Kənan Rövşənoğlu: “Türkiyə cəmiyyəti tarixə ideoloji baxışdan çıxa bilmir”
Cəmiyyət 16 Noyabr 2026, 01:00
518
Türkiyədə əsas müzakirə mövzusu Haluk Bilginerin "Türk sineması" deyil, "Türkiyə sineması olmalıdır" deməsi və islamçı jurnalistin 10 noyabr Atatürkün anım günü ilə bağlı sözləridir.
Əslində, daha ciddi problematik mövzular var, amma ənənəvi olaraq bu cür mövzular hər şeyi üstələyir. Çünki cəmiyyət həssas və qırılqandır. Daxili milli bütünlük möhkəm deyil.
Bunu mən praktikada 25 il əvvəl yaşamışdım. Demək 90-cı illərin sonlarında Səid Nursinin həyatından bəhs edən kitab əlimə keçmişdi. Kitabı yeni oxuduğum vaxtlarda bir yaxın tanışın evində məclisdə Atatürk liseyinin iki müəllimi ilə tanış oldum. Söhbətləşdik və mən təbii ki, Türkiyə "gerceklərini" bilmədiyim üçün müəllimlərə Səid Nursinin kitabından bəhs etdim. Hiss etdim ki, bu söhbət xoşlarına gəlmədi, soyuq reaksiya verdilər. Mən isə o zaman möhkəm təəcübləndim.
İkinci hadisə Türkiyəyə ilk səfərim zamanı oldu. Türk cəmiyyətinin çox bölündüyünü müşahidə etdim, amma ən çox təsir edən başqa hadisə oldu. Orda bir gənc mənə Kadir Mısıroğlunun bir neçə kitabını verdi. Təbii ki, Bakıya gətirib oxudum. Və çox təəccübləndim. Bir ölkədə bu qədər təzadlı tarix baxışı niyə olsun?
Əslində, Haluk Bilginerin o sözü çox mənasız, böyük sənətkara yaraşmayan ifadədir. Türkiyə insanı, ziyalısı 21-ci əsrdə Türkiyəli yoxsa türk sözünü müzakirə etməyə zaman itirməməlidir. Məsələnin etnik kimlik tərəfini bir kənara qoyuram, o istiqamətdə müzakirə ediləcək çox məsələlər var, amma bu gün kimsə ispan kinosu dedikdə katalonları ayırdığını düşünmür. Ya da ingilis kinosu dedikdə şotlandlar və ya irlandlar özlərini ayırmır. Ya da ən azı bu mövzu milli təhlükəsizlik məsələsinə çevrilmir.
O cümlədən, Atatürk. Atatürk şübhəsiz böyük şəxsiyyətdir, ölkəsinin işğaldan azad edib, yeni tipli dövlət respublika qurub. Osmanlı isə bitmişdi, iki dəfə yenilənmə cəhdi etsə də nail ola bilmədi. Necə ki, İranda Qacarlar yeniləmə və yeni dövrlə ayaqlaşa bilmədilər. Bunlar tarixdir.
Türkiyə cəmiyyəti tarixə ideoloji baxışdan çıxa bilmir və bu da ölkəni bölür. Ölkənin bir tarixi olmalıdır və hər kəs o tarixə tarix kimi baxmalı, ona sahib çıxmalıdır. Əks halda bu bölünmə cəmiyyəti yorur və inkişafdan saxlayır.
Çox təəsüf ki, eyni tendensiya bizdə də müşahidə olunur. İki tarix, fərqli zumrələrin öz inandığı tarix formalaşır və bu da cəmiyyəti tədricən bölür. Bu mövzu siyasi hakimiyyətlərin nəzarəti altında olmamalı, milli bir mövzu kimi hər kəsin qəbul etdiyi real bir tarix olmalıdır. Əks halda cəmiyyət tədricən bölünəcək.
