Məhəmməd Salah Misir millisinin tarixində ən çox qol vuran futbolçu olub
İdman 14 Noyabr 2026, 13:55
447
Misir millisinin futbolçusu Məhəmməd Salah yığmanın tarixində ən yaxşı bombardir rekordunu yeniləyib.
Citypost.az "Report"a istinadən xəbər verir ki, o, bu uğura Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Malavi ilə keçirilən ev oyununda imza atıb.
Qarşılaşma Misir millisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Salah görüşdə iki dəfə fərqlənib. O, 84-cü dəqiqədə, eləcə də əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə penaltidən qol vurub.
Beləliklə, 34 yaşlı hücumçunun Misir millisinin heyətində keçirdiyi 123 oyunda vurduğu qolların sayı 70-ə çatıb. O, 176 matçda 69 qol vuran Hüssam Həsəni geridə qoyaraq yığmanın tarixində ən yaxşı bombardir olub. Həsən 2026-cı il dünya çempionatında Misir millisinin baş məşqçisi vəzifəsində çalışıb.
Həmçinin oxuyun
Qeyd edək ki, Məhəmməd Salah 2026-cı ilin yayında Türkiyənin "Trabzonspor" klubuna keçib. O, 2017-ci ilin yayından İngiltərənin "Liverpul" komandasında çıxış edib. Misirli futbolçu mersisaydlıların heyətində müxtəlif turnirlərdə 442 oyun keçirib, 257 qol vurub və 123 məhsuldar ötürmə verib.
Salah "Liverpul"un tarixində ən yaxşı bombardirlər siyahısında üçüncü pillədə qərarlaşıb. O, bu göstəricidə yalnız 339 qolla İan Raşdan və 280 qolla Rocer Hantdan geri qalır.
Hücumçu "Liverpul"la İngiltərə çempionu, UEFA Çempionlar Liqasının, İngiltərə Kubokunun və Superkubokunun, UEFA Superkubokunun, klublararası dünya çempionatının qalibi olub. O, həmçinin iki dəfə İngiltərə Liqa Kubo
kunu qazanıb.
Premyer Liqa: "Sabah" - "Neftçi" matçının vaxtı bəlli olub
isli Premyer Liqasının XVII turunda keçirilməsi planlaşdırılan "Sabah" - "Neftçi" oyununun vaxtı açıqlanıb.Bu barədə Citypost.az-a Peşəkar Futbol Liqasından məlumat verilib.Qarşılaşma 2027-ci il, yanvarın 23-də baş tutacaq. "Sabah Arena"dakı görüş saat 19:00-da start götürəcək.Misli Premyer LiqasıII dövrə, XVII tur22 yanvar (cümə)16:00. "Qəbələ" – "Sumqayıt"Qəbələ şəhər stadionu19:00. "Kəpəz" – "Araz-Naxçıvan"Gəncə şəhər stadionu23 yanvar (şənbə)14:00. "Şamaxı" – "Zirə"Şamaxı şəhər stadionu19:00. "Sabah" – "Neftçi""Sabah Arena"24 yanvar (bazar)15:00. "Qarabağ" – "İmişli""Azersun Arena"17:30. "Turan Tovuz" – "Şəfa"Tovuz şəhər stadionu...
13 Noyabr 2026, 17:30
Şahmatçılarımız Avropa çempionatını üç medalla başa vurdular
Azərbaycan təmsilçiləri Yunanıstanın Krit adasındakı Hersonissos şəhərində keçirilən 8-18 yaşadək şahmatçılar arasında Avropa çempionatını üç medalla başa vurublar.Bu barədə Citypost.az-a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.Belə ki, 18 yaşadək qızların mübarizəsində Nərmin Abdinova 9-cu turda FIDE təmsilçisi Lizaveta Liashkeviçi məğlub etməklə yarışı maksimal nəticəylə başa vurub. Bir tur əvvəl çempionluğu təmin edən N. Abdinova 9 turda 9 xalla fenomenal nəticəyə imza atıb.18 yaşlı oğlanların yarışında Tunar Davudov son turda Polşa şahmatçısı Pavel Sovinskini üstələyərək xalını 7-yə çatdırıb. Bununla Davudov qitə çempionatının gümüş medalını qazanıb.8 yaşlı qızların yarışında Selin Məmmədova Türkiyə şahmatçısı Eliz Karahana qalib gələrək fəxri kürsüdə yerini təmin edib. O,...
13 Noyabr 2026, 08:14
Müşfiq Hüseynov Türkiyə millisinin vəziyyətini tənqid etdi: “Ortada komanda yoxdur”
Tanınmış həkim Müşfiq Hüseynov Türkiyə futbolunda mövcud vəziyyət və milli komandanın perspektivləri ilə bağlı tənqidi fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.Müşfiq Hüseynov Türkiyə futbolunda rəqabətin əvvəlki səviyyədə olmadığını, əksinə, azarkeşlər və klublar arasında ciddi qarşıdurmanın yarandığını bildirib.Onun sözlərinə görə, təxminən 20 il əvvəl Türkiyə futbolunda əsasən sağlam rəqabət mövcud idi və bu, nəticələrə də müsbət təsir göstərirdi. Hazırda isə futbol mühitində parçalanma, qarşılıqlı nifrət və müxtəlif maraqlar ön plana çıxıb.Həkim hesab edir ki, Türkiyə millisinin uğurlu nəticə əldə etməsinə mane olan əsas amillər sırasında tapşırıq, rüşvət, menecer oyunları, yerlibazlıq və dini ayrı-seçkilik kimi...
13 Noyabr 2026, 01:36
Gəncədə bədii gimnastika üzrə açıq region birinciliyi keçiriləcək
Gəncədə bədii gimnastika üzrə açıq region birinciliyi keçiriləcək."Report" xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.Yarış noyabrın 21-də Gəncə Olimpiya İdman Kompleksində təşkil olunacaq.Müxtəlif yaş kateqoriyalarındakı gimnastlar birincilik uğrunda mübarizə aparacaqlar.
12 Noyabr 2026, 18:45
Göyçayın "Çərəkə" komandası AFFA U-11 Liqasından kənarlaşdırılıb
Göyçayın "Çərəkə" komandası AFFA U-11 Liqasından kənarlaşdırılıb.Citypost.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.Turnirdə keçirilməsi planlaşdırılan "Çinar" (Göyçay) – "Çərəkə" (Göyçay) oyunu "Çərəkə" komandasının təyin olunmuş vaxtda meydanda olmaması səbəbindən baş tutmayıb.Bu hal üçüncü dəfə təkrarlandığından "Çərəkə" U-11 Liqasından kənarlaşdırılıb. Komandanın keçirdiyi oyunların nəticələri ləğv edilib.
12 Noyabr 2026, 17:30
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında, həmçinin Seneqalın paytaxtı Dakarda təşkil olunan Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak etmiş milli komandaların üzvləri, məşqçilər və federasiyanın rəsmiləri ilə görüşüb.Bu barədə Citypost.az-a federasiyadan məlumat verilib.Görüş zamanı beynəlxalq yarışların nəticələri, Azərbaycan güləşinin dünya arenasında mövqeyi, idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirlər və qarşıdakı hədəflər ətrafında fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğı, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi və müasir idman infrastrukturunun yaradılması beynəlxalq arenada idmançılarımızın uğurlarına geniş imkanlar açıb.Dünya çempionatında beşinci dəfə qızıl medal qazanan Eldəniz Əzizlinin Azərbaycan...
12 Noyabr 2026, 13:16