Samuxda yetkinlik yaşına çatmayan qız zolanıb
Hadisə 25 Noyabr 2026, 19:35
468
Samux rayonunda 22 yaşlı oğlan yetkinlik yaşına çatmayan qıza qarşı cinsi zorakılıq törədib.
Citypost.az xəbər verir ki, 2004-cü il təvəllüdlü Sənan rayonunun qəsəbələrindən birində tanışı Vüsalın (adlar şərtidir) əsgər qonaqlığında iştirak edib.
Bu zaman o, həmin evin həyətində oynayan 2016-cı il təvəllüdlü Ləmanı görüb. Sənan azyaşlıya qarşı zorak hərəkətləri etmək qərarına gəlib.
Bu məqsədlə azyaşlı qıza "Gəl gedək, səninlə kurtkamı evdən götürək, gələk" deyib. Onu aldadaraq əlindən tutub aparmaq istəyib.
Bu zaman Sənan əlindən çıxmağa çalışan azyaşlıya zpr tətbiq edərək onu buraxmayıb və qəsəbə ərazisində, kənd arasında "kanalın üstü" adlanan yerdə ona qarşı intim xarakterli hərəkətlər edib və zorlayıb.
İş üzrə ifadə verən Sənan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
Zərərçəkmiş Ləmanın sözlərinə görə, hadisə günü babasıgilə gedib:
Həmçinin oxuyun
"Hadisə günü Sənan "gödəkçəmi bir nəfər sizin evin qabağına aparıb, sizin eviniz haradadır?" dedi. Mən Sənana evimizin kanal tərəfə gedən yolda olduğunu dedim. O isə məni qabağa apardı. Orada əynimdə olan üst və alt paltarlarımı çıxararaq pis-pis hərəkətlər etdi".
İş üzrə zərərçəkmiş Ləmanın atası Vəlinin sözlərinə görə, həmin gün başı qonaqlara qarışıb və Ləmanın ortalıqda olmadığını bilməyib:
"Ləmanı axtaranda isə bir nəfər kanala su gəldiyini dedi. Mən də Ləmanın kanala düşmüş ola biləcəyini fikirləşərək qorxdum. Geri qayıdanda Ləman ağlaya-ağlaya yanıma gəldi və bir nəfər əminin onu kanala apardığını dedi. Divana otuzduranda Ləmanın ayağının qanlı olduğunu və üst geyiminin tərs geyinildiyini gördüm. O, bir əminin ona bunu etdiyini dedi. Sənan tapıldıqdan sonra "mən deyildim" deyə and içdi. Sonra Ləmanla ilkin üzləşdirilməsi zamanı əməlini etiraf etdi".
Gəncə Ağır C!n4yətlər Məhkəməsinin hökmü ilə Sənan 10 il müddətinə azadlıqdan məhrum edilib.
(demokrat.аz)
Bu il 81 kişi məişət zorakılığına məruz qalıb
"Dövlət Komitəsinə 2026-cı ilin 10 ayı ərzində məişət zorakılığı ilə bağlı 499 müraciət daxil olub. Bu müraciətlər üzrə 81 kişi, 395 qadın və 23 uşaq zorakılığın təsirinə məruz qalıb. 116-111 qadın və uşaq dəstək xəttinə daxil olan müraciətlərin 649-u məişət zorakılığı ilə bağlı olub".Citypost.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, Baş Prokurorluğun məlumatına əsasən, 2026-cı ilin ilk 9 ayında məişət zorakılığı ilə əlaqəli cinayət hadisələri üzrə 931 qadın zərərçəkmiş kimi qeydə alınıb:"Onlardan 906-sı xəsarət alıb, 23 qadın isə həyatını itirib. Bu göstəricilər yalnız statistika deyil. Hər bir...
25 Noyabr 2026, 17:46
Zaqatalada meşədə 80 yaşlı kişi itkin düşüb, FHN axtarışlara başlayıb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Zaqatala rayonunun Kebeloba kəndində meşəlik ərazidə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.Bu barədə Citypost.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.Məlumatla əlaqədar, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri 1946-cı il təvəllüdlü Mustafayev Xəlil Mustafa oğlunun axtarışlarına cəlb olunub. Əməliyyata Xidmətin xüsusi təlim görmüş itləri də cəlb edilib.Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarışlar davam etdirilir....
25 Noyabr 2026, 17:05
Sumqayıtda marketdə ahıl qadına qarşı cibgirlik edilib
Sumqayıt şəhərində marketlərdən birində ahıl yaşlı qadına qarşı cibgirlik edilib.Citypost.az APA-a istinadən xəbər verir ki, qadının çantasının açıq olduğunu görən naməlum şəxs onu izləyib və fürsət yaranan kimi çantadan içərisində 1289 manat olan pul kisəsini oğurlayaraq hadisə yerindən uzaqlaşıb.Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş V.Nəzərov müəyyən edilərək saxlanılıb. O, ifadəsində oğurladığı pulu xərclədiyini bildirib.Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib....
25 Noyabr 2026, 16:34
Azərbaycanda tələbə binadan yıxılaraq ölüb
Azərbaycanda tələbə bədbəxt hadisə nəticəsində ölüb.Oxu.Az-ın əldə etdiyi məlumata görə, Həsən Əlili binanın 5-ci mərtəbəsindən yıxılıb.Onun tələbə olduğu bildirilir.Hadisənin təfərrüatı dəqiqləşdirilir.
25 Noyabr 2026, 16:26
Sumqayıt bulvarında dənizdə batan 20 yaşlı oğlanın meyiti tapılıb
Sumqayıt bulvarında dənizdə batan 20 yaşlı oğlanın meyiti tapılıb.Citypost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin məlumatında deyilir.Məlumata görə, 18 noyabr 2026-cı il tarixində Sumqayıt şəhəri, Sumqayıt Dənizkənarı Bulvarının ərazisində dənizdə batan 2006-cı il təvəllüdlü Şahaliyev Nəsrəddin Sədrəddin oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən 600m aralı, nəzarətsiz ərazidə suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib....
25 Noyabr 2026, 16:20
Azyaşlı bacıların ölümü ilə bağlı - Açıqlama
Noyabrın 7-si saat 09:35 radələrində və noyabrın 22-si saat 06:45 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Aşağı Sulutəpə ərazisindən çağırış qeydə alınıb. Citypost.az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Çağırış ünvanına təcili tibbi yardım briqadaları göndərilib.Təcili tibbi yardım briqadaları tərəfindən 07.11.2026-cı il tarixində 2015-ci il təvəllüdlü azyaşlının (qadın cinsli), 22.11.2026-cı il tarixində isə 2017-ci il təvəllüdlü azyaşlının (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.Qeyd edək ki, hadisə Binəqədi rayonu Sulutəpə qəsəbəsində baş verib. 2015-ci il təvəllüdlü Ülkər Asif qızı Hüseynova 7 noyabr, kiçik bacısı 2017-ci il təvəllüdlü Nuranə isə 23...
25 Noyabr 2026, 16:15