Bazarlarda gizli satılan balıq - Qiyməti və ovlanması ilə bağlı açıqlama
Cəmiyyət 23 Noyabr 2026, 20:37
634
Ovlanması qadağan edilsə də, bazarlarda piştaxtalarda ona rast gəlmək olur. Söhbət ilanbalığından gedir.
Bəs bazarda ilan balığı niyə azdır və haradan gəlir?
Citypost.az xəbər verir ki, satıcıların sözlərinə görə, anbarlardan gətirilən bu balığı gizli formada satırlar:
"Hazırda bazara çox az-az gətirilir, ölçüləri belə kiçik olur. Qiymətləri isə bir ədədi 3-4 manata satılır".
Satıcılar deyirlər ki, bu balıq növü əsasən dekabr ayında satışa çıxarılır. Hazırda isə təsadüf halda gətirilir və adətən gecə ilə satılıb qutarır:
"Bu balıq kiloyla satılmır, məsələn, çox gələndə 2-50, az olanda 3-50 manatdır. Ona tələbat ən çox gözə görə, yağına görədir. Çox yağlı balıqdır, ona görə tələbət var.Bu balıq Neftçala, bir də Zərdab zonasından gəlir".
Bəs ilanbalığının ovlanması qanunidir?
Mövzu ilə bağlı KTN-nin tabeliyində fəaliyyət göstərən Balıqçılıq və Akvakultura Mərkəzi nümayəndəsi Elvin Dəmirli bildirib ki, bu balıq növünün ovu xüsusi qaydalarla tənzimlənir:
Həmçinin oxuyun
"Belə ki, bu il ilan balığı ovu üçün Baş Mil Muğan, Baş Şirvan kollektorlarında həmçinin Kür çayı üzrə ümumilikdə 3 ton kvota nəzərdə tutulub. Ayrılmış kvota müvafiq icazə, ov müddəti və digər qanuni tələblər çərçivəsində həta keçirilir. O ki, qaldı qanunsuz icra olunan ov hallarının nəzarətinə, qurum rəsmisi buna da aydınlıq gətirib.
Qanunsuz ov hallarının qarşısını alınması məqsədi ilə Balıqçılıq və Akvakultura Mərkəzi əməkdaşları tərəfindən Xəzər dənizində və ölkənin daxili su hövzələrində mütamadi nəzarət tədbirləri həyata keçirilir. Nəzarət tədbirləri zamanı balıq ovlayan şəxslərin müvafiq balıq ovlama biletinin və icazə sənədlərinin olub-olmaması yoxlanılır. Ovlanmış balıqların növü, miqdarı və ayrılmış kvotaya uyğunluğu araşdırılır.
Qadağan edilmiş ov alətlərindən istifadə hallarının qarşısı alınır. Balıq məhsullarının daşınması və satışında sənədlərinin mövcudluğu yoxlanılır və eyni zamanda qanunsuz ov və satış hallara işarə edildikdə qanunvericiliyə uyğun tədbirlər görülür. Ovlanması qadağan olan və olmayan balıqların siyahısı isə belədir".
Hansı balıqları ovlamağa icazə var?
"Ovlanmasına icazə verilən digər balıqlara kilkə, siyənək, kütüm, külmə, kefal, çəkid, çapax, qarasul, sıv, naxa və durna balığı aid edilir. Ovlanması qadağan edilən balıqlara isə qaya balığı, nərə, bölgə balığı, uzunburun, zərdəpər və digər balıq növləri daxildir. Beləliklə, rəsmi məlumatlardan da aydin olur ki, ilan balığının ovlanması qadağan deyil, lakin yalnız müəyyin edilmiş kuvota və qanuni icazə sənədləri əsasında mümkündür".
Bazarlarda bu məhsulun piştaxtalardan kənarda gizli şəkildə satılması isə böyük ehtimalla satıcıların müvafiq mənşə sənədlərinin olmamasından və ya mövsümün hələ tam başlamamasından iləli gəlir. Nəzarət tədbirlərinin gücləndirilməsi isə qanunsuz ovun qarşısının alınmasına xidmət edir./yenisabah/
İtaliyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
İtaliyanın xarici işlər naziri Antonio Tayani Bakıda Şəhidlər xiyabanını ziyarət edib.Citypost.az xəbər verir ki, o, bu barədə “X” hesabında paylaşım edib.“Bakı Şəhidlər xiyabanına ziyarət. Azadlıq uğrunda həlak olanların, nifrət və zülm qurbanlarının xatirəsinə ehtiram”, – Tayani qeyd edib.
23 Noyabr 2026, 19:49
SÖZ KARVANI ONU SARVAN SEÇMİŞDİ!
Türk dünyasının görkəmli türkoloqu, dilçisi və böyük tənqidçisi Aydın Məmmədov 1944-cü ildə Şəkidə anadan olmuşdur. Bütün ömrünü doğma Azərbaycanın tərəqqisinə, xalqının elmi, mədəni və siyasi dirçəlişinə həsr etmişdir. Orta məktəbdə müəllim fəaliyyətinə qoşulan A.Məmmədov elmi işçi kimi böyüdü, ictimai xadim kimi ərsəyə çatdı, görkəmli siyasət adamı kimi həyatdan getdi. Azərbaycan türklərinin bu torpaqda eramızdan çox öncə yaşaması fikrini elmi gerçəkliyə çevirməyi bacaran alim Aydın bəy istər "Sovetskaya turkologiya" jurnalının redaktor müavini, istərsə də Bədii Tərcümə Mərkəzinin rəhbəri kimi SSRİ-nin və bütövlükdə bütün dünya türklərinin bir-birini daha yaxından tanıması, onların doğmalaşması üçün ölçüyəgəlməz işlər görmüşdür.Ömrünün təxminən son onilliyini bütünlüklə ictimai-siyasi hadisələrə...
23 Noyabr 2026, 18:51
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Noyabrın 25-də magistral xəttin yenisi ilə əvəz edilmiş hissəsində birləşmə işlərinin görülməsi ilə bağlı gün ərzində Bakının Səbail və Yasamal rayonlarının bəzi ərazilərinin içməli su təminatında fasilə yaranacaq.Bu barədə Citypost.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan "İri Şəhərlərin Su Təchizatı" QSC-dən bildirilib.Məlumata əsasən, suyun əvvəlki rejimlə verilməsi noyabrın 26-da səhər saatlarında bərpa olunacaq.
23 Noyabr 2026, 17:38
Salyanda “Aşxana” adlı kafedə nöqsanlar aşkarlandı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şirvan-Salyan regional bölməsinin əməkdaşları Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən, fiziki şəxs Məmmədova Gülər Sənan qızına məxsus “Aşxana” adlı kafedə nəzarət tədbiri keçirib.Citypost.az xəbər verir ki, ictimai iaşə obyektinin qeydiyyatdan keçmədən qanunsuz fəaliyyət göstərdiyi, qida məhsullarının hazırlanması üçün mətbəx sahəsinin mövcud olmadığı, ev şəraitində hazırlanan yeməklərin mənşəyinin məlum olmadığı, istifadə edilən suyun filtrdən keçirilmədiyi, temperatur rejiminə düzgün əməl edilmədiyi və digər sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu aşkarlanıb.Faktla bağlı inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib və nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyəti məhdudlaşdırılıb....
23 Noyabr 2026, 17:20
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Qobustan, Xızıda narıncı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.Neftçala, Şirvan, Naftalan, Goranboy, Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilan, Mingəçevir, Şəki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzəndə sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək....
23 Noyabr 2026, 17:14
ADY-nin Müşahidə Şurasına yeni üzv seçilib
"Azərbaycan Dəmir Yolları" QSC-nin Müşahidə Şurasına yeni üzv təyin olunub.Citypost.az quruma istinadən xəbər verir ki, Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin direktoru Fərid Baxşıyev ADY-nin Müşahidə Şurasına üzv seçilib.Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şurasının sədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevdir. Şuranın digər üzvləri isə AZCON Holding-in icraçı direktoru Şahin Babayev, icraçı direktorunun müavini Vüqar Mirzəzadə və baş maliyyə inzibatçısı Taylan Tekelidir....
23 Noyabr 2026, 16:29