Bizə yazın

Baku

-°C

USD

-

Xabi Alonso "Real Madrid"in baş məşqçisi təyin olunub 

İdman 25 May 2025, 18:43

950

La Liqa nəhənglərindən "Real Madrid"in yeni baş məşqçisinin adına aydınlıq gəlib.

CityPost.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Karlo Ançelottini Xabi Alonso əvəzləyib.

İspaniyalı mütəxəssislə 30 iyun 2028-ci ilədək sözləşmə imzalanıb. Müqavilə 2025-ci il iyunun 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, Alonso 2009-2014-cü illərdə "Real"da forma geyinib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Sabah” ilk dəfə Azərbaycan Kubokunda finalın iştirakçısı olacaq  

“Sabah” ilk dəfə Azərbaycan Kubokunda finalın iştirakçısı olacaq.CityPost.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir kİ, 33-cü Azərbaycan Kubokunun finalı həlledici matçdakı debütlə əlamətdar olacaq.Son iki finalda yeni ad olmayıb. 2023-cü ildə “Qəbələ” və “Neftçi”, ötən il isə “Qarabağ” və “Zirə” kubok üçün növbəti cəhdlərini gerçəkləşdirib.Finalda sonuncu yeni ad 2022-ci il mayın 27-də olub. 1100 gün əvvəl “Qarabağ”la görüşən “Zirə” penaltilər seriyasında uduzub – 1:1 (3:4-p.)...

28 May 2025, 14:44

"Qarabağ məşqçisi ilə yolları ayırdı  

"Qarabağ"da əvəzedici komandanın baş məşqçisi Cavad Mirzəbəyli ilə yollar ayrılıb.CityPost.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.Mütəxəssislə müddəti başa çatan müqavilə yenilənməyib.Qeyd edək ki, "Qarabağ-2" çempionatda mövsümü 58 xalla 4-cü sırada bitirib.

28 May 2025, 14:19

Messi və Suares futbol klubu təsis ediblər  

“İnter Mayami” klubunun futbolçuları – səkkizqat “Qızıl top” sahibi Lionel Messi və İspaniya çempionluğunu beş dəfə qazanmış uruqvaylı Luis Suares – öz futbol klublarını yaratdıqlarını elan ediblər.CityPost.az xəbər verir ki, bu barədə Suares "X" hesabında paylaşım edib.Yeni yaradılmış komanda “Deportivo LSM” adlanır və Uruqvay çempionatının güc baxımından dördüncü divizionunda çıxış edəcək.“LSM” futbolçuların adlarının baş hərflərini ifadə edir.

28 May 2025, 10:21

Raul “Real Madrid” klubu ilə vidalaşıb  

"Real Madrid"in B komandasının baş məşqçisi Raul Qonzales klubdan ayrılıb.CityPost.az xəbər verir ki,bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb. O, öz istəyi ilə işlədiyi "Real Madrid Kastilya"nı tərk edib.Qeyd edək ki, Raul 1994-2010-cu illər arasında "Real Madrid"də futbolçu kimi 3 Çempionlar Liqası və 6 La Liqa titulunu qazanıb.

27 May 2025, 14:39

Millimiz Avropa Superfinalına vəsiqə qazandı  

Azərbaycanın çimərlik futbolu millisi Avropa Superfinalına vəsiqə qazanıb.

25 May 2025, 19:19

Ançelottinin "Real"dan gedişi rəsmiləşib  

La Liqa nəhənglərindən "Real" baş məşqçisi Karlo Ançelotti ilə yollarını ayırıb.

23 May 2025, 14:05