Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi
Cəmiyyət 15 Noyabr 2026, 14:25
247
Milli Məclisin deputatı Zaur Şükürovun açıqlaması:
Prezident cənab İlham Əliyevin İrlandiyanın Baş naziri Mixol Martin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin (ASB) 9-cu Zirvə Toplantısında iştirak etmək məqsədilə Dublinə səfəri və baş tutan ikitərəfli görüşlər ölkəmizin beynəlxalq miqyasda nüfuzunun davamlı olaraq artdığını bir daha nümayiş etdirdi. 50-yə yaxın dövlət və hökumət başçısının qatıldığı və əsas mövzusu “Avropa - güclü, təhlükəsiz və əlaqəli” olan toplantının gündəliyində rəqabətqabiliyyətli iqtisadiyyat, innovasiya, nəqliyyat bağlantıları, əlçatan enerji, təhlükəsizlik və müdafiə dayanırdı. Qeyd olunan istiqamətlərin müzakirə mövzuları olaraq müəyyənləşdirilməsi müasir çağırışlar fonunda diqqət çəkir. Eyni zamanda, bu mövzuların Azərbaycanın prioritetləri (enerji daşıyıcılarının, o cümlədən təbii qaz, bərpa olunan enerjinin istehsalı və nəqli, Orta Dəhliz və regional sülh və s.) ilə də müəyyən mənada uzlaşdığını deyə bilərik.
Zirvə Toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev açılış plenar sessiyasında və “Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji” mövzusunda dəyirmi masada iştirak etdi. Dövlət başçımız dəyirmi masada çıxışında Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə ölkəmizin mühüm töhfə verməsinə, bu xüsusda Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair 2022-ci ildə imzalanmış Anlaşma Memorandumuna diqqət çəkərək, o vaxtdan bəri ölkəmizin Avropa İttifaqına qaz təchizatını səkkiz milyard kubmetrdən on üç milyard kubmetrə qədər artırdığını, bunun Azərbaycanın ixracının demək olar ki, yarısını təşkil etdiyini ölkəmizin qaz təchizatını artırmağı planlaşdırdığını, bu xüsusda yeni yataqların kəşf edildiyini bildirirərək, eyni zamanda gələcəkdə alternativ enerjinin rolunun daha da artacağını vurğuladı. Prezident İlham Əliyev Yunanıstana və İtaliyaya istiqamətlənən kəmərin ötürmə gücünün 10 milyard kubmetrdən 11,2 milyard kubmetrə qədər artırdığımızı diqqətə çatdıraraq, hazırda yeddi ölkənin ərazisindən keçən və Bolqarıstandakı interkonnektorlar vasitəsilə Avropa İttifaqının on ölkəsini təchiz edən, Bakıdan İtaliyaya qədər uzanan boru kəmərinin tamamilə dolu olduğunu və onun genişləndirməsinin vacibliyini qeyd etdi.
Sammit çərçivəsində Prezident İlham Əliyevin gün ərzində ümumilikdə on ikitərəfli - doqquz dövlət və hökumət başçısı və Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşlərinin keçirilməsi və bu görüşlərin məhz qarşı tərəflərin müraciəti əsasında baş tutması, heç şübhəsiz ölkəmizin artan roluna verilən önəmin göstəricisidir.
Belə ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə humanitar yardım, elektrik avadanlığının təchizatında ölkəmizin mühüm rolu, Moldova Prezidenti Maya Sandu ilə enerji təhlükəsizliyi, ticarət və kənd təsərrüfatı, Bolqarıstanın Baş naziri Rumen Radevlə qaz ixracı və elektrik enerjisi dəhlizi məsələləri, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə Cənub Qaz Dəhlizi və TAP infrastrukturunun genişləndirilməsi, Çexiyanın Baş naziri Andrey Babişlə ticarət və investisiya əlaqələri, o cümlədən Azərbaycandan Çexiyaya neft təchizatı, Rumıniya Prezidenti Nikuşor Danla strateji tərəfdaşlığın dərinləşdirilməsi, Xəzər–Qara dəniz enerji və nəqliyyat layihələri, müdafiə sənayesi, Litva Prezidenti Gitanas Nauseda ilə siyasi əlaqələr, iqtisadiyyat, enerji və Aİ–Azərbaycan münasibətləri, Ermənistanın Baş naziri Nikol Paşinyanla iki ölkə arasında sülh gündəliyi, həmçinin nəqliyyat və tranzit əlaqələri, iqtisadi-ticari münasibətlər, sərhədlərin delimitasiyası, gələcəkdə elektrik şəbəkələrinin birləşdirilməsi və transsərhəd çaylar üzrə işçi qrupların yaradılması, Aİ Şurasının Prezidenti Antonio Koşta ilə uzunmüddətli qaz müqavilələri, maliyyələşmə, bərpa olunan enerji, Orta Dəhliz və Naxçıvan dəmir yolu və Böyük Britaniyanın Baş naziri Endi Börnhemlə Azərbaycan-Britaniya münasibətlərinin inkişaf tarixi, mövcud durumu və perspektivləri müzakirə edildi, Prezident İlham Əliyev və Baş nazir Endi Börnhemlə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə qəbul etdi.
