Kamran Əliyev BMT Baş Katibinin müavini ilə görüşüb
Siyasət 23 May 2025, 11:45

112
Vyanada Baş prokuror Kamran Əliyevin BMT Baş Katibinin müavini ilə görüşü
Vyanada işgüzar səfərdə olan Baş prokuror Kamran Əliyev ilə BMT Baş Katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (BMTNCİ) İcraçı direktoru