Pezeşkian Bibiheybət məscidini ziyarət edib
Siyasət 28 Aprel 2025, 22:45

67
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Bibiheybət məscidini ziyarət edib.
CityPost.az xəbər verir ki, ali qonağı Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov qarşıladılar.
İran Prezidentinə Bibiheybət məscidi haqqında məlumat verilərək bildirilib ki, Azərbaycandakı İslam memarlığı abidələrinin ən əhəmiyyətli nümunəsi olan bu məscid XIII əsrdə Mahmud ibn Səd tərəfindən yeddinci imam Musa əl-Kazımın qızı Həkimə xanımın məzarı üzərində tikilib. Məhəmməd (s) peyğəmbərin nəslindən olduğuna görə Həkimə xanımın məzarı yerləşən bu məkan məscid tikilməzdən əvvəl də müqəddəs sayılırdı. Məscidin tikilməsi ilə bura insanların ziyarətgahına və ibadətgahına çevrilib.
Qeyd olunub ki, məscid keçmiş SSRİ ərazisində dinə qarşı mübarizə zamanı 1936-cı ildə bolşeviklər tərəfindən tamamilə dağıdılmışdı. Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra ölkədə məscidlərin bərpasına başlanıldı. Məscidin dağıdıldığı yerdə yenidən tikilməsi Ulu Öndər Heydər Əliyevin, kompleks şəklinə salınması işləri isə Prezident İlham Əliyevin adı ilə bağlıdır. Məscidin Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olduğu xüsusi qeyd edilib.
İran Prezidenti Həkimə xanımın ziyarətgahına baş çəkdi, fəxri qonaqlar üçün ziyarət kitabına ürək sözlərini yazdı.
Çay süfrəsi arxasında səmimi söhbət edən İran Prezidenti Məsud Pezeşkian və şeyxülislam Allahşükür Paşazadə bir-birilərinə xatirə hədiyyələri təqdim etdilər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Pezeşkianın Azərbaycana səfəri başa çatdı
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 28-də başa çatıb.CityPost.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.İran Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər yola saldılar.
28 Aprel 2025, 23:28

Prezident Pezeşkianın Bakı səfərindən görüntülər paylaşdı - Video
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərindən görüntülər paylaşılıb.CityPost.az həmin paylaşımı təqdim edir:
28 Aprel 2025, 22:49

Pezeşkian Şəhriyarın şeiri oxudu
İran Prezidenti Məsud Pezeşkian Bakıda şeir deyib.CityPost.az xəbər verir ki, İran Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda keçirilən Azərbaycan-İran Biznes forumunda Məhəmmədhüseyn Şəhriyarın şerini söyləyib.
28 Aprel 2025, 20:58

İran şirkətləri Azərbaycana dəvət edildi
Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.CityPost.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda deyib.“Dəmir yolları, avtomobil yolları, kommunikasiya xətləri, elektrik xətləri - bütün bu layihələr bizdə bu gün əsas gündəlikdədir”, - deyə dövlət başçısı qeyd edib.
28 Aprel 2025, 19:46

Bakıda Azərbaycan-İran biznes forumu keçirilir
Bu dəqiqələrdə Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes forumu keçirilir.CityPost.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak edirlər.
28 Aprel 2025, 18:56

Pezeşkian Ulu Öndərin məzarını ziyarət etdi
Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian aprelin 28-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.CityPost.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
28 Aprel 2025, 17:43