Kənan Rövşənoğlu
Jurnalist
Qənirə Ataşovadan ABŞ-dakı vəziyyətlə bağlı açıqlama: “Bu qədər panikaya ehtiyac yoxdur”
ABŞ-da yaşayan azərbaycanlı jurnalist Qənirə Ataşova sosial şəbəkələrdə Amerikada baş verən hadisələrlə bağlı yayılan xəbərlərin yaratdığı ajiotaja münasibət bildirib.O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Jurnalist qeyd edib ki, sosial şəbəkələrdə yayılan məlumatlara baxdıqda insanda elə təəssürat yaranır ki, sanki ABŞ-da dünyanın sonu yaxınlaşır. Lakin onun sözlərinə görə, bu qədər təşvişə düşməyə ehtiyac yoxdur və gündəlik həyat öz axarında davam edir.Qənirə Ataşova bildirib ki, insanlar sosial şəbəkələrdə gördükləri hər məlumatı həqiqət kimi qəbul etməməli, yayılan xəbərlərə daha soyuqqanlı yanaşmalıdırlar.O, amerikalıların alış-veriş vərdişlərinə də diqqət çəkərək qeyd edib ki, ABŞ-da insanlar ərzaq və digər gündəlik tələbatlarını çox vaxt həftəlik və ya...
16 Noyabr 2026, 00:34
Nura Suridən xəbərdarlıq: “Bəsdir də bu qədər qorxu, bu qədər təşviş”
Müğənni Nura Suri sosial şəbəkə hesabında son günlər dünyada baş verən hadisələrlə bağlı yayılan xəbərlərin insanlarda yaratdığı qorxu və təşvişdən yazıb.O, bu barədə Facebook hesabında paylaşım edib.Müğənni bildirib ki, son vaxtlar yayılan xəbərlərə nəzər saldıqda insanda elə təəssürat yaranır ki, sanki dünyanın sonu yaxınlaşır. Onun sözlərinə görə, internetin fəaliyyətini dayandıracağı, ABŞ-da təyyarələrin uçmadığı, Microsoft sistemlərinin işləmədiyi, kriptovalyutaların çökdüyü ilə bağlı xəbərlər, eləcə də yadplanetlilərlə bağlı iddialar cəmiyyətdə əlavə narahatlıq yaradır.Nura Suri qeyd edib ki, demək olar, hər gün yeni bir qorxu və təşviş doğuran məlumat yayılır. Belə xəbərlərin fonunda kriptovalyuta bazarında, xüsusilə Bitcoin-in qiymətində baş verən dəyişikliklər də insanların narahatlığını...
16 Noyabr 2026, 00:33
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur.CityPost.az xəbər verir ki, Prezidentin Mətbuat Xidmətinin məlumat yayıb.Aidiyyəti qurumlar tərəfindən hücumların qarşısının alınması və araşdırılması istiqamətində müvafiq tədbirlər görülür.
15 Noyabr 2026, 22:17
Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının 70 illik yubileyi münasibətilə “Yubiley gecəsi” keçirilib
Azərbaycan Radiosunun 100, Azərbaycan Televiziyasının isə 70 illik yubileyi münasibətilə Heydər Əliyev Sarayında “Yubiley gecəsi” adlı möhtəşəm konsert proqramı təşkil olunub.Citypost.az xəbər verir ki, tədbirdə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, AzTV-nin tanınmış və korifey aparıcıları, müxtəlif dövlət qurumlarının nümayəndələri, ictimai-siyasi xadimlər, ziyalılar və media nümayəndələri iştirak ediblər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Gecədə ilk olaraq Azərbaycan Televiziyasının sədri Rövşən Məmmədov çıxış edərək Prezident İlham Əliyevin yubiley münasibətilə ünvanladığı təbrik məktubunu səsləndirib.Daha sonra gecənin bədii hissəsində Azərbaycanın tanınmış sənətkarları və musiqi kollektivləri çıxış ediblər. Xalq artistləri Zeynəb Xanlarova, Faiq Ağayev, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Teyyub Aslanov, Samir Cəfərov,...
15 Noyabr 2026, 21:37
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Azərbaycanın avtomobil yollarında noyabrın 16-da müşahidə ediləcək vəziyyət açıqlanıb.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Noyabrın 16-da ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
15 Noyabr 2026, 21:06
Küləyin sürəti 27 m/s-ə çatıb - Faktiki hava
Milli Hidrometeorologiya Xidmətinin noyabrın 15-i saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində küləkli hava şəraiti müşahidə edilir.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Belə ki, şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 27, Ağstafada 23, Naftalan, Tovuz və Neftçalada 20, Mingəçevir və Goranboyda 19, Daşkəsəndə 18, Şabranda 17, Qobustan və Şamaxıda 16, Şəkidə 15 m/s-dək güclənir...
15 Noyabr 2026, 20:58