Qeyd edilməlidir ki, Dublin Sammitinə qədər Prezident İlham Əliyev ASB-nin səkkiz sammitindən beşində iştirak etmiş, birinə videobağlantı formatında qoşulmuşdur. 2028-ci ilin may ayında isə ASB Sammitinin Azərbaycanda keçirilməsi nəzərdə tutulub.
Dublin Sammiti çərçivəsində xüsusilə diqqət çəkən hadisə Azərbaycanla Böyyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi oldu. Bu sənəd tərəflər arasındakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırır.
Üç bölmədən ibarət olan Bəyannamənin Preambulasında tərəflərin 1994 və 1998-ci illərdə qəbul etdiyi birgə bəyannamələrə istinad olunmaqla, BMT Nizamnaməsinə, beynəlxalq hüquq normalarına, sərhədlərin toxunulmazlığına, suverenliyə və ərazi bütövlüyünə sadiqlik təsdiqlənir. Sənəddə həmçinin, 2025-ci il 8 avqust Vaşinqton Sülh Zirvəsində imzalanmış Bəyannamənin əhəmiyyəti vurğulanır, Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması alqışlanır.
“Müdafiə və Təhlükəsizlik” bölməsində regional sülh və sabitliyə dəstək üçün uzunmüddətli əməkdaşlıq, yüksəksəviyyəli təmasların davamlılığı, təlim və potensialın artırılması, müdafiə sənayesində əməkdaşlıq imkanlarının araşdırılması, hüquq-mühafizə orqanları, sərhəd idarəçiliyi və məhkəmə-hüquq sahəsində tərəfdaşlıq nəzərdə tutulur.
“Ticarət, İnvestisiya və Artım” bölməsi ticarət və investisiya əlaqələrinin genişləndirilməsini, bərpaolunan enerji, infrastruktur və xidmətlər üzrə uzunmüddətli kommersiya tərəfdaşlıqlarını, Orta Dəhlizin inkişafına dəstəyi əhatə edir. Buraya təmiz enerji keçidi, yaşıl maliyyələşdirmə, aşağıkarbonlu texnologiyalar, maliyyə və kapital bazarlarında əməkdaşlıq, kiçik və orta biznesin inkişafı da daxildir. Bu sahədə əsas platforma kimi Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya qeyd olunur.
“Təhsil və İnnovasiya” bölməsi ali və peşə təhsilini, rəqəmsal və texniki bacarıqları, dövlət sektoru üçün təlimləri, süni intellekt, rəqəmsal idarəetmə və həyat elmləri sahələrində universitet, tədqiqat institutu və sənaye tərəfdaşlığını, insanlararası mübadilələri əhatə edir.
Vurğulanmalı olan vacib məqamlardan biri, BMT Nizamnaməsinə, sərhədlərin tocunulmazlığı prinsipinə, suverenliyə və ərazi bütövlüyünə, o cümlədən 2025-ci il 8 avqust Vaşinqton Sülh Sammitinin Bəyannaməsinə, Azərbaycanla Ermənistan arasında sülh prosesinə BMT Təhlükəsizlik Şurasının daimi üzvünün siyasi dəstək nümayiş etdirməsidir və bu mövqenin sənəddə təsbit edilməsi ölkəmiz üçün mühüm diplomatik nəticədir.
Bəyannaməyə əsasən, Tərəflər hər il Strateji Tərəfdaşlıq görüşü keçirərək üç istiqamət üzrə irəliləyişi nəzərdən keçirəcək və prioritetləri müəyyən edəcək.
Qeyd edilməlidir ki, Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən böyük Avropa investorlarından biridir və bu tərəfdaşlığın 30 ildən artıq tarixi var.
Münasibətlərin təməli 1994-cü ildə qoyulub: fevralda Prezident Heydər Əliyevin Londona ilk rəsmi səfəri zamanı Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə, həmin ilin sentyabrında isə BP-nin aparıcı rol oynadığı “Əsrin müqaviləsi” imzalanıb. BP bu gün “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının operatorudur. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2026-cı ilin yanvar–iyun aylarında iki ölkə arasında ticarət dövriyyəsi 3,62 milyard dollar olub.
