Mehdiyevin çevriliş planını Rusiyaya o ÇATDIRIRMIŞ
Cəmiyyət 04 Noyabr 2026, 15:21
657
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən “Şərq-Qərb” nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb.
Citypost.az Gününsəsi.info-ya istinadla xəbər verir ki, PA-nın sabiq rəhbəri yazdıqlarını Rusiyanın yüksək vəzifəli şəxslərinə Sevil İsmayılova vasitəsilə çatdırırmış.
İş materiallarında görünür ki, Azərbaycanda dövlət idarəetmə sisteminin transformasiyasına dair təklifləri əks etdirən sənəd çapı və Rusiya tərəfinə çatdırılması prosesində Sevil İsmayılovanın adı xüsusi olaraq çəkilir.
Ramiz Mehdiyev ifadəsində bildirib ki, hazırladığı əlyazmada Azərbaycanın son beş ildə üzləşdiyi siyasi və idarəetmə problemləri, ölkədə yaranmış vəziyyət və gələcək perspektivlər əksini tapıb.
İstintaq materiallarında onun ifadəsində aşağıdakı məqam yer alıb:
“Əlyazmanın məzmunu xatirimdədir, əlyazmanı şəxsən özüm təxminən avqust ayından bir ay öncədən hazırlamağa başlamışam. Əlyazmanın çapını Sevil İsmayılovaya həvalə etdim”.
Mehdiyev deyib ki, sənədin əsas ünvanı isə Rusiyanın Xarici Kəşfiyyat Xidməti olub.
İş materiallarına əsasən, Sevil İsmayılovaya Sergey Narışkinin müavini Rəşad Qurbanov vasitəsilə həmin əlyazmanı ona çatdırmaq tapşırılıb.
Həmçinin oxuyun
Bununla yanaşı, sənədin Rusiyanın digər yüksək vəzifəli şəxslərinə də göndərilməsi nəzərdə tutulub.
Bundan başqa iş materiallarında Ramiz Mehdiyevlə Sevil İsmayılova arasında baş tutmuş telefon danışığının da təfərrüatı əksini tapıb. Sənəddə göstərilir ki, həmin danışıq zamanı Ramiz Mehdiyev hazırladığı “Azərbaycanda dövlət idarəetmə sisteminin transformasiyası üzrə təklif” adlı sənədin Rəşad Qurbanova göndərilməsini istəyib.
Danışıq zamanı sənədin iki nüsxədə hazırlanması məsələsi də müzakirə olunub.
İstintaq materiallarında Sevil İsmayılovanın telefon danışığı zamanı işlətdiyi bu ifadə diqqət çəkir:
“Mən ona dedim ki, iki nüsxədə olacaq, biri bir nəfərə, digəri başqa nəfərə”.
Prezidentin yüksək vəzifə verdiyi şəxs görün KİMİN OĞLUDUR
Azərbaycan Dövlət Ehtiyatları Agentliyində yeni təyinatlar olub.Citypost.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.Sərəncama əsasən, Zaur İlham oğlu Abişev və Zaur Əvəz oğlu Ələkbərov Dövlət Ehtiyatları Agentliyinin sədr müavinləri vəzifələrinə təyin edilib.Qeyd edək ki, Z.Ələkbərov keçmiş maliyyə naziri Əvəz Ələkbərovun oğludur.Xatırladaq ki, ötən gün Səbuhi Sadıqov dövlət başçısının Sərəncamı ilə Dövlət Ehtiyatları Agentliyinə sədr təyin olunub. Bizi Telegramda izləyin ...
