Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 04 Noyabr 2026, 13:00
560
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Səhər arabir duman olacaq. Mülayim cənub-qərb küləyi axşama doğru güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-16° isti, gündüz 18-21° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 752 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Həmçinin oxuyun
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, axşam yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacaq.
Bakıda birinci kurs tələbəsi öldü
Bakı Mühəndislik Universitetinin birinci kurs tələbəsi vəfat edib.Citypost.az xəbər verir ki, bu barədə universitetin sosial şəbəkə hesabında məlumat paylaşılıb.Bildirilib ki, vəfat edən tələbə "Beynəlxalq ticarət və logistika" ixtisası üzrə təhsil alan Ümid Bayramlıdır.Qeyd edək ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, Ümid Bayramlı meningit xəstəliyindən əziyyət çəkib. Ölüm səbəbinin bu xəstəlikdən olduğu ehtimal olunur.Onun İmişli rayonundan olduğu və ötən gün həyatını itirdiyi bildirilib....
04 Noyabr 2026, 13:38
Bu müavinətlər artırılır - Əhaliyə ŞAD XƏBƏR
Azərbaycanda 2027-ci il dövlət büdcəsi layihəsinə əsasən bir sıra sosial müavinət və ödənişlərin məbləği artırılır.Citypost.az xəbər verir ki, layihəyə əsasən, 3 yaşınadək uşağı olan sığortaolunan analara hər ay 100 manat pul veriləcək. Daha əvvəl isə bu məbləğ 37,58 manat idi.Həmçinin, gələn il hamiləliyə və doğuma görə müavinətin hesablanmasında bir iş gününə düşən orta gündəlik qazancın 50,57 manat, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə isə 53,50 manat olacağı gözlənilir.Layihədə yer alan daha bir mühüm xəbər isə uşağın doğulmasına görə verilən birdəfəlik müavinətlə bağlıdır. Belə ki, daha əvvəl yeni doğulan uşağa görə birdəfəlik 600 manat ödənilirdisə, gələn ildən bu məbləğ 900 manat artırılaraq...
04 Noyabr 2026, 13:28
Pentensiar Xidmətin rəisləri haqda ŞOK FAKTLAR:Həbsdə öləni də olub...
Sovet hökuməti dönəmində və müstəqilliyimizin ilk illərində Pentensiar Xidmət (o zaman Məhkəmə Qərarlarının İcrasının Baş İdarəsi) Daxili İşlər Nazirliyinin tərkibində fəaliyyət göstərib. Son 40 ilə nəzər salsaq həmin xidmətə bir rəhbər olunan sevinib, bir də oradakı vəzifəsini itirən... Əzim Piriyev, Şahvəz Vəliyev, Məmməd Zeynalov, Çingiz Əmirov, Aydın Qasımov, Nazim Ələkbərov, Mədət Quliyev, Ceyhun Həsənov və ən nəhayət Mirsaleh Seyidov. Yuxarıda adlarını sadaladıqlarımın bir neçəsinin özlərinin və yaxın adamlarının yolu həbsxanadan keçib. Hətta onlardan cəzaçəkmə yerində dünyasını dəyişlənlərdə olub. CityPost.az xəbər verir ki, deyilənə görə, son günlər vəzifədən uzaqlaşdırılan 49 yaşlı general-mayor Mirsaleh Seyidov və onun komandasından bir neçə nəfəri də anoloji...
04 Noyabr 2026, 13:25
Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - Foto
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva bu gün Bakı Ekspo Mərkəzində keçirilən “AIREX 2026” - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə tanış olublar.Citypost.az xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
04 Noyabr 2026, 13:20
Anar Bayramov 16 ildir vəzifədə olan direktoru işdən çıxardı
Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Rəqəmsal Səhiyyə Mərkəzinin baş direktoru Cəbrayıl Əsədzadə vəzifəsindən azad edilib.Citypost.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı səhiyyə naziri Anar Bayramov əmr imzalayıb.Hələlik mərkəzin rəhbərliyi baş direktorun müavini Elşad Elbaris oğlu Ömərova həvalə edilib.
04 Noyabr 2026, 13:04
İrandan Azərbaycana qanunsuz keçmək istəyən 4 əfqan saxlanıldı
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.Bu barədə Citypost.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində 4 nəfər Əfqanıstan İslam Əmirliyi vətəndaşı İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozmağa cəhd edərkən saxlanılıb.Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
04 Noyabr 2026, 13:03