Elariz Məmmədoğlunun dələduzluqda təqsirləndirilən kürəkəninə hökm oxunub
Hadisə 03 Noyabr 2025, 17:52
3638
Valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışan 10 il müddətə azadlıqdan məhrum edilib.
Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, cinayət işi üzrə Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov zərərçəkən kimi tanınıblar.
İttihama görə, təqsirləndirilən Nizami Alışan asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. Bununla da o, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirməkdə ittiham olunub.
Həmçinin oxuyun
Zərərçəkənlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir.
Nizami Alışan Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinir.
O, Amerikada yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkəni, AzTV-nin keçmiş sədri Arif Alışanovun isə qardaşı oğludur.
Ada ilə qəzada həlak olan şəxs iş adamının oğlu deyil
Gecə saatlarında iki nəfərin ölümü ilə nəticələnən qəzada həyatını itirən Anar Kərimovun tanınmış iş adamı Alik Kərimovun oğlu olması ilə bağlı iddialar yayılıb.“Qafqazinfo” xəbər verir ki, Alik Kərimovun oğlu, “Metak” şirkətinin icraçı direktoru Aydın Kərimov sosial şəbəkədə video paylaşaraq yayılan iddiaları təkzib edib.“Bir çox xəbər saytları indi mənim barəmdə yanlış məlumat yayırlar. Bu gün faciə baş verib, Allah rəhmət eləsin həmin şəxslərə, ailə üzvlərinə Allah səbr versin. Bizim ailəmizə heç bir aidiyyəti yoxdur. Çox adam narahat olur, zəng edir, çox sağ olun”, - o bildirib.Qeyd edək ki, ARB TV-nin keçmiş aparıcısı Ada Süleymanova dostları ilə doğum gününü qeyd etdikdən bir...
23 Noyabr 2026, 16:43
Ada Süleymanova ilə qəzada həlak olan Anar məşhur iş adamının oğludur
Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verən avtomobil qəzasında iki nəfər ölüb.Citypost.az xitab24.az-a istinadla xəbər verir ki, qəzada həlak olanlardan Anar Kərimov məşhur iş adamı Alik Kərimovun oğludur.Alik Kərimov "Metak" şirkətinin rəhbəridir.Qeyd edək ki, sözügedən qəzada aparıcı Ada Süleymanova da həyatını itirib.
23 Noyabr 2026, 14:37
DYP-dən blogerin sükan arxasındakı görüntülərinə münasibət
Sosial şəbəkələrdə bir çox şəxslərin, xüsusilə də blogerlərin sükan arxasında canlı yayım açması hallarına tez-tez rast gəlinir.Citypost.az xəbər verir ki, bir çox hallarda həmin sürücülərin diqqətlərini yoldan yayındırmaları, əllərinin ikisini də sükandan çəkmələri, hərəkət edən nəqliyyat vasitəsində rəqs etmələri və digər hərəkətləri diqqət çəkir.Son olaraq isə bloger Firuzə Ağayevanın eyni məzmunlu video paylaşması müzakirələrə səbəb olub.Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev F.Ağayevanın görüntüləri ilə bağlı Qafqazinfo.az-a cavab olaraq bildirib ki, bütün sürücülər yol hərəkəti qaydalarına ciddi əməl etməlidir: “Sükan arxasında diqqəti yoldan yayındıran hərəkətlərə yol vermək kobud məsuliyyətsizlikdir. Bir neçə saniyəlik diqqətsizlik ağır yol-nəqliyyat hadisəsinə və insan...
23 Noyabr 2026, 13:46
Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi nəticəsində aparıcı Ada Süleymanla birlikdə həlak olan sürücünün ailə üzvü olmadığı bilinib.Oxu24.com -un məlumatına görə, sükan arxasında olan Anar Kərimov Ada Süleymanın yaxın dostu olub.Xəbərə görə, onlar restorandan birlikdə ayrılıblar.Xatırladaq ki, aparıcı Ada Süleyman ötən gecə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verən avtoqəzada həyatını itirib.Faciə aparıcının ad günü məclisindən qayıdarkən baş verib.
23 Noyabr 2026, 13:16
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanıldı
Noyabrın 21-də və 22-də ölkə ərazisində qeydə alınan 83, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis tərəfindən təmin olunub.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.Axtarışda olduğuna görə ümumilikdə 59, o cümlədən borclu şəxs qismində axtarışda olan 34 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb....
23 Noyabr 2026, 10:53
“Hələ yazılacaq çox hekayəm var…” - Sonuncu dəfə bu paylaşımı edib
Dünən doğum gününü qeyd edən və gecə evinə qayıdarkən qəzada həyatını itirən aparıcı Ada Süleymanın son paylaşımı diqqət çəkib.Citypost.az xəbər verir ki, o, ad günü ilə bağlı “Instagram” səhifəsində paylaşdığı videoya bu sözləri yazıb: “Əzizlərim, bu, bir doğum günü deyil… Bu, bir hesabatdır. Qısa bir zaman kəsiyində qət etdiyim yolun, dəyişən düşüncələrimin, böyüyən ruhumun, toxunduğum qəlblərin hesabatı…Bu, dünənki mənlə bugünkü mən arasındakı məsafənin hekayəsidir. Amma bu, hələ yolun başlanğıcıdır. Qarşıda yazılacaq çox hekayəm, qət ediləcək çox yolum var. Gözünüzün önündə böyüyür, dəyişir və öz hekayəmi yazıram.”Qeyd edək ki, Ada Süleyman ARB TV-də çalışıb. O, uzun müddət “Sən olsaydın” verilişinin aparıcısı...
23 Noyabr 2026, 10:51