SÖZ KARVANI ONU SARVAN SEÇMİŞDİ!
Cəmiyyət 23 Noyabr 2026, 18:51
601
Türk dünyasının görkəmli türkoloqu, dilçisi və böyük tənqidçisi Aydın Məmmədov 1944-cü ildə Şəkidə anadan olmuşdur. Bütün ömrünü doğma Azərbaycanın tərəqqisinə, xalqının elmi, mədəni və siyasi dirçəlişinə həsr etmişdir. Orta məktəbdə müəllim fəaliyyətinə qoşulan A.Məmmədov elmi işçi kimi böyüdü, ictimai xadim kimi ərsəyə çatdı, görkəmli siyasət adamı kimi həyatdan getdi. Azərbaycan türklərinin bu torpaqda eramızdan çox öncə yaşaması fikrini elmi gerçəkliyə çevirməyi bacaran alim Aydın bəy istər "Sovetskaya turkologiya" jurnalının redaktor müavini, istərsə də Bədii Tərcümə Mərkəzinin rəhbəri kimi SSRİ-nin və bütövlükdə bütün dünya türklərinin bir-birini daha yaxından tanıması, onların doğmalaşması üçün ölçüyəgəlməz işlər görmüşdür.
Ömrünün təxminən son onilliyini bütünlüklə ictimai-siyasi hadisələrə həsr edən A.Məmmədov 1988-ci ilin fevralından başlayan Azərbaycan Xalq hərəkatının ön sıralarında ilk günlərdən dayanmışdır. Onu həmişə tətil edən fəhlələrin, yerli ağalara etiraz edən kəndlilərin, tələbələrin, ziyalıların içərisində, özü də ən narahat, ən ağrılı anlarda görmək mümkün idi. Ayıq siyasətçi və ardıcıl demokrat olan Aydın bəyin hadisələrə öz şəxsi münasibəti və onları öz şəxsi yozum üslubu vardı.
Güclü məntiqə malik, alovlu natiq Aydın Məmmədov on minlərcə insanı arxasınca aparmağı bacarırdı. Xalqın sevgisini qazanmış A.Məmmədov millət vəkili seçilmişdi. Bu vəzifədə o, milli birlik yaratmaq, azadlıq və demokratiya uğrunda hərəkatımızı düz yolla aparmaq üçün ciddi işlər görürdü.
Respublika Ali Sovetinin millətlərarası münasibətlər üzrə daimi komissiyasının sədri idi.
Qarabağa Xalq Yardımı Komitəsinin sədr müavini olmuşdur.
Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə seçilmişdir.
1991-ci il aprel ayının 19-da müəmmalı şəkildə avtomobil qəzasında faciəli şəkildə həlak olmuşdur (Dilarə Əliyeva ilə).
Öz doğma Kiş kəndində dəfn olunmuşdur.
Aydınlıq Səmadı, Günəşdi, Aydı,
Tanrıdan verilən duadı, paydı,
Haqqa, ədalətə çağrışdı, haydı,
Söz karvanı onu sarvan seçmişdi!
Aydınlıq gözlərdə yanan çıraqdı,
Nurlu ömürlərdən gələn soraqdır,
Baharlı ağacdı, min bir budaqdır,
Söz karvanı onu sarvan seçmişdi!
Borcunu vermişdi söz kirəsinin,
Andını içmişdi yüz kərəsinin,
Yuxusun qatmışdı yer kürəsinin,
Söz karvanı onu sarvan seçmişdi!
Qəzov-qədər vaxtı ölçüb-biçmişdi,
Qismətinə matəm günü seçmişdi,
Ölüm badəsini çoxdan içmişdi,
Söz karvanı onu sarvan seçmişdi!
Şeytan balaları “satdılar” onu,
Maşın qəzasına saldılar onu,
Qaranlıq dünyaya atdılar onu,
Söz karvanı onu sarvan seçmişdi!
Tanrı sevdiyinə maraq eylədi,
Mələklər Aydini soraq eylədi,
Əbədi dünyaya qonaq eylədi,
Söz karvanı onu sarvan seçmişdi!
Biz onu dostluğun şahı bilərdik,
Alimi, hocası, dahı bilərdik,
Saray divlərinin ahı bilərdik,
Söz karvanı onu sarvan seçmişdi!
