Bizə yazın

Baku

-°C

USD

-

Çin liderini lağa qoydu, hücumla üzləşdi – Tayvanda SƏS-KÜYLÜ HADİSƏ

Dünya 26 Noyabr 2026, 00:58

430

Tayvanda stand-up komediyaçısı Huang Yi-hao Çin prezidenti Si Cinpin haqqında zarafatlarına görə təhdid və fiziki hücumla üzləşib. Hadisə Pekinin Tayvan üzərində təsirini artırmaq üçün həyata keçirdiyi iddia olunan transmilli repressiyalarla bağlı narahatlıqları yenidən gündəmə gətirib.

Citypost.az Taipei Times-a istinadən xəbər verir ki, prokurorlar komediyaçının çıxışlarına görə beş nəfərin ona avtomobillə hücum edərək qollarını və ayaqlarını sındırmağı planlaşdırdığını müəyyən ediblər. Həmin şəxslər cinayət təhdidi və hücuma cəhd də daxil olmaqla müxtəlif ittihamlarla üzləşiblər.

Məlumata görə, Huang Yi-hao sentyabr ayında avtomobillə vurulub və xəsarət alıb. İddialara əsasən, hücumun təşkilində Çin vətəndaşının Tayvan sakininə 250 min Yeni Tayvan dolları ödədiyi bildirilir.Komediyaçı çıxışlarında Çin liderini tez-tez lağa qoyur. O, son çıxışlarından birində Nvidia şirkətinin qurucusu Jensen Huangla bağlı yayılan iddialara toxunaraq Si Cinpin haqqında da zarafat edib.Tayvanın Materik İşləri Şurasının rəhbəri Çiu Çui-çenq bildirib ki, hadisə yalnız komediyaçının şəxsi təhlükəsizliyi məsələsi deyil, həm də ölkənin söz azadlığına və demokratik həyat tərzinə qarşı təhdiddir.

Onun sözlərinə görə, Çin Tayvanda siyasi baxımdan arzuolunmaz hesab etdiyi şəxslərə qarşı qorxutma, fiziki zorakılıq, informasiya müharibəsi, biznes sanksiyaları və şəxsi məlumatların internetdə yayılması kimi üsullardan istifadə edir.Şuranın məlumatına əsasən, son üç il ərzində 131 nəfər Çinin bu cür təzyiqlərindən təsirlənib. Onların arasında jurnalistlər, sənətçilər və siyasətçilər də var.Çinin Tayvan İşləri İdarəsi isə məsələ ilə bağlı şərh verməyib. Bununla belə, Pekin daha əvvəl Tayvanın hücumla bağlı ittihamlarını rədd edib və adanın hakimiyyətini siyasi məqsədlərlə Çin əleyhinə əhval-ruhiyyə yaratmaqda günahlandırıb.

Huang Yi-hao hesab edir ki, hücum cəmiyyətdə parçalanma yaratmaq məqsədinə qismən nail olub. Onun sözlərinə görə, bəzi insanlar baş verənlərdən sonra söz azadlığının daha güclü müdafiəsinə çağırsa da, digərləri insanları siyasətdən uzaq durmağa səsləyib.

Turan

Problemlərinizi bizə bildirin

077 323 55 66

Böyük Britaniya Paraqvayın yeni hökumətinə dəstəyini ifadə edib

Böyük Britaniya Paraqvay Prezidenti Pedro Alliananın rəhbərlik etdiyi hökumətə dəstəyini açıqlayıb.Citypost.az MercoPress-ə istinadən xəbər verir ki, bu barədə Paraqvay Xarici İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, Böyük Britaniya Xarici İşlər Nazirliyinin parlament katibinin müavini Kris Elmor Paraqvayın xarici işlər naziri Ruben Ramirezlə telefon danışığı aparıb. Söhbət zamanı Elmor ölkəsinin Pedro Alliana administrasiyasına dəstəyini ifadə edib.Tərəflər ikitərəfli münasibətlərin əsas istiqamətlərini müzakirə edib, 2027-ci ilin əvvəlində siyasi məsləhətləşmələrin keçirilməsi barədə razılığa gəliblər.Qeyd edək ki, Paraqvayın əvvəlki vitse-prezidenti Pedro Alliana noyabrın 6-da prezident kimi and içərək vəzifəsinin icrasına başlayıb. O, bu postda Santyaqo Penyanı əvəz edib.Paraqvayda siyasi dəyişikliklər Ueno Bankının iflası ilə bağlı qalmaqal...

