Bizə yazın

Baku

-°C

USD

-

Pentensiar Xidmətin rəisləri haqda ŞOK FAKTLAR:Həbsdə öləni də olub...  

Cəmiyyət 04 Noyabr 2026, 13:25

4129

Sovet hökuməti dönəmində və müstəqilliyimizin ilk illərində Pentensiar Xidmət (o zaman Məhkəmə Qərarlarının İcrasının Baş İdarəsi) Daxili İşlər Nazirliyinin tərkibində fəaliyyət göstərib. Son 40 ilə nəzər salsaq həmin xidmətə bir rəhbər olunan sevinib, bir də oradakı vəzifəsini itirən... Əzim Piriyev, Şahvəz Vəliyev, Məmməd Zeynalov, Çingiz Əmirov, Aydın Qasımov, Nazim Ələkbərov, Mədət Quliyev, Ceyhun Həsənov və ən nəhayət Mirsaleh Seyidov. Yuxarıda adlarını sadaladıqlarımın bir neçəsinin özlərinin və yaxın adamlarının yolu həbsxanadan keçib. Hətta onlardan cəzaçəkmə yerində dünyasını dəyişlənlərdə olub. 

CityPost.az xəbər verir  ki, deyilənə görə, son günlər vəzifədən uzaqlaşdırılan 49 yaşlı general-mayor Mirsaleh Seyidov və onun komandasından bir neçə nəfəri də anoloji tale gözləyir.

Mirsaleh Seyidovdan əvvəl Pentensiar Xidmətdə rəis vəzifəsini icra edən Ceyhun Həsənov deyilənə görə oranı əməlli başlı rüşvət yuvasına çeviribmiş.

Ceyhun Həsənov bu vəzifəyə DİN-nin Nəqliyyatda Baş Polis İdarəsindən gəlmiş və Pentensiar Xidmətə özü ilə xeyli kadr gətirmişdi.

Hazırda təqaüddə olan “Aztəsərrüfat” MMC-yə rəhbərlik edən Ceyhun Həsənov Pentensiar Xidmətə özü ilə gətirdiyi sədaqətli adamlarında biri də Kadrlar Şöbəsinin rəisi polkovnik Əflatun Məmmədov idi.

Ə.Məmmədov külli-miqdarda rüşvət ittihamı ilə bu günlərdə həbs edilib və barəsində intensiv istintaq hərəkətləri aparılır. Çox guman ki, tezliklə Pentensiar Xidməti daha güclü həbs dalğası bürüyəcək. Mirsaleh Seyidov vaxtilə onu xidmətə qəbul etmiş və hazırda Milli Aviasiya Akademiyasında hüquq fakültəsinin dekanı vəzifəsini tutan, hüquq elmləri doktoru, Pentensiar Xidmətin sabiq rəisi, general-mayor Aydın Qasımovun oğlu Rauf Qasımlını özünə köməkçi təyin etsə də, Ədliyyə Naziri Fərid Əhmədovun əmri ilə həmin şəxs bir neçə ay öncə Ədliyyə Orqanlarında xidmətdən kənarlaşdırıldı. 

Araşdırmalarımız zamanı bəlli oldu ki, 49 yaşlı general-mayor Mirsaleh Seyidovun kökü dərinliklərdə olan dayaqları var imiş. Mirsaleh Seyidov Sumqayıtda yaşayan, əslən Qərbi Azərbaycanın Sisyan rayonundan olan tanınmış il adamı Zaman İskəndərovun bacısı oğlu, Bakı şəhəri Xətai rayonunun İcra Hakimiyyətinin keçmiş Başçısı, hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Razim Məmmədovun xalası oğlu, “Azərsu” ASC-nin İdarə Heyətinin keçmiş sədr müavini Mirkamil Seyidovun qardaşı oğlu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovun isə bacısının (bəzi məlumatlara görə keçmiş) əridir. 

Xatırladaq ki, Mirsaleh Seyidov 23.09.1977-ci ildə Sumqayıt şəhərində anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr, 2002-ci ildə isə magistr pilləsini bitirib. 1999-cu ilin yanvar ayından Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrasının Baş İdarəsində Əməliyyat Rejim Şöbəsinin Rejim və Nəzarət Xidmətinin Təşkili Bölməsinin Nəzarətçilər üzrə inspektoru vəzifəsində əmək fəaliyyətinə başlayıb. Fevral ayından isə həmin idarənin Rejim Nəzarət Şöbəsinin inspektoru olub. 2001-ci ilin avqust ayında MQİBİ-nin 3 nömrəli İstintaq Təcridxanasında Rejim, Mühafizə və Nəzarət Şöbəsinin rəisi, 2006-cı ilin noyabr ayından həmin Təcridxananın tərbiyə işləri üzrə rəis müavini, 2018-ci ilin fevral ayından isə Əməliyyat-Rejim üzrə rəis müavini vəzifəsində xidmət edib. 2009-cu ilin fevral ayından Pentensiar Xidmətin 15 nömrəli Cəzaçəkmə Müəssisəsində, 2011-ci ilin avqust ayından 2016-cı ilin fevral ayınadək isə 10 nömrəli Cəzaçəkmə Müəssisəndə rəis vəzifəsində işləyib. 2016-cı ilin fevral ayından 2023-cü ilin iyul ayının 10-dək Pentensiar Xidmətdə Əməliyyar-Rejim İdarəsinin rəisi vəzifəsində çalışıb. 2023-cü il iyul ayının 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Ədliyyə Nazirliyinin müavini, Pentensiar Xidmətin rəisi təyin edilmişdir. 