Yalanla, əyriylə öyüyənmədi,
Yaltaqliq içində böyüyənmədi,
Dəyirman daşında üyüyənmədi,
Söz karvanı onu sarvan seçmişdi!
Əbədi dünyanın fikir Aydını,
Düşmənlər bu gün də güdür Aydını,
Ədəbi oğrular sökür Aydını,
Söz karvanı onu sarvan seçmişdi!
Əmir Pəhləvan
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Noyabrın 25-də magistral xəttin yenisi ilə əvəz edilmiş hissəsində birləşmə işlərinin görülməsi ilə bağlı gün ərzində Bakının Səbail və Yasamal rayonlarının bəzi ərazilərinin içməli su təminatında fasilə yaranacaq.Bu barədə Citypost.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan "İri Şəhərlərin Su Təchizatı" QSC-dən bildirilib.Məlumata əsasən, suyun əvvəlki rejimlə verilməsi noyabrın 26-da səhər saatlarında bərpa olunacaq.
23 Noyabr 2026, 17:38
Salyanda “Aşxana” adlı kafedə nöqsanlar aşkarlandı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şirvan-Salyan regional bölməsinin əməkdaşları Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən, fiziki şəxs Məmmədova Gülər Sənan qızına məxsus “Aşxana” adlı kafedə nəzarət tədbiri keçirib.Citypost.az xəbər verir ki, ictimai iaşə obyektinin qeydiyyatdan keçmədən qanunsuz fəaliyyət göstərdiyi, qida məhsullarının hazırlanması üçün mətbəx sahəsinin mövcud olmadığı, ev şəraitində hazırlanan yeməklərin mənşəyinin məlum olmadığı, istifadə edilən suyun filtrdən keçirilmədiyi, temperatur rejiminə düzgün əməl edilmədiyi və digər sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu aşkarlanıb.Faktla bağlı inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib və nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyəti məhdudlaşdırılıb....
23 Noyabr 2026, 17:20
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Qobustan, Xızıda narıncı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.Neftçala, Şirvan, Naftalan, Goranboy, Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilan, Mingəçevir, Şəki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzəndə sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək....
23 Noyabr 2026, 17:14
ADY-nin Müşahidə Şurasına yeni üzv seçilib
"Azərbaycan Dəmir Yolları" QSC-nin Müşahidə Şurasına yeni üzv təyin olunub.Citypost.az quruma istinadən xəbər verir ki, Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin direktoru Fərid Baxşıyev ADY-nin Müşahidə Şurasına üzv seçilib.Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şurasının sədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevdir. Şuranın digər üzvləri isə AZCON Holding-in icraçı direktoru Şahin Babayev, icraçı direktorunun müavini Vüqar Mirzəzadə və baş maliyyə inzibatçısı Taylan Tekelidir....
23 Noyabr 2026, 16:29
Su polisi brakonyerlik etməkdə şübhəli şəxsləri saxlayıb
Su polisi brakonyerlik etməkdə şübhəli şəxsləri saxlayıb.Citypost.az xəbər verir ki, Su Polisi və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları tərəfindən birgə keçirilən tədbir zamanı Şərbət gölündə qanunsuz balıq ovu ilə məşğul olan M.Məmmədov və Y.Alıyev saxlanılıblar. Həmin şəxslərdən müxtəlif növ qadağan olunan ov alətləri, eləcə də qanunsuz olaraq ovlanan balıqlar aşkarlanıb.Araşdırma aparılır.
23 Noyabr 2026, 16:05
Yardımlı İH-də saxlanılan məmurların məhkəmə prosesi başlayır
Yardımlı Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat nəticəsində saxlanılan vəzifəli şəxslərin istintaqı yekunlaşıb.Citypost.az APA-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Yardımlı rayon Məhkəməsinə təqdim olunub.İş üzrə məhkəmə iclası yaxın zamanlarda başlayacaq.Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin bu ilin aprel ayında həyata keçirdiyi əməliyyat nəticəsində Yardımlı Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elçin Mirzəyev və baş məsləhətçi Yaşar Eyvazov saxlanılıb.Onlara və İcra Hakimiyyətinin Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Namiq Səfərova Cinayət Məcəlləsinin 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi üzrə ittiham irəli...
23 Noyabr 2026, 15:55