04 Noyabr 2026, 15:37
İran Xudafərin körpüsünü vurmağa hazırlaşır? - Video
Erməni iranşünas Vardan Voskanyan sosial şəbəkə hesabında Xudafərin körpüsü istiqamətində Azərbaycan sərhədinin İranın zərbə endirə biləcəyi hədəflərdən biri olduğunu iddia edib.Citypost.az “Oxu.Az”a istinadən xəbər verir ki, V.Voskanyan bir qədər əvvəl İranın dini lideri Müctəba Xameneinin “İran hansısa coğrafi məhdudiyyət olmadan cavab zərbələri endirəcək” açıqlamasında məhz potensial istiqamətlərdən biri olaraq Azərbaycanın nəzərdə tutulduğunu bildirib.O bu iddiasını gücləndirmək üçün sosial şəbəkənin İran seqmentində yayılan kadrları əsas götürüb. Belə ki, xüsusən “Telegram”ın İran seqmentində həqiqətən də bir çox kanallar müvafiq kadrları paylaşıblar. Həmin kadrlarda Xameneinin “coğrafi məhdudiyyət olmadan” sözləri xatırlanır və Azərbaycan-İran sərhədində yerləşən Xudafərin körpüsü və kənarda “Yaşa Azərbaycan” yazısı nəzərə çarpan strateji...
04 Noyabr 2026, 15:30
Azərbaycanda keçirilən dünya çempionatının iştirakçıları Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət ediblər
Yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı ilə əlaqədar Azərbaycana səfər edən nümayəndə heyətlərinin rəhbərləri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyulub.Citypost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.Sonra Şəhidlər xiyabanı ziyarət edilib. “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.
04 Noyabr 2026, 15:02
Cəlilabadda 6 kəndin işığı kəsilib
Cəlilabad rayonunun 6 kəndində elektrik enerjisinin verilişi dayandırılıb."Report"un Muğan bürosunun məlumatına görə, rayonun bir sıra yaşayış məntəqələrində yararsız elektrik dirəklərinin yenilənməsi işlərinə başlanıb.Bununla əlaqədar rayonun Qarakazımlı, Sarxanlı, Dələli, Moranlı, Zərbəli və Şükürlü kəndləri üzrə ümumilikdə 1072 abonentin elektrik enerjisi ilə təchizatında fasilə yaranıb.Həmin kəndlərə elektrik enerjisinin verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.
04 Noyabr 2026, 14:28
Kəmaləddin Heydərov Rusiya ilə müqavilə İMZALAYIR
Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Bakıya səfərə gəlib.Citypost.az Oxu24.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) sosial şəbəkələrdəki məlumatında bildirilib.Səfər çərçivəsində Aleksandr Kurenkov Azərbaycanın fövqəladə hallar nazirinin birinci müavini Rəfail Mirzəyevin müşayiəti ilə Fəxri xiyabanı ziyarət edərək, Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanındakı abidənin önünə gül dəstələri qoyub.Bu gün Bakıda Azərbaycan və Rusiyanın fövqəladə hallar nazirləri Kəmaləddin Heydərov və Aleksandr Kurenkov arasında görüş keçiriləcək. Görüşün yekunları üzrə tərəflər 2029-cu ilədək olan dövr üçün birgə fəaliyyət planı imzalamağı planlaşdırırlar.Həmçinin A.Kurenkovun Azərbaycanın Baş naziri Əli Əsədovla da görüşü planlaşdırılır.Bundan...
04 Noyabr 2026, 13:52
SƏRNİŞİNLƏRƏ SEVİNDİRİCİ XƏBƏR: Gediş haqqı 1 qəpiyə düşür
“BakıKart” və Mastercard-ın birgə kampaniyası çərçivəsində sərnişinlər metro və avtobuslarda hər dördüncü gediş üçün 1 qəpik ödəyəcəklər.Citypost.az xəbər verir ki, bu barədə “BakıKart” məlumat yayıb.Kampaniya Azərbaycanda fəaliyyət göstərən bankların emissiya etdiyi Mastercard kartları ilə Apple Pay və Google Pay vasitəsilə həyata keçirilən təmassız (NFC) ödənişlərə şamil olunur.Şərtlərə əsasən, üç gedişi standart tariflə edən sərnişinlər dördüncü gediş üçün güzəşt əldə edirlər. Həmin gediş zamanı kart hesabından 0,01 manat tutulur.Güzəştdən yararlanmaq üçün dörd gedişin eyni gündə edilməsi tələb olunmur. Gedişlər müxtəlif günlərdə həyata keçirilə bilər.Bir kart üzrə təqvim ayı ərzində maksimum beş dəfə 1 qəpiklik gediş imkanından istifadə etmək mümkündür. Üç gediş...
04 Noyabr 2026, 13:47