Bizə yazın

Baku

-°C

USD

-

Unudulmaz Taleh Həmid

Cəmiyyət 04 Noyabr 2026, 22:11

465

İstedadı şair, jurnalist, publisist, naşir, redaktor, tərcüməçi, dəyərli və unudulmaz tələbə yoldaşımızın vəfatından düz 10 il ötür...

CityPost.az  bildirir ki,O yaddaşımızda zəngin, maraqlı ədəbi, publisistik irsi ilə yanaşı,  gülərüz siması, qaynar təbiəti, ətrafındakılara həssas münasibəti ilə də silinməz iz buraxıb.

Taleh Həmid Vətəni, onun layiqli övladlarını bütün varlığı ilə sevir və dəyərləndiridi. Heç təsadüfi deyil ki, istiqlal şairi Əhməd Cavad şəxsiyyəti və poeziyasının aşiqi idi.

Oğlu Cəlal atası haqqında kədərli, sevincli xatirələrini bizimlə bölüşərkən bu məsələyə də  toxundu, dedi ki, atam Əhməd Cavad haqqında  pyes yazıb, əlyazmasını bir makinaçı xanıma vermişdi. Sonra atam xəstələndi, bir müddət sonra dünyasını dəyişdi. İndi makinaçını da, əlyazmanı da tapa bilmirik ki, əsəri çap edək. O pyesi üzə çıxara bilsək, atamın ruhu şad olar!

Allah arzunuza çatdırsın, Cəlal.

Allah Taleh Həmidə rəhmət eləsin, məkanı cənnət, ruhu şad olsun!

Hazırladı:Abid Tahirli

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ərdoğanın təyyarəsindən Azərbaycan liderinə xüsusi mesaj - Video

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasından səfərdən qayıdarkən təyyarəsi Azərbaycanın hava məkanına daxil olduqdan sonra laynerin pilotu dispetçerlə əlaqə saxlayıb.CİTYpOST.AZ   AZƏRTAC-a istinadən xəbər verir ki, o, dövlətimizin başçısı İlham Əliyevə və Azərbaycan xalqına Prezident Rəcəb Tayyib Ərdoğanın ən səmimi arzuları ilə bağlı mesajını çatdırıb.Mesajda deyilir: "Səfərdən qayıdarkən qardaş Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq, Zati-alinizə cansağlığı və xoşbəxtlik kimi ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.Rəcəb Tayyib ƏrdoğanTürkiyə Respublikasının Prezidenti"....

04 Noyabr 2026, 22:49

Noyabrın 5-i ilə bağlı rəsmi xəbərdarlıq

Noyabrın 5-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Abşeron yarımadasında atmosfer təzyiqinin yüksəlməsi fonunda xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

04 Noyabr 2026, 22:12

SÖZÜN MƏSULİYYƏTİNİ DAŞIYAN ÖMÜR:QULU MƏHƏRƏMLİ -72

Azərbaycan jurnalistikasında elə adlar var ki, onlar təkcə bir soyad, bir imza deyil. Onlar bir məktəbdir, bir dövrdür, bir meyardır. Qulu Məhərrəmli də məhz o adlardan biridir. Onun adını çəkəndə sadəcə bir alim, bir professoru xatırlamırıq. Biz bir dövrün televiziyasını, bir dövrün ziyalı məsuliyyətini xatırlayırıq.EKRANDAN ELMƏ GEDƏN YOLFilologiya elmləri doktoru, jurnalistika üzrə ölkədə ilk elmlər doktoru, professor. Bu titullar Qulu müəllim üçün sadəcə diplom deyil. Bu, onun keçdiyi çətin, lakin şərəfli yolun təsdiqidir. O Azərbaycan Milli Televiziyasında adi redaktordan rəhbər vəzifələrə qədər yüksələn, efirin mətbəxini içindən bilən, sonra isə təcrübəni elmə gətirən nadir ziyalılardandır. O, efirdə sözün çəkisini, məsuliyyətini müəyyən...

04 Noyabr 2026, 21:10

Prezidentdən nazirin qayınatası ilə bağlı SƏRƏNCAM

Xəbər verdiyimiz kimi,Kamran Sultan oğlu İmanov “Şərəf” ordeni ilə təltif edilib.Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.CityPost.az  bildirir ki,Kamran  İmanov   iqtisadiyyat naziri Mikayıl Cabbarovun qayınatasıdır.Belə ki,Mikayıl Cabbarovun həyat yoldaşı Kamran İmanovun qızıdır.Kamran Sultan oğlu İmanov 5 noyabr 1946-cı ildə Bakı şəhərində anadan olub.O, 1964-cü ildə Bakı şəhəri 1 nömrəli orta məktəbi əla qiymətlərlə, 1969-cu ildə isə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib.Əmək fəaliyyətinə ali təhsil aldığı institutda başlayan K.İmanov daha sonra Ali və orta ixtisas təhsili Nazirliyinin Elmi-Tədqiqat Hesablama Mərkəzinin direktoru, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun prorektoru və birinci prorektoru vəzifələrində çalışıb.Mütəxəssis müxtəlif illərdə dövlət idarəçiliyində bir sıra məsul vəzifələri icra edib. O,...

04 Noyabr 2026, 19:32

Könül Vəlibəylinin qızı ifadə verdi

Bakıda yaşayış binasında baş verən yanğında üç nəfərin ölümündə təqsirləndirilən “Loft Dent” klinikasının direktoru Bəhruz Paşayevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.Citypost.az  xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş kimi tanınan və hadisə zamanı vəfat edən Könül Vəlibəylinin qızı Ləman Qulamova ifadə verib.O, hadisənin baş verən zaman evdə olduğunu bildirib: “Mənzildən çıxıb birinci mərtəbəyə düşdüm, özümü itirdim. Sonra baş verənlərdən xəbərim olmayıb, 10 gün komada qalmışam. Komadan ayılandan sonra 11 ay müalicə olunmuşam. Vəziyyətim indi də yaxşı deyil, sağalmıram, nəticə əldə edilməyib Təqsirləndirilən şəxsdən şikayətçiyəm".Təqsirləndirlilən Bəhruz Paşayev zərərçəkmişdən üzr...

04 Noyabr 2026, 19:18

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək.Citypost.az xəbər verir ki, bunu Marqus Tsahkna bildirib."Tərəfdaşlığımızın möhkəmlənməsinin daha bir göstəricisi bu ayın sonunda Bakıda Estoniyanın yeni səfirliyinin rəsmi açılışının olmasıdır. Açılış mərasimində iştirak etmək mənim üçün şərəfdir", - XİN rəhbəri vurğulayıb.O, həmçinin qeyd edib ki, Azərbaycan Estoniyanın Cənubi Qafqazda mühüm tərəfdaşıdır."Son illərdə əlaqələrimiz xeyli möhkəmlənib və biz rəqəmsallaşma, ticarət, yaşıl texnologiyalar və logistika sahələrində əməkdaşlığı ardıcıl olaraq genişləndiririk", - Tsahkna bəyan edib....

04 Noyabr 2026, 19:00