Millimiz Avropa Superfinalına vəsiqə qazandı
İdman 25 May 2025, 19:19

671
Azərbaycanın çimərlik futbolu millisi Avropa Superfinalına vəsiqə qazanıb.
CityPost.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, B Liqasının A qrupunda yer alan komanda I seçmə mərhələnin sonuncu matçında Litva yığması ilə qarşılaşıb.
İspaniyanın El Puerto de Santa Mariya şəhərində təşkil olunan görüş rəqibin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində hər üç qolu Orxan Məmmədov vurub.
Həmçinin oxuyun
Beləliklə, qrupu 5 xalla ikinci pillədə başa vuran Sahib Məmmədovun yetirmələri sentyabrın 7-14-ü aralığında İtaliyada təşkil olunacaq Superfinalda mübarizə aparacaq. 8 komandanın iştirakı ilə baş tutacaq yarışda ilk iki yeri tutacaq kollektivlər A Liqasına yüksələcəklər.
Qeyd edək ki, Azərbaycan yığması qrupun ilk iki matçında İngiltərəni 5:4, Belçikanı isə 11:2 hesabı ilə məğlub edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

“Sabah” ilk dəfə Azərbaycan Kubokunda finalın iştirakçısı olacaq
“Sabah” ilk dəfə Azərbaycan Kubokunda finalın iştirakçısı olacaq.CityPost.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir kİ, 33-cü Azərbaycan Kubokunun finalı həlledici matçdakı debütlə əlamətdar olacaq.Son iki finalda yeni ad olmayıb. 2023-cü ildə “Qəbələ” və “Neftçi”, ötən il isə “Qarabağ” və “Zirə” kubok üçün növbəti cəhdlərini gerçəkləşdirib.Finalda sonuncu yeni ad 2022-ci il mayın 27-də olub. 1100 gün əvvəl “Qarabağ”la görüşən “Zirə” penaltilər seriyasında uduzub – 1:1 (3:4-p.)...
28 May 2025, 14:44

"Qarabağ məşqçisi ilə yolları ayırdı
"Qarabağ"da əvəzedici komandanın baş məşqçisi Cavad Mirzəbəyli ilə yollar ayrılıb.CityPost.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.Mütəxəssislə müddəti başa çatan müqavilə yenilənməyib.Qeyd edək ki, "Qarabağ-2" çempionatda mövsümü 58 xalla 4-cü sırada bitirib.
28 May 2025, 14:19

Messi və Suares futbol klubu təsis ediblər
“İnter Mayami” klubunun futbolçuları – səkkizqat “Qızıl top” sahibi Lionel Messi və İspaniya çempionluğunu beş dəfə qazanmış uruqvaylı Luis Suares – öz futbol klublarını yaratdıqlarını elan ediblər.CityPost.az xəbər verir ki, bu barədə Suares "X" hesabında paylaşım edib.Yeni yaradılmış komanda “Deportivo LSM” adlanır və Uruqvay çempionatının güc baxımından dördüncü divizionunda çıxış edəcək.“LSM” futbolçuların adlarının baş hərflərini ifadə edir.
28 May 2025, 10:21

Raul “Real Madrid” klubu ilə vidalaşıb
"Real Madrid"in B komandasının baş məşqçisi Raul Qonzales klubdan ayrılıb.CityPost.az xəbər verir ki,bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb. O, öz istəyi ilə işlədiyi "Real Madrid Kastilya"nı tərk edib.Qeyd edək ki, Raul 1994-2010-cu illər arasında "Real Madrid"də futbolçu kimi 3 Çempionlar Liqası və 6 La Liqa titulunu qazanıb.
27 May 2025, 14:39

Xabi Alonso "Real Madrid"in baş məşqçisi təyin olunub
La Liqa nəhənglərindən "Real Madrid"in yeni baş məşqçisinin adına aydınlıq gəlib.
25 May 2025, 18:43

Ançelottinin "Real"dan gedişi rəsmiləşib
La Liqa nəhənglərindən "Real" baş məşqçisi Karlo Ançelotti ilə yollarını ayırıb.
23 May 2025, 14:05