Bizə yazın

Baku

-°C

USD

-

Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

Cəmiyyət 14 Noyabr 2026, 15:47

396

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Argentina Respublikasının Buenos-Ayres şəhərinə işgüzar səfəri çərçivəsində noyabrın 13-də ölkənin Federal Baş prokuroru Eduardo Kasal və Buenos-Ayres Muxtar Şəhərinin Baş prokuroru Martin Lopes Savaleta ilə ikitərəfli görüşlər keçirilib.

Baş Prokurorluqdan Citypost.az-a veilən məlumata görə, Federal Baş prokuror Eduardo Kasal ilə keçirilmiş görüş zamanı Kamran Əliyev Azərbaycan ilə Argentina arasında qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsiplərinə əsaslanan münasibətlərin inkişafına ölkəmizin xüsusi önəm verdiyini bildirib.

Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və çoxşaxəli xarici siyasət kursunda Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, ölkəmizin tərəfdaşlıq əlaqələrinin coğrafiyasının genişləndirilməsi, müxtəlif regionlarla siyasi, iqtisadi və hüquqi əlaqələrin dərinləşməsi, eləcə də dövlətlər və xalqlar arasında qarşılıqlı etimada və faydalı əməkdaşlığa əsaslanan münasibətlərin inkişaf etdirilməsi mühüm prioritetlərdəndir. Bu baxımdan, Latın Amerikası ölkələri, o cümlədən Argentina ilə əməkdaşlığın genişləndirilməsi əhəmiyyət kəsb edir.

Baş prokuror ölkəmizdə korrupsiyaya və transmilli cinayətkarlığın digər formalarına qarşı mübarizənin gücləndirilməsi və bu çərçivədə prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar barədə həmkarına geniş məlumat verib.

İkitərəfli görüşdə cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımın səmərəliliyinin artırılması, hüquqi yardım sorğularının operativ icrası, sübutların əldə edilməsi, cinayət törətmiş şəxslərin ekstradisiyası ilə bağlı səlahiyyətli orqanlar arasında əlaqələndirmə və beynəlxalq hüquqi əməkdaşlığın digər aktual məsələləri müzakirə olunub.

Tərəflər habelə, cinayət təqibindən kənar icraat sahəsində təcrübə mübadiləsi, korrupsiya, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və müasir cinayətkarlığın digər təzahürlərinə qarşı birgə mübarizənin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Bu kontekstdə qarşılıqlı hüquqi yardımın səmərəliliyinin artırılması və transmilli cinayətkarlıqla mübarizədə səylərin əlaqələndirilməsi baxımından Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) kimi nüfuzlu təşkilatların rolu xüsusi vurğulanıb. Həmçinin Argentina Baş prokurorunun prezidenti olduğu İbero-Amerika Prokurorlar Assosiasiyası çərçivəsində əməkdaşlığa dair müzakirələr aparılıb. Həmin gün Buenos-Ayres Muxtar Şəhərinin Baş prokuroru Martin Lopes Savaleta ilə keçirilmiş ikitərəfli görüşdə Kamran Əliyev iki qurum arasında formalaşmış əməkdaşlıq əlaqələrini məmnunluqla xatırladaraq, 2019-cu il sentyabrın 18-də Buenos-Ayres şəhərində korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizə sahəsində əməkdaşlığa dair sənədin imzalanmasının qarşılıqlı münasibətlərin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Eləcə də, 2023-cü il martın 23-də Yunanıstanın Afina şəhərində Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Buenos-Ayres Muxtar Şəhərinin Dövlət Prokurorluğu Xidməti arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumunun mövcud tərəfdaşlığın hüquqi əsaslarını daha da möhkəmləndirdiyi qeyd olunub.

Həmçinin, hər iki görüşdə iki ölkənin prokurorluq orqanları arasında birbaşa peşəkar əlaqələrin daha da inkişaf etdirilməsi, qarşılıqlı ekspert səfərləri, birgə təlimlərin təşkili və cinayət işlərinin istintaqında qabaqcıl təcrübənin öyrənilməsinin əhəmiyyəti vurğulanıb.

Bununla yanaşı, beynəlxalq və regional təşkilatlar, o cümlədən BPA çərçivəsində əməkdaşlığın davam etdirilməsinə dair məsələlər də görüşlərin müzakirə predmetini təşkil edib.

Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşlərdə Azərbaycan Respublikasının Argentina Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəmzi Teymurov da iştirak edib.

Problemlərinizi bizə bildirin

077 323 55 66

İrandan Rusiyaya gedən yüklər Azərbaycanda ləngidilir – AYNA niyə icazə vermir?

