Bizə yazın

Baku

-°C

USD

-

Ziya Məmmədovun ölkədən çıxışına "stop" qoyuldu - İDDİA 

Cəmiyyət 19 Oktyabr 2025, 14:03

322

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun ölkədən çıxışına “stop” qoyuldu.

KONKRET.az xəbər verir ki, bu barədə etibarlı mənbələrdən məlumat daxil olub.

Qeyd edək ki, hələ 2016–2017-ci illərdə Ziya Məmmədovun xaricə çıxışına qadağa qoyulması barədə iddialar yayılmışdı.

Yeri gəlmişkən, 2017–2018-də onun oğlu Anar Məmmədovun Bakıdakı daşınmaz əmlaklarına həbs qoyulması barədə rəsmi məhkəmə xəbərləri var.

Xatırladaq ki, əks-nazirin adı Ramiz Mehdiyev qalmaqalında hallanır. Ayrı-ayrı mənbələrin təsdiqlədiyi ehtimallara görə, Ramiz Mehdiyev Ziya Məmmədovun qardaşı Elton Məmmədov vasitəsilə əlaqə yaradırmış.

Digər mənbələr isə bildirir ki, onun yanına gizli tuneldən gedib-gələn eks vəzifəli şəxslər artıq xüsusi xidmət orqanlarının diqqətini çəkib.

Görünən odur ki, dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyevin adamlarının tam ifşasına önümüzdəki həftələrdə şahid olacağıq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Gəzmədiyi nazirlik qalmayıb - Ramiz Mehdiyev oğlunu hakimiyyətə hazırlayırdı? 

Ramiz Mehdiyevin oğlunun hərbi xidmət müəmması Prezident Administrasiyasının 87 yaşlı sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb olunması, ona qarşı dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, eləcə də cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması kimi ağır ittihamların irəli sürülməsi, diqqəti onunla yanaşı ailə üzvlərinin də keçmiş və indiki fəaliyyətinə yönəldib.R.Mehdiyev vəzifədə olduğu dövrdə geniş səlahiyyətlərindən və təsir imkanlarından istifadə edərək övladlarını, yaxın qohumlarını yüksək dövlət postlarına təyin etdirə bilib. pizza sifarişi“Yeni Sabah” xəbər verir ki, onun oğlu Teymur Mehdiyevin tərcümeyi-halına diqqət yetirəndə bunu aydın şəkildə görmək olar.Amma...

19 Oktyabr 2025, 15:20

Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər 

Baş nazirin sabiq birinci müavini Abbas Abbasov nankorların “parlaq” nümayəndələrindən hesab oluna bilər. O da eynilə, 2006-cı ildə vəzifəsindən azad edildi və “İstiqlal” ordeni ilə təltif edilərək, hörmətlə yola salındı. Düşünmək olardı ki, bundan sonra o, akademik fəaliyyətlə, bizneslə məşğul ola, yaxud ailə mühitində nəvə-nəticələrinə babalıq edə bilər. Amma Abbas Abbasov hakimiyyət eşqinə düşdü və başqa paytaxtlarda nicat axtarmağa başladı.CityPost.az  xəbər verir ki, bu barədə APA-nın yaydığı məlumatda bildirilir.“2013-cü ildə Azərbaycanda dövlət çevrilişinə cəhd planlarını xatırlamaq yerinə düşər. Həmin vaxt Rusiyada "Milyarderlər ittifaqı" quruldu, azərbaycanlı iş adamları bu ittifaqa cəlb edildi, onların Azərbaycanın siyasi müxalifəti ilə əlaqələri formalaşdırıldı. Bu prosesdən...

19 Oktyabr 2025, 09:54

“Ramiz Mehdiyevin qurduğu şəbəkənin bütün üzvləri ifşa olunacaq” 

"Ramiz Mehdiyevin qurduğu şəbəkənin görünən və görünməyən üzvlərinin hamısı ifşa olunacaq”.CityPost.az xəbər verir ki, bu barədə APA-nın yaydığı məlumatda bildirilir."Amma onların özlərinin aidiyyəti orqana gəlib istintaqla əməkdaşlıq etməsi daha düzgün addım olardı. Digər tərəfdən, bir çoxlarının fəaliyyəti də, niyyətləri də, əməlləri də bəlli olduğuna görə, tövbə qapısının hələ də açıq olduğunu unutmamalıdırlar”, – məlumatda bildirilib.

