İrandan Rusiyaya gedən yüklər Azərbaycanda ləngidilir – AYNA niyə icazə vermir?
Cəmiyyət 14 Noyabr 2026, 14:50
491
İrandan götürdükləri yükləri Azərbaycan ərazisindən tranzit keçirməklə Rusiyaya çatdırmalı olan yük avtomobillərinin sürücüləri çətin vəziyyətlə üzləşiblər.
Citypost.az xəbər verir ki, sürücülərin Xəbərlent.az saytına verdikləri məlumata görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən müvafiq keçid icazəsi verilmədiyindən ayın 30-dan yola çıxan yük avtomobilləri artıq 13 gündür Lənkəranın Liman şəhərində və ölkənin müxtəlif ərazilərindəki qarajlarda gözləyir.
Yaranmış vəziyyət sürücülərə və yük sahiblərinə ciddi maddi ziyan vurur. Bildirilir ki, avtomobillərin dayanması ilə əlaqədar GPS sisteminə əsasən hər gün üçün 13 manat əlavə ödəniş hesablanır.
Sürücülərin sözlərinə görə, avtomobillərdə tez xarab olan ərzaq məhsullarının və soyuducu sistemlə daşınan yüklərin olması vəziyyəti daha da çətinləşdirir. Gecikmələr yük sahiblərinin narazılığına da səbəb olur.
Həmçinin oxuyun
Qeyd olunur ki, problem təkcə bir neçə avtomobillə məhdudlaşmır. İrandan Rusiyaya Azərbaycan ərazisi vasitəsilə tranzit daşıma həyata keçirən bir sıra sürücü və sahibkar eyni problemlə üzləşib.
Sürücülər aidiyyəti qurumlardan, xüsusilə AYNA-dan yaranmış vəziyyətə operativ müdaxilə edilməsini və tranzit keçid icazələri ilə bağlı problemin həllini xahiş edirlər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu göndərilib. Qurumun mövqeyini dərc etməyə hazırıq.
Süni intellekt müharibənin qaydalarını dəyişir
Müasir müharibələr artıq yalnız tankların, təyyarələrin, raketlərin və canlı qüvvənin qarşıdurması deyil. Döyüş meydanında kimin daha çox silaha malik olması ilə yanaşı, kimin daha sürətli məlumat topladığı, həmin məlumatı daha dəqiq təhlil etdiyi və qərarları daha qısa müddətdə qəbul etdiyi də həlledici əhəmiyyət daşıyır. Süni intellekt, peyk sistemləri, rəqəmsal şəbəkələr və kiberməkan müasir hərbi strategiyanın ayrılmaz hissəsinə çevrilib. ABŞ, İsrail və İran arasında 2026-cı ildə baş verən müharibə bu yeni reallığı xüsusilə aydın şəkildə nümayiş etdirdi.Bu müharibənin diqqət çəkən tərəfi odur ki, hərbi əməliyyatlar paralel olaraq üç istiqamətdə aparılır: fiziki döyüş meydanında, informasiya məkanında və rəqəmsal infrastruktur üzərində. Əvvəllər müharibənin...
14 Noyabr 2026, 14:33
Ölümlə nəticələnən qəzada xəsarət alan deputatın vəziyyəti açıqlandı
Naxçıvanda qəzaya düşən deputatın vəziyyəti məlum olub.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, Naxçıvan-Ordubad magistral yolunda, Aşağı Əylis kəndi yaxınlığında baş verən qəzada müxtəlif dərəcəli bədən xəsarətləri alan 1994-cü il təvəllüdlü Əmrah İmamverdi oğlu Məmmədov reanimasiya şöbəsinə yerləşdirilib. 1990-cı il təvəllüdlü, Naxçıvan MR Ali Məclisinin deputatı Təbriz Eyvaz oğlu Zeynalovun müalicəsi isə Neyrocərrahiyyə şöbəsində aparılır. Xəsarət alan hər iki şəxsin vəziyyətinin stabil, orta-ağır olduğu bildirilir.Faktla bağlı araşdırma aparılır....
14 Noyabr 2026, 14:04
Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir
Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Quru Qoşunlarının N hərbi hissəsində bir qrup hərbi vəzifəlinin cəlb olunması ilə növbəti təlim toplanışı keçirilir.Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, səfərbərlik tədbirlərinin yerinə yetirilməsi ardıcıllığına uyğun olaraq təlimə cəlb olunanlar hərbi uçot ixtisası üzrə bölüşdürülüb, bütün növ təminatlarla təmin edilib.Toplanış çərçivəsində günün nizam qaydalarına uyğun fəaliyyətlər icra olunub, o cümlədən onlarla maarifləndirici söhbətlər aparılıb, hərbi nizamnamələrin, hərbi qanunvericiliyin tələbləri və təhlükəsizlik qaydaları çatdırılıb.İştirakçılarla sıra, nizamnamə, ictimai-siyasi və ixtisas hazırlıqları üzrə məşğələlər keçirilib, həmçinin praktiki atış çalışması yerinə yetirilib.Qeyd edək ki,...
14 Noyabr 2026, 13:12
Sabah Bakıya yağış yağacaq - PROQNOZ
Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi günün ikinci yarısından güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 10-14° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı...
14 Noyabr 2026, 12:51
Dələduzluğa görə axtarılan 9 nəfər istintaqa təhvil verilib
Ötən gün polis tərəfindən keçirilən tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.Polis tərəfindən keçirilən əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
14 Noyabr 2026, 12:50
Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır
Sabahdan Azərbaycanda növbəti istilik mövsümünə start verilir.Citypost.az-a bu barədə "Azəristiliktəchizat" ASC-yə istinadən xəbər verir.Məlumata görə, 2026-2027-ci illər payız-qış mövsümü ərzində Bakıda və regionlarda 549 qazanxana, 87 istilik məntəqəsi və 2 yüksəldici nasos stansiyası vasitəsilə 3 838 yaşayış binasının (təxminən 178 min mənzil), 272 məktəbin, 159 uşaq bağçasının, 142 səhiyyə obyektinin və digər obyektlərin istiliklə təmin edilməsi nəzərdə tutulur.Mövsümə hazırlıq işləri ilk növbədə əvvəlki mövsüm ərzində baş vermiş qəza və nasazlıq halları nəzərə alınmaqla hazırlanmış tədbirlər planına əsasən aprel ayından etibarən başlanılıb və bu müddətdə 12 153 metr istilik xətti dəyişdirilib, 875 dirsək yenilənib, 5 458 kvadratmetr sahədə izolyasiya örtüyü bərpa...
14 Noyabr 2026, 12:45