İrandan götürdükləri yükləri Azərbaycan ərazisindən tranzit keçirməklə Rusiyaya çatdırmalı olan yük avtomobillərinin sürücüləri çətin vəziyyətlə üzləşiblər.Citypost.az xəbər verir ki, sürücülərin Xəbərlent.az saytına verdikləri məlumata görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən müvafiq keçid icazəsi verilmədiyindən ayın 30-dan yola çıxan yük avtomobilləri artıq 13 gündür Lənkəranın Liman şəhərində və ölkənin müxtəlif ərazilərindəki qarajlarda gözləyir.Yaranmış vəziyyət sürücülərə və yük sahiblərinə ciddi maddi ziyan vurur. Bildirilir ki, avtomobillərin dayanması ilə əlaqədar GPS sisteminə əsasən hər gün üçün 13 manat əlavə ödəniş hesablanır.Sürücülərin sözlərinə görə, avtomobillərdə tez xarab olan ərzaq məhsullarının və soyuducu sistemlə daşınan yüklərin olması vəziyyəti daha da çətinləşdirir. Gecikmələr yük sahiblərinin...

14 Noyabr 2026, 14:50

Süni intellekt müharibənin qaydalarını dəyişir

Müasir müharibələr artıq yalnız tankların, təyyarələrin, raketlərin və canlı qüvvənin qarşıdurması deyil. Döyüş meydanında kimin daha çox silaha malik olması ilə yanaşı, kimin daha sürətli məlumat topladığı, həmin məlumatı daha dəqiq təhlil etdiyi və qərarları daha qısa müddətdə qəbul etdiyi də həlledici əhəmiyyət daşıyır. Süni intellekt, peyk sistemləri, rəqəmsal şəbəkələr və kiberməkan müasir hərbi strategiyanın ayrılmaz hissəsinə çevrilib. ABŞ, İsrail və İran arasında 2026-cı ildə baş verən müharibə bu yeni reallığı xüsusilə aydın şəkildə nümayiş etdirdi.Bu müharibənin diqqət çəkən tərəfi odur ki, hərbi əməliyyatlar paralel olaraq üç istiqamətdə aparılır: fiziki döyüş meydanında, informasiya məkanında və rəqəmsal infrastruktur üzərində. Əvvəllər müharibənin...

14 Noyabr 2026, 14:33

Ölümlə nəticələnən qəzada xəsarət alan deputatın vəziyyəti açıqlandı

Naxçıvanda qəzaya düşən deputatın vəziyyəti məlum olub.Citypost.az Oxu.Az-a istinadən xəbər verir ki, Naxçıvan-Ordubad magistral yolunda, Aşağı Əylis kəndi yaxınlığında baş verən qəzada müxtəlif dərəcəli bədən xəsarətləri alan 1994-cü il təvəllüdlü Əmrah İmamverdi oğlu Məmmədov reanimasiya şöbəsinə yerləşdirilib. 1990-cı il təvəllüdlü, Naxçıvan MR Ali Məclisinin deputatı Təbriz Eyvaz oğlu Zeynalovun müalicəsi isə Neyrocərrahiyyə şöbəsində aparılır. Xəsarət alan hər iki şəxsin vəziyyətinin stabil, orta-ağır olduğu bildirilir.Faktla bağlı araşdırma aparılır....

14 Noyabr 2026, 14:04

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir

Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Quru Qoşunlarının N hərbi hissəsində bir qrup hərbi vəzifəlinin cəlb olunması ilə növbəti təlim toplanışı keçirilir.Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, səfərbərlik tədbirlərinin yerinə yetirilməsi ardıcıllığına uyğun olaraq təlimə cəlb olunanlar hərbi uçot ixtisası üzrə bölüşdürülüb, bütün növ təminatlarla təmin edilib.Toplanış çərçivəsində günün nizam qaydalarına uyğun fəaliyyətlər icra olunub, o cümlədən onlarla maarifləndirici söhbətlər aparılıb, hərbi nizamnamələrin, hərbi qanunvericiliyin tələbləri və təhlükəsizlik qaydaları çatdırılıb.İştirakçılarla sıra, nizamnamə, ictimai-siyasi və ixtisas hazırlıqları üzrə məşğələlər keçirilib, həmçinin praktiki atış çalışması yerinə yetirilib.Qeyd edək ki,...

14 Noyabr 2026, 13:12

Sabah Bakıya yağış yağacaq - PROQNOZ

Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi günün ikinci yarısından güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 10-14° isti, gündüz 16-21° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı...

14 Noyabr 2026, 12:51

Dələduzluğa görə axtarılan 9 nəfər istintaqa təhvil verilib

Ötən gün polis tərəfindən keçirilən tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.Polis tərəfindən keçirilən əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

14 Noyabr 2026, 12:50