"Müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd edirik" - Prezident
Siyasət 28 Aprel 2025, 10:46

185
Azərbaycan hər zaman qarşılıqlı hörmət və birgə inkişaf prinsiplərinə əsaslanan siyasət aparıb. Təəssüflər olsun ki, hazırda Qlobal Cənubu təmsil edən bir sıra ölkələrin hələ də əziyyət çəkdikləri əsas problemlərdən biri də bəzi Qərb ölkələrinin yürütdüyü neokolonializm siyasətidir. Biz müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd edir, xalqlara faciələr, köləlik, iztirab gətirən bu cür davranışları qəbuledilməz hesab edirik.
CityPost.az xəbər verir ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciətində yer alıb.
“Azərbaycan ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə əməl edən, xalqların siyasi sistemlərinə, mədəni, etnik, dini fərqliliklərinə hörmət edən, dinlərarası, sivilizasiyalararası, mədəniyyətlərarası dialoqu daim güclü təşviq edən ölkədir. İnanıram ki, birgə fəaliyyətimizlə xalqlarımız üçün daha işıqlı bir gələcək, yeni, ədalətli dünya düzəni qura bilərik”, - deyə dövlətimizin başçısı əlavə edib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Bakıda Azərbaycan-İran biznes forumu keçirilir
Bu dəqiqələrdə Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilir.CityPost.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak edirlər.
28 Aprel 2025, 18:56

Pezeşkian Ulu Öndərin məzarını ziyarət etdi
Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.CityPost.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
28 Aprel 2025, 17:43

Sahibə Qafarova İran İslam Şurası Məclisinin sədrinə başsağlığı verib
Milli Məclisin sədri Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Baqer Qalibafa başsağlığı məktubu ünvanlayıb.Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
28 Aprel 2025, 17:30

Azərbaycan və İran prezidentləri mətbuata bəyanatla çıxış ediblər - YENİLƏNİB
Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian mətbuata bəyanatlarla çıxış ediblər.CityPost.az xəbər verir.***15:07Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian mətbuata bəyanatla çıxış edirlər.Bu barədə
28 Aprel 2025, 17:14

Qlobal Cənub QHT Platformasına rəhbərlik Azərbaycana verilib
116 ölkəni təmsil edən Qeyri-Hökumət Təşkilatlarının razılığı ilə Qlobal Cənub QHT Platformasına rəhbərlik Azərbaycana verilib.
28 Aprel 2025, 17:00

"Problemlərimizi birlikdə həll edə bilərik - İran Prezidenti
Biz birlikdə problemlərimizi həll edə bilərik.
28 Aprel 2025, 16:33