Bizə yazın

Baku

-°C

USD

-

Orban Azərbaycan və Türkiyə prezidentlərinə təşəkkür edib  

Siyasət 21 May 2025, 12:42

424

Macarıstan Baş naziri Viktor Orban Azərbaycan və Türkiyə prezidentlərinə xüsusi təşəkkür edib.

CityPost.az-ın xəbərinə görə, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında Macarıstan Baş naziri Viktor Orban bildirib.

Viktor Orban deyib ki, Qərb Rusiya qazını ixrac edən “Türk axını”nın çəkilməsinin qarşısını almaq üçün hər şeyi etdi: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu kəmərin çəkilməsi üçün iradə ortaya qoyub. Bu kəmərlə Macarıstana qaz ötürülür. Mən Azərbaycan Prezidenti İlham Əliyevə də təşəkkür edirəm, keçən il Macarıstana Azərbaycan qazı tədarük olunmağa başlayıb. Eyni zamanda, macar şirkətləri Azərbaycan neft-qaz sektorunda çalışır. Macarıstanla Azərbaycanın münasibətləri strateji xarakter daşıyır”.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66