Bizə yazın

Baku

-°C

USD

-

72 yaşlı PROFESSOR

Cəmiyyət 02 Noyabr 2026, 16:35

567

Bu gün professor Qulu Məhərrəmlinin doğum günüdür.

CityPost.az  bildirir ki,Qulu Məhərrəmli 72 yaşını qeyd edir.

Bu münasibətlə onun həyat yoldaşı Zemfira  Məhərrəmli sosial şəbəkə hesablarında paylaşım edib.

"Ömür ötüb keçir aram-aram,ömür dostum. Yeni yaşın mübarək! 

Bu illər ərzində sənin varlığınla həmişə qürur duymuşuq.Mən də,övladların da, nəvələrin də.

Şəxsiyyətinlə,cəmiyyətdəki nüfuzunla, həyata baxışınla, mövqeyinlə hər vaxt öyünmüşəm. Yetirdiyin tələbələrin,davamçılarımız olacaq gənc jurnalistlərin sənə sevgisini, bəslədiyi ehtiramı duyanda qəlbim dağa dönüb.Artıq iki gündür ki, sosial şəbəkədə ad günü təbriklərin başlayıb.Zənglərin də arası kəsilmir.Dostların,jurnalist,alim,müəllim həmkarların,tələbə yoldaşların sənə xoş arzularını yetirirlər.Beləcə,həmişə olduğu kimi,ilin sonunadək, ta dekabrın 31-dək təbriklər səngiməyəcək.

Dostlar,doğma insanlar sağ olsun!

Amma bir ricam var: kişini qocaltmayın lütfən.72 yaş yox,27 yaş!".

CityPost.az  kollektivi dəyərli professor Qulu Məhərrəmlini doğum günü münasibəti ilə təbrik edir,ona cansağlığı arzu edir.

Problemlərinizi bizə bildirin

077 323 55 66

Nərimanovda qəza riski yaradan piyada keçidi nizamlandı

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxt yollarında hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində işlər davam etdirilir. Bu çərçivədə piyadaların intensiv istifadə etdiyi keçidlərdə piyada svetoforları quraşdırılır. Citypost.az  xəbər verir ki, Mərkəzin əməkdaşları tərəfindən müvafiq işlərə başlamazdan əvvəl həm yerində müşahidələr aparılır, həm də simulyasiya proqramından istifadə edilməklə piyada və nəqliyyat vasitələrinin hərəkət intensivliyi təhlil edilir. Paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla və Nazim Hacıyev küçələrinin kəsişməsində aparılan təhlillər nəticəsində müəyyən edilib ki, 1 saat ərzində keçiddən 1000-ə yaxın piyada istifadə edir. Eyni zamanda, əksər hallarda bəzi sürücülərin piyadalara yol verməməsi səbəbindən keçiddə qəza şəraiti yaranır. Qeyd olunan piyada keçidində piyada bölməsi olan...

02 Noyabr 2026, 17:34

"Facebook"un Azərbaycandakı bazar payı oktyabrda 28 % azalıb

Bu ilin oktyabr ayında Azərbaycanın sosial media bazarının bütün platformalarında (kompüter, mobil cihazlar və planşetlərdə) "YouTube"un bazar payı 40,49 % təşkil edib."Report"un "Statcounter" agentliyinin hesabatına istinadən verdiyi xəbərə görə, bu, sentyabr ayına nisbətən 18,93 faiz bəndi, 2025-ci ilin oktyabr ayının göstəricisi ilə müqayisədə 20 faiz bəndi çoxdur.İkinci pillədə qərarlaşan "Facebook"un bazar payı ay ərzində 10,31 faiz bəndi və ya 28 %, il ərzində isə 1,38 faiz bəndi azalaraq 26,95 % təşkil edib.Növbəti yerdəki "X"in bazar payı ay ərzində 0,9 faiz bəndi azalaraq, illik isə 4,88 faiz bəndi artaraq 10,12 % təşkil edib.Dördüncü pillədəki "Instagram"ın bazar payı aylıq 5,02 faiz bəndi,...

02 Noyabr 2026, 17:30

Ramin Məmmədov Şərurda vətəndaşların müraciətlərini dinləyib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şərurda vətəndaşların müraciətlərini dinləyib.Bu barədə "Report"a komitədən məlumat verilib.Qeyd edilib ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad edilib.Qəbul zamanı Naxçıvan Muxtar Respublikasının Şərur, Babək, Sədərək və Kəngərli rayonlarından olan vətəndaşlar məscid təmiri, maarifləndirmə işinin genişləndirilməsi, dini təhsil, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.Qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib....

02 Noyabr 2026, 17:19

Nazir Anar Əliyevin yeni müşaviri bəlli oldu

Vəzirov Rəşid Şamil oğlu əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin olunub.Citypost.az xəbər verir ki, bu barədə nazir Anar Əliyev əmr imzalayıb.Qeyd edək ki, 1979-cu il təvəllüdlü Rəşid Vəzirov Azərbaycan Tibb Universitetinin məzunudur, tibb üzrə fəlsəfə doktorudur. Respublika Diaqnostika Mərkəzində və Mərkəzi Neftçilər Xəstəxanasında müxtəlif vəzifələrdə, 2018-ci ilin noyabr ayından Respublika Diaqnostika Mərkəzinin icraçı direktoru vəzifəsində fəaliyyət göstərib. Əmək fəaliyyətinin müxtəlif dövrlərində Beynəlxalq Qızıl Xaç Komitəsində və QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondda da çalışıb....

02 Noyabr 2026, 16:52

Hesablama Palatası 2027-ci ilin büdcə layihələrini qiymətləndirdi

Azərbaycan Respublikası Hesablama Palatası 2027-ci ilin dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin layihələrinə dair rəylərini təsdiqləyib.Citypost.az xəbər verir ki, bu məsələ Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilən növbəti Kollegiya iclasında müzakirə olunub.İclasda ilk olaraq 2027-ci il dövlət büdcəsinin layihəsinə dair Hesablama Palatasının rəyi müzakirə edilib.Bildirilib ki, rəy dövlət büdcəsi haqqında qanun layihəsinin və onunla birlikdə təqdim olunan sənədlərin qanunvericiliyə uyğunluğunun, büdcənin gəlir və xərc proqnozlarının, eləcə də büdcə kəsiri üzrə göstəricilərin düzgünlüyünün və tamlığının qiymətləndirilməsini əhatə edir.Müzakirələrdən sonra rəyin təsdiq edilərək Milli Məclisə təqdim olunması barədə qərar qəbul edilib.Kollegiya iclasında daha sonra Dövlət Sosial Müdafiə...

02 Noyabr 2026, 16:11

Səhiyyə Nazirliyi bir ayda 80 aptekdə yoxlama aparıb

2026-ci ilin oktyabr ayı ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 80 aptekdə yoxlama həyata keçirilib.AEM-dən Citypost.az-a verilən məlumata görə, bu yoxlamalardan 9-u Bakı şəhərində, 71-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.Yoxlamaların 79-u planlı, 1-i plandankənar olmuşdurBildirilib ki, aparılmış yoxlamalar nəticəsində 24 aptekdə müxtəlif nöqsanlar aşkarlanmışdır. Bu hallarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4 , 221.1 ,452.1 ,452.2 ,452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib....

02 Noyabr 2026, 15:57