Bəyannamədə gələcək əməkdaşlığın istiqamətləri konkret olaraq qeyd olunur- bərpa olunan enerji, yüksək texnologiyalar və süni intellekt sahəsində qarşılıqlı maraq doğuran potensial mövcuddur.
Enerji əməkdaşlığı münasibətlərin əsası olaraq qalsa da, müdafiə, Orta Dəhliz, maliyyə bazarları və təhsil üzrə razılaşmalar iki dövlət arasında tərəfdaşlığı neft-qaz dövründən sonrakı mərhələyə hazırlayır.
Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi. Ölkəmiz üçün səfərin mühüm nəticəsi kimi, Avropa İttifaqı ilə enerji dialoqunun yeni mərhələyə keçməsi, Böyük Britaniya ilə münasibətlərin rəsmən strateji tərəfdaşlıq səviyyəsinə qalxması, Ermənistanla sülh gündəliyi çərçivəsində praktiki layihələrlə bağlı müzakirələr aparılması xüsusi olaraq qeyd edilməlidir.
Sabah intensiv yağış yağacaq
Noyabrın 16-da gözlənilən hava proqnozu açıqlanıb.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcəkSabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Səhər tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% olacaq.Dağlıq ərazilərdə qar yağacağı gözlənilirNoyabrın 16-da Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var....
15 Noyabr 2026, 12:35
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Prezident İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbası təbrik edib.CityPost.az xəbər verir ki, təbrik məktubunda bildirilir:“Hörmətli cənab Prezident,Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.Biz Azərbaycan ilə Fələstin arasında dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlərə böyük əhəmiyyət veririk.Azərbaycan Fələstin məsələsinə münasibətdə hər zaman həmrəylik nümayiş etdirərək bu problemin paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılması və BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlət prinsipi əsasında həllini dəstəkləyir.Biz bundan sonra da qardaş Fələstin xalqına humanitar dəstək göstərməyə davam edəcəyik.Fürsətdən istifadə edərək Sizi ad gününüz...
15 Noyabr 2026, 11:21
Bakıda temperatur 7-8 dərəcə enəcək - Növbəti 3 gün...
Növbəti üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi, güclü külək əsəcəyi və temperaturun aşağı enəcəyi gözlənilir.CityPost.az xəbər verir ki, meteoroloji proqnozlara əsasən, bu gün – noyabrın 15-də paytaxtda gündüz 17-18 dərəcə isti müşahidə olunsa da, küləyin sürəti 16-17 m/s-dək güclənəcək.Noyabrın 16-dan etibarən isə Bakıda hava şəraiti kəskin pisləşəcək. Bazar ertəsi gün ərzində yağış yağacağı, şimal küləyinin güclü əsəcəyi və havanın temperaturunun ötən günlərlə müqayisədə 7-8 dərəcə enərək gündüz 10-11, gecə isə 8-9 dərəcə təşkil edəcəyi proqnozlaşdırılır.Çərşənbə axşamı, noyabrın 17-də də paytaxtda sərin və buludlu hava şəraiti davam edəcək. Həmin gün havanın temperaturunun gündüz 10-11, gecə isə...
15 Noyabr 2026, 10:29
Azərbaycan XİN Fələstini təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi Fələstini təbrik edib.CityPost.az xəbər verir ki, bu barədə XİN X-da paylaşım edib.“Fələstin xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik! Milli Gününüz mübarək!”, - deyə paylaşımda bildirilib.
15 Noyabr 2026, 10:10
Rəşad Məcidə ağır itki
Tanınmış jurnalist, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib.CityPost.az xəbər verir ki, onun anası Yavər xanım 86 yaşında vəfat edib.Mərhum bu gün Ağcabədi rayonunda dəfn ediləcək.Yavər xanımın yas mərasimi (3-7) Bakıda keçiriləcək. Allah rəhmət eləsin!
15 Noyabr 2026, 09:37
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
Bakıda tələbə qız qəfil vəfat edib.Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Azərbaycan Tibb Universitetinin yataqxanasında baş verib.Universitetin Müalicə profilaktika fakültəsinin tələbəsi, 2009-cu il təvəllüdlü Elvira Eyyubova yaşadığı yataqxananın otağında ölü tapılıb.Məlumata görə, onun meyitini birlikdə yaşadığı bacısı aşkarlayıb. Tələbənin ölüm səbəbi məlum deyil.Faktla bağlı araşdırma aparılır.
14 Noyabr 2026, 20:00