19 Oktyabr 2025, 08:29

Sosial şəbəkələrdə söyüş söyən keçmiş müəllim KİMDİR?

Son vaxtlarda  sosial şəbəkələrdə  əxlaqsızlığı,bayağılığı,cinayəti təbliğ edən şəxslərə qarşı  tədbirlər görülməkdə davam edir.Qeyd edilən silsilə tədbirlərin nəticəsi olaraq  “Tiktok” da  və  digər  sosial  şəbəkələrdə    nalayiq  ifadələr  istifadə   edənlərin  sayı  xeyli  azalıb.Bu şəbəkələr  üzərində  nəzarət  olduğundan  istifadəçilər bir  növ  cəzadan  çəkinirlər.CityPost.az  Oxu24.com -a istinadən xəbər  verir  ki,bu yolu seçən  bir  sıra  sosial şəbəkə istifadəçiləri özlərinə yeni  məkan tapıblar. Bu proqram “Bigo Live” adlanır. Bu barədə saytımıza bir neçə şəxs müraciət edərək  şikayətlərini bildiriblər.Sayta müraciət edən X.Y adlı xanım bildirib ki, sözügedən sosial şəbəkədə canlı yayımlara çıxan  Tural Talıblı adlı   şəxs  istifadəçiləri  açıq  söyüşlərlə  təhqir və təhdid edir. Sözügedən şəxs  bu  sosial  şəbəkənin ...

18 Oktyabr 2025, 23:59

Ramiz Mehdiyevin şəbəkəsində kimlər var? - Adlar açıqlandı 

Ramiz Mehdiyevin həbsi onun ətrafına, onunla yaxın olanlara, iddialarına şərik çıxanlara və ya belə iddialara düşənlərə aydın mesajdır.CityPost.az  xəbər verir ki, bu barədə APA-nın yaydığı məlumatda bildirilir.“Ramiz Mehdiyevin yaxın ətrafında olub, onun fikirdaşı qismində tanınanlar arasında sabiq XİN rəhbəri Elmar Məmmədyarov, Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov, sabiq mədəniyyət naziri Əbülfəs Qarayev, özünü “hakimiyyətin bolşeviki” hesab edən, vaxtilə AXCP-nin gənclər təşkilatının fəalı olan Azər Qasımov, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun müəyyən məqsədlər üçün Abxaziyaya pul ötürən qudası Cahangir Hacıyev, bu xəyanətkar şəbəkənin digər üzvləri tövbə edib, aidiyyəti yerdə sədaqət andı içməlidirlər.Əlbəttə ki, Ramiz Mehdiyevin “qara kassası”...

18 Oktyabr 2025, 23:07

Ramiz Mehdiyevin ailəsi də dindiriləcək? 

Dövlətə xəyanət və digər xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin ailə üzvləri də istintaq nəzarəti altına alınıb və onların ölkədən çıxışına məhdudiyyət qoyulub.   CityPost.az  xəbər verir ki, bu addım R. Mehdiyevin cinayət yolu ilə əldə etdiyi gəlirlər hesabına yaxınlarının da əhəmiyyətli maliyyə imkanlarına sahib olması ilə bağlı araşdırmalar çərçivəsində atılıb. “Boz kardinal” uzun illər dövlət strukturundakı nüfuzundan istifadə edərək müxtəlif kommersiya fəaliyyətlərinə nəzarət edib. Həmin dövrdə onun qohumlarının adına milyonlarla manat dəyərində mənzillər, villalar və şirkət payları rəsmiləşdirilib. Son günlər bu əmlakların kiçik bir qismi mediada da ictimailəşib. Ramiz Mehdiyevə qarşı irəli sürülən əsas ittihamlardan biri Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə...

18 Oktyabr 2025, 19:48