26 Noyabr 2026, 00:42

Los-Ancelesdəki evini itirən Mel Gibson yenidən Kosta Rikadadır

Hollivud aktyoru və rejissoru Mel Gibsonun Kosta Rikada olduğu rəsmən təsdiqlənib.Citypost.az The Tico Times-a istinadən xəbər verir ki, bu barədə ölkənin Miqrasiya və İmmiqrasiya Baş İdarəsi məlumat yayıb. Bildirilib ki, aktyor noyabrın 22-də Kosta Rikaya daxil olub və noyabrın 24-nə olan məlumata görə, onun ölkəni tərk etməsi ilə bağlı heç bir qeydiyyat aparılmayıb.Rəsmilər Gibsonun səfərinin məqsədi, ölkədə nə qədər qalacağı və harada məskunlaşdığı barədə məlumat verməyiblər. Aktyor da səfəri ilə bağlı hələlik açıqlama yaymayıb.Qeyd edək ki, Mel Gibsonun Kosta Rika ilə əlaqələri uzun illərə dayanır. O, təxminən 20 ildir ki, ölkənin Guanacaste bölgəsində, Nikoya yarımadasının Playa Barrigona sahilində böyük şəxsi mülkə...

26 Noyabr 2026, 00:19

Ərdoğan Xəlifə Haftarı qəbul etdi 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Ordusunun Baş Komandanı, marşal Xəlifə Haftarı və onu müşayiət edən nümayəndə heyətini Prezident Kompleksində qəbul edib.Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, qəbul mətbuata qapalı olub.Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlu, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran, eləcə də Prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç iştirak ediblər....

25 Noyabr 2026, 19:43

Paşinyanın adına saxta profil açdılar

Ermənistanın Baş naziri Nikol Paşinyanın adına saxta "Telegram" hesabı yaradılıb."Unikal" xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi Melaniya Harutyunyan məlumat yayıb. O, istifadəçilərə daha diqqətli olmaları barədə xəbərdarlıq edib.  

25 Noyabr 2026, 18:00

“Fars”: İrana böyük həcmdə dollar gətirilib

Qonşu ölkələrdən birindən İrana böyük həcmdə dollar əskinasları gətirilib.APA-nın Tehran bürosunun məlumatına görə, “Fars” xəbər agentliyi valyuta təklifinin artırılması siyasəti çərçivəsində qonşu ölkələrdən birindən İrana böyük həcmdə ABŞ dollarının gətirildiyini açıqlayıb.Məlumata görə, İran Mərkəzi Bankının rəhbəri bundan əvvəl ölkədəki bütün müraciət edənlərə satılmaq üçün ümumilikdə 2 milyard dollar valyuta ayrıldığını, hər bir müraciətçinin isə maksimum 10 min dollar ala biləcəyini bildirmişdi. Sonradan bu məbləğin 3 milyard dollara çatdırıldığı açıqlanmışdı.Agentlik qeyd edib ki, İran Mərkəzi Bankının valyuta ehtiyatları rəsmilərin açıqlamalarına əsasən, qənaətbəxş vəziyyətdədir. Valyutanın bazara davamlı şəkildə çıxarılmasının dolların məzənnəsinin aşağı düşməsinə şərait yaradacağı gözlənilir....

25 Noyabr 2026, 17:15

Fatimə parlamentin iclasına körpəsi ilə qatıldı - Video

Avstraliya senatoru Fatimə Payman parlamentin iclasına körpəsi ilə qatılaraq diqqət çəkib.Citypost.az  Globalinfo.az-a istinadla xəbər verir ki, senator iclas boyunca körpəsini qucağında saxlayıb.Digər senatorlar da körpəyə biganə qalmayıb, bəziləri onu əyləndirməyə çalışıblar.Parlamentdə yaşanan bu anlar sosial şəbəkələrdə də maraq doğurub.Hadisə parlamentdə çalışan valideynlərin, xüsusilə anaların, övladları ilə birgə iş həyatında iştirak imkanları və bu istiqamətdə yaradılan şərait məsələsini bir daha gündəmə gətirib....

25 Noyabr 2026, 16:40