə 941,623 min dollara (o cümlədən 940,123 min dollar məbləğində əlavə dəyər vergisi üzrə xərclər) çatıb. Azərbaycanla ADB arasında 2025-ci il yanvarın 9-da 47 milyon dollarlıq kredit sazişi bağlanıb. ADY-nin...

04 Noyabr 2026, 18:09

Şagirdlərin elektron yerdəyişməsi başlayır

4 noyabr 2026-cı il saat 15:00-dan etibarən 2, 3, 4, 5, 6 və 7-ci sinif şagirdlərinin, 5 noyabr 2026-cı il saat 15:00-dan etibarən isə 8, 9, 10 və 11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək.Citypost.az  xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Məlumata görə, şagirdlərin elektron yerdəyişməsi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.İnternetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.Qeyd edilib ki, məktəbəhazırlıq qrupları və 1-ci siniflər üzrə elektron yerdəyişmənin başlanma tarixi...

04 Noyabr 2026, 17:50