Bakıda 166 min manatlıq qızıl-brilyant qaçaqmalının qarşısı alındı
Hadisə 26 Noyabr 2026, 12:46
408
Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks tədbirlər nəticəsində gömrük nəzarətindən gizlədilən qızıl-zinət əşyaları aşkar edilib.
Citypost.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, Dubay-Bakı aviareysi ilə gələn Hindistan Respublikası vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Yoxlama nəticəsində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilən, 750 əyar 79,27 qram qızıl və 57,779 karat brilyantdan hazırlanan ümumi dəyəri 166 min 610 manat təşkil edən iki ədəd boyunbağı aşkar olunub.
Həmçinin oxuyun
Faktla bağlı araşdırma aparılır.
“20 Yanvar”da kişi qəfil öldü
Paytaxtın Yasamal rayonu ərazisində - metronun “20 Yanvar” stansiyasının çıxışında piyada qəfil ölüb.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, hadisə noyabrın 25-i saat 13 radələrində Müzəffər Həsənov küçəsi 12-nin qarşısında baş verib.Bakı şəhər sakini 1975-ci il təvəllüdlü İsmayıl Mikayılzadə qəfil yıxılıb. Onun öldüyü məlum olub. İlkin məlumata görə, İ.Mikayılzadə ürək çatışmazlığından vəfat edib.Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
26 Noyabr 2026, 12:50
Aptekdən 500 manatlıq üz kremi oğurlayıb gözəllik salonuna satdı
Nərimanov rayonu ərazisində yerləşən apteklərdən birində oğurluq hadisəsi qeydə alınıb.Citypost.az “Yeni Sabah”a istinadən xəbər verir ki, aptekə müştəri qismində daxil olan şəxs satıcının diqqətinin yayınmasından istifadə edərək ümumi dəyəri 500 manata yaxın olan üz kremlərini oğurlayıb. Hadisə barədə aptek sahibi polisə müraciət edib.Polisin keçirdiyi tədbirlərlə oğurluq edən O.Hüseynov müəyyən olunaraq saxlanılıb. Həmin şəxs oğurladığı məhsulları daha sonra gözəllik salonlarından birinə satdığını bildirib. Sərfəli qiymətə məhsullarFaktla bağlı araşdırma davam etdirilir....
26 Noyabr 2026, 12:42
Polis ötən gün qanunsuz saxlanılan 30 tüfəng aşkarlayıb
Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, noyabrın 25-də polis tərəfindən paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz odlu silah və sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər keçirilib.Tədbirlər nəticəsində 3 avtomat silahı, 2 tapança, 30 tüfəng, 17 patron darağı və 580 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.Qanunsuz saxlanılan odlu silah və sursatın aşkar olunması, eləcə də onların qanunsuz dövriyyədən çıxarılması istiqamətində tədbirlər davam etdirilir....
26 Noyabr 2026, 11:58
Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi
Yevlaxda övladlarına aliment ödəməyən qadın məhkum edilib.Citypost.az Oxu.Az-a istiandən xəbər verir ki, hadisə rayonun Aran qəsəbəsində baş verib.Qəsəbə sakini Ramil Rüstəmov 2012-ci ildə ailə həyatı qurub və birgə nikahdan iki övladı dünyaya gəlib. O, bir müddətdən sonra həyat yoldaşından ayrılıb və uşaqlar atanın himayəsində qalıb. Həmin vaxtdan etibarən hər uşağın yetkinlik yaşına çatdırılması üçün qadından 150 manat olmaqla, ümumilikdə 300 manat aliment tutulması müəyyən edilib. Lakin ana məhkəmə qərarını icra etməyib və aliment ödəməkdən yayınıb. Bundan sonra ata hüquq-mühafizə orqanlarına müraciət edib, faktla bağlı cinayət işi başlanılıb. Məhkəmə istintaqı dövründə məlum olub ki, ana 6 600 manat aliment borcundan yayınıb....
26 Noyabr 2026, 11:40
Stadionda ölən azarkeşlə bağlı TƏBİB yeni detalları açıqladı
TƏBİB Bakıda keçirilən “Sabah” – “Barselona” qarşılaşması zamanı stadionda bir nəfərin öldüyünü təsdiqləyib.Qurumdan Citypost.az-ın sorğusuna cavab olaraq bildirilib ki, noyabrın 25-də saat 20:25 radələrində Sabunçu rayonunda yerləşən Bakı Olimpiya Stadionundan Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.“Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Briqada tərəfindən bir nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb”, – TƏBİB-dən bildirilib.Xatırladaq ki, Teleqrafın məlumatına görə, Rusiyanın Krasnoyarsk diyarından oyunu izləmək üçün Bakıya gələn 1987-ci il təvəllüdlü Anton Petrişşevin qarşılaşmanın ikinci hissəsində tribunada qəfil halı pisləşib və o, stadionda vəfat edib. TƏBİB-in cavabında ölümün səbəbi göstərilməyib....
26 Noyabr 2026, 11:06
Bakı aeroportunda ər-arvad saxlanılıb - 22 min avroya ad-soyadlarını dəyişdiribmişlər
Saxta pasportdan istifadə etdiyinə görə Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılan İran vətəndaşları həbs edilib.Citypost.az “Qafqazinfo”a istinadən xəbər verir ki, özlərini Rumıniya vətəndaşı kimi təqdim edən 1992-ci il təvəllüdlü Andrey Popesku və 1995-ci il təvəllüdlü Yelena Popeskunun əslində İran vətəndaşları olması müəyyən edilib.Onlar barəsində Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə iş açılıb.Məlum olub ki, İran vətəndaşları olan ər-arvad 22 min avro ödəməklə saxta Rumıniya vətəndaşlığı pasportları alıb, ad-soyadlarını dəyişdirərək Andrey Popesku və Yelena Popesku ediblər. Onlar həmin pasportlarla Azərbaycana gələrək buradan Avropa ölkələrindən birinə getmək istəyiblər.Hər 2 şəxs İrandan təyyarə ilə Bakıya gəlsələr də, nəzarət-buraxılış məntəqəsində saxlanılıblar. Araşdırmalarla onların Urmiyadan gələn İran...
26 Noyabr 2026, 10:35