“Barselona” kubokun sahibi oldu
İdman 27 Aprel 2025, 02:56

430
Bu gün İspaniya Kral Kubokunun final matçı keçirilib.
CityPost.az xəbər verir ki, həlledici görüşdə “Barselona” “Real”la qarşılaşıb.
Oyunda hesabı kataloniyalılar açıblar. Pedri komandasını önə çıxarıb. İkinci yarıda madridlilər ardıcıl iki qol vurublar. Öncə Kilian Mbappe, ardınca Orelyan Çuameni fərqlənib. Matçın sonlarında Ferran Torres oyunu əlavə vaxta daşıyıb.
Əlavə vaxtın ikinci hissəsində Jül Kundenin vurduğu qol həlledici olub. Bununla da, “Barselona” İspaniya Kubokunun qalibi adına yiyələnib.
İspaniya Kral Kuboku
Final
"Barselona" - "Real" 3:2
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Ançelotti “Real”dan gedir
İspaniyanın "Real Madrid" komandasının baş məşqçisi Karlo Ançelotti gələn həftə tutduğu vəzifədən istefa verəcək.
27 Aprel 2025, 18:44

“Qarabağ” yeni rekorda imza atdı
“Qarabağ” Azərbaycan Kubokunda yeni rekorda imza atıb.CityPost.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu tarixində 12-ci dəfə turnirin finalına yüksəlib.Qurban Qurbanovun baş məşqçisi olduğu komanda yarımfinalda “Araz-Naxçıvan”ı mübarizədən kənarlaşdırıb – 0:1, 3:0. Bununla da 12-ci dəfə finala vəsiqə qazanan “Qarabağ” 11 dəfə buna nail olan “Neftçi”ni geridə qoyub.Ağdam təmsilçisi əvvəlki 11 finalın 8-də - 1993, 2005/2006, 2008/2009, 2014/2015, 2015/2016, 2016/2017, 2021/2022, 2023/2024 mövsümlərində kuboku qazanıb. Üç dəfə - 1995/1996, 1997/1998 və 1999/2000 mövsümlərində finalda uduzub....
24 Aprel 2025, 11:30

“Qarabağ” Azərbaycan kubokunun finalına çıxdı
Azərbaycan kubokunda yarımfinal görüşlərinin cavab oyunlarına start verilib.CityPost.az xəbər verir ki, hər iki görüş bu gün baş tutub.İlk oyunda "Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edib. Ağdamlılar 0:1 hesablı məğlubiyyətin əvəzini çıxa biliblər.Meydan sahibləri böyükhesablı qələbəyə sevinib - 3.0.Qeyd edək ki, günün digər qarşılaşmasında "Neftçi" "Sabah"ın qonağı olacaq.
23 Aprel 2025, 19:56

UEFA reytinqində Azərbaycanın mövqeyi dəyişməyib
Avrokubokların 1/4 final mərhələsinin cavab qarşılaşmalarından sonra UEFA reytinq cədvəlində Azərbaycanın mövqeyi dəyişməyib.
18 Aprel 2025, 10:18

Qəbələ - Xankəndi ultramarafonunun qalibləri bəlli olub - YENİLƏNİB
Qəbələ - Xankəndi ultramarafonunun sonuncu - dördüncü mərhələsinin mükafatçıları müəyyənləşib.Citypost.az xəbər verir ki, Ağdamdan başlayan yarış Xankəndidə sona çatıb.Ultramarafon iştirakçıları bu mərhələdə 28 kilometr məsafə qət ediblər.Son mərhələnin qalibi kişilər arasında türkiyəli atlet Ömər Alkanoğlu olub. İkinci yeri onun həmyerlisi Üzeyir Söyləməz, üçüncü pilləni isə gürcüstanlı Georgi Lomidze tutublar.Üzeyir Söyləməz əvvəlki üç mərhələni də birinci pillədə başa vurduğu üçün əsas mükafat ona verilib.Qadınların mübarizəsində son mərhələni türkiyəli Hasibe Dəniz birinci, ukraynalı Alyona Şevçenko ikinci, azərbaycanlı atlet Leyla Abdinova isə üçüncü sırada başa vurublar.Burada da ilk üç mərhələdə Alyona Şevçenko bütün rəqiblərini qabaqladığı üçün əsas qalib o hesab edilib.***12:00II Xankəndi Ultramarafonunun Ağdam-Xankəndi...
13 Aprel 2025, 16:36

II Xankəndi Ultramarafonunun Ağdam-Xankəndi istiqamətinə hərəkət davam edir - FOTOLENT
II Xankəndi Ultramarafonunun Ağdam-Xankəndi istiqamətinə hərəkət davam edir.Citypost.az-ın yerli müxbirinin xəbərinə görə, marafon iştirakçıları səhər saatlarından başlayaraq işğaldan azad olunmuş Ağdam şəhəri istiqamətindən Xankəndi şəhəri xətti üzrə davam edirlər.Qaçış iştirakçıları Xocalı rayonu ərazisində davam edirlər.(apa)
13 Aprel 2025, 12:00