Qeyd edək ki,Mirsaleh Miradil oğlu Seyidov ötən ayın 27-də Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib. Sahib Cəlil oğlu Rzayev Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.

Müşərrəfxanım  

Problemlərinizi bizə bildirin

077 323 55 66

Kəmaləddin Heydərov Rusiya ilə müqavilə İMZALAYIR

Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Bakıya səfərə gəlib.Citypost.az Oxu24.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) sosial şəbəkələrdəki məlumatında bildirilib.Səfər çərçivəsində Aleksandr Kurenkov Azərbaycanın fövqəladə hallar nazirinin birinci müavini Rəfail Mirzəyevin müşayiəti ilə Fəxri xiyabanı ziyarət edərək, Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanındakı abidənin önünə gül dəstələri qoyub.Bu gün Bakıda Azərbaycan və Rusiyanın fövqəladə hallar nazirləri Kəmaləddin Heydərov və Aleksandr Kurenkov arasında görüş keçiriləcək. Görüşün yekunları üzrə tərəflər 2029-cu ilədək olan dövr üçün birgə fəaliyyət planı imzalamağı planlaşdırırlar.Həmçinin A.Kurenkovun Azərbaycanın Baş naziri Əli Əsədovla da görüşü planlaşdırılır.Bundan...

04 Noyabr 2026, 13:52

SƏRNİŞİNLƏRƏ SEVİNDİRİCİ XƏBƏR: Gediş haqqı 1 qəpiyə düşür

“BakıKart” və Mastercard-ın birgə kampaniyası çərçivəsində sərnişinlər metro və avtobuslarda hər dördüncü gediş üçün 1 qəpik ödəyəcəklər.Citypost.az xəbər verir ki, bu barədə “BakıKart” məlumat yayıb.Kampaniya Azərbaycanda fəaliyyət göstərən bankların emissiya etdiyi Mastercard kartları ilə Apple Pay və Google Pay vasitəsilə həyata keçirilən təmassız (NFC) ödənişlərə şamil olunur.Şərtlərə əsasən, üç gedişi standart tariflə edən sərnişinlər dördüncü gediş üçün güzəşt əldə edirlər. Həmin gediş zamanı kart hesabından 0,01 manat tutulur.Güzəştdən yararlanmaq üçün dörd gedişin eyni gündə edilməsi tələb olunmur. Gedişlər müxtəlif günlərdə həyata keçirilə bilər.Bir kart üzrə təqvim ayı ərzində maksimum beş dəfə 1 qəpiklik gediş imkanından istifadə etmək mümkündür. Üç gediş...

04 Noyabr 2026, 13:47

Bakıda birinci kurs tələbəsi öldü

Bakı Mühəndislik Universitetinin birinci kurs tələbəsi vəfat edib.Citypost.az  xəbər verir ki, bu barədə universitetin sosial şəbəkə hesabında məlumat paylaşılıb.Bildirilib ki, vəfat edən tələbə "Beynəlxalq ticarət və logistika" ixtisası üzrə təhsil alan Ümid Bayramlıdır.Qeyd edək ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, Ümid Bayramlı meningit xəstəliyindən əziyyət çəkib. Ölüm səbəbinin bu xəstəlikdən olduğu ehtimal olunur.Onun İmişli rayonundan olduğu və ötən gün həyatını itirdiyi bildirilib....

04 Noyabr 2026, 13:38

Bu müavinətlər artırılır - Əhaliyə ŞAD XƏBƏR

Azərbaycanda 2027-ci il dövlət büdcəsi layihəsinə əsasən bir sıra sosial müavinət və ödənişlərin məbləği artırılır.Citypost.az xəbər verir ki, layihəyə əsasən, 3 yaşınadək uşağı olan sığortaolunan analara hər ay 100 manat pul veriləcək. Daha əvvəl isə bu məbləğ 37,58 manat idi.Həmçinin, gələn il hamiləliyə və doğuma görə müavinətin hesablanmasında bir iş gününə düşən orta gündəlik qazancın 50,57 manat, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə isə 53,50 manat olacağı gözlənilir.Layihədə yer alan daha bir mühüm xəbər isə uşağın doğulmasına görə verilən birdəfəlik müavinətlə bağlıdır. Belə ki, daha əvvəl yeni doğulan uşağa görə birdəfəlik 600 manat ödənilirdisə, gələn ildən bu məbləğ 900 manat artırılaraq...

04 Noyabr 2026, 13:28

Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - Foto

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva bu gün Bakı Ekspo Mərkəzində keçirilən “AIREX 2026” - Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi ilə tanış olublar.Citypost.az  xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

04 Noyabr 2026, 13:20

Anar Bayramov 16 ildir vəzifədə olan direktoru işdən çıxardı

Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Rəqəmsal Səhiyyə Mərkəzinin baş direktoru Cəbrayıl Əsədzadə vəzifəsindən azad edilib.Citypost.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı səhiyyə naziri Anar Bayramov əmr imzalayıb.Hələlik mərkəzin rəhbərliyi baş direktorun müavini Elşad Elbaris oğlu Ömərova həvalə edilib.

04 Noyabr 2026, 13:04