Azərbaycanda kartlardan 2 milyondan çox pul oğurlanıb
İqtisadiyyat 23 Noyabr 2026, 17:45
402
2026-cı ilin üçüncü rübündə Azərbaycan banklarına məxsus ödəniş kartları ilə ölkədaxili və ölkəxarici xidmət şəbəkələrində 13 min 319 fırıldaqçılıq əməliyyatı qeydə alınıb.
Citypost.az AMB-yə istinadla xəbər verir ki, bu əməliyyatların ümumi məbləği 2 milyon 11 min 550 manat təşkil edib.
Əvvəlki rüblə müqayisədə belə əməliyyatların ümumi sayı 49.02 faiz, məbləği isə 47.48 faiz artıb. Məişət texnikası
Üçüncü rübdə ölkədaxili xidmət şəbəkəsində kartlarla fırıldaqçılıq əməliyyatlarının məbləği 1 milyon 635 min 257 manat olub. Bu, ikinci rübdəki 1 milyon 74 min 526 manatla müqayisədə 52.18 faiz çoxdur.
Ölkəxarici xidmət şəbəkəsində isə Azərbaycan banklarına məxsus kartlarla fırıldaqçılıq əməliyyatlarının məbləği 289 min 423 manatdan 376 min 293 manata yüksəlib. Bu istiqamətdə artım 30.02 faiz təşkil edib.
Həmçinin oxuyun
Əməliyyatların sayında da hər iki istiqamət üzrə artım qeydə alınıb. Ölkədaxili fırıldaqçılıq hallarının sayı ikinci rübdəki 5 min 305-dən üçüncü rübdə 7 min 222-yə çatıb. Bu, 36.14 faiz artım deməkdir. Ölkəxarici əməliyyatların sayı isə 3 min 633-dən 6 min 97-yə yüksələrək 67.82 faiz çoxalıb.
İlin birinci rübündə ölkədaxili şəbəkədə 4 min 995 fırıldaqçılıq əməliyyatı üzrə bir milyon 350 min 492 manat, ölkəxarici şəbəkədə isə 6 min 20 əməliyyat üzrə 325 min 335 manat qeydə alınmışdı.
Rüblük göstəricilərin cəminə əsasən, 2026-cı ilin doqquz ayında kartlarla ümumilikdə 33 min 272 fırıldaqçılıq əməliyyatının məbləği 5 milyon 51 min 326 manat olub. Bunun 17 min 522 əməliyyat üzrə 4 milyon 60 min 275 manatı ölkədaxili, 15 min 750 əməliyyat üzrə 991 min 51 manatı isə ölkəxarici xidmət şəbəkəsinin payına düşüb.
AIIB Bakı metrosunun maliyyələşdirilməsini 1 milyard dollara çatdıracaq
Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) "Bakı Metropoliteni" QSC-nin "Yaşıl" xəttinin genişləndirilməsi layihəsinin həyata keçirilməsi üçün 820 milyon ABŞ dolları məbləğində kreditin ayrılmasını nəzərdən keçirir."Report" Banka istinadən xəbər verir ki, bu layihə ilə ("Baku Metro Expansion Project - Phase II") ümumi uzunluğu təxminən 8 kilometr olan ikiyollu tunellərin inşası və dörd yeraltı stansiyanın tikintisi nəzərdə tutulur."Layihə hazırda Direktorlar Şurasında təsdiqlənmək üçün bankdaxili prosedurlardan keçir", - AIIB-dən "Report"a bildirilib.Bu təşəbbüs üç əsas komponenti əhatə edir: mülki infrastrukturun və mühəndislik sistemlərinin inkişafı (tunellərin çəkilməsi və stansiyaların inşası üzrə tikinti işləri, o cümlədən MEP mexaniki, elektrik və santexnika sistemlərinin quraşdırılması), müasir siqnallaşdırma və rabitə...
23 Noyabr 2026, 10:46
Pensiya alanlara şad xəbər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə noyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb.Bu barədə Citypost.az-a ƏƏSMN-dan məlumat verilib.Bildirilib ki, noyabrın 6-da Naxçıvan Muxtar Respublikası, noyabrın 13-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin noyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
20 Noyabr 2026, 13:38
Azərbaycanın Yunanıstana qaz ixracı 423,9 milyon dollara çatıb
Yunanıstan Azərbaycandan təbii qaz idxalını 11,4 faiz artırıb.Dövlət Statistika Komitəsinin dərc etdiyi “2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ticarət əlaqələri” hesabatına əsasən, cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan Yunanıstana 756,7 milyon kubmetr (qaz halında) təbii qaz ixrac edilib. İxracın dəyəri 423,9 milyon ABŞ dolları təşkil edib.Citypost.az xəbər verir ki, Komitənin məlumatları əsasında trend-in hesablamalarına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 77,2 milyon kubmetr və ya 11,4 faiz artıb. Dəyər ifadəsində isə ixrac 65,8 milyon ABŞ dolları və ya 18,4 faiz yüksəlib.Qurumun məlumatına görə, ötən ilin yanvar-sentyabr aylarında Azərbaycandan Yunanıstana 358,1 milyon ABŞ dolları dəyərində 679,5 milyon kubmetr təbii...
19 Noyabr 2026, 08:12
Prezident təqaüdü alanların sayı açıqlandı
Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüd təyin olunan şəxslərin sayı açıqlanıb.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.Bildirilib ki, müxtəlif kateqoriyadan olan 407,6 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüd təyin olunub.Qeyd edək ki, hazırda Azərbaycan Respublikası Prezidentinin təqaüdü və fəxri adlara görə təqaüdün məbləği aşağıdakı kimidir:Fəxri adlara görə aylıq təqaüdlərin məbləği:- “Xalq” fəxri adı verilmiş şəxslər üçün - 300 manat;- “Əməkdar” fəxri adı verilmiş şəxslər üçün - 200 manat.Digər Prezident təqaüdləri:- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü – 1700 manat;- Ali təhsil müəssisələrinə qəbul imtahanlarında ən yüksək nəticə göstərərək...
18 Noyabr 2026, 17:20
Bundan toplanan haqq büdcəyə ödəniləcək
Avtomobillərin Bakıda ödənişli hərəkət zonalarına daxil olmasına görə toplanan haqq dövlət büdcəsinə ödəniləcək.Axar.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Avtomobil yolları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.Layihəyə əsasən, Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin zonalara daxil olmasına görə haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcək, həmin haqq dövlət büdcəsinə ödəniləcək.Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə subsidiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada dövlət büdcəsinin vəsaiti hesabına...
18 Noyabr 2026, 16:33
Azərbaycan nefti bahalaşıb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,03 dollar və ya 0,03% artaraq 98,79 ABŞ dolları olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 98,76 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
18 Noyabr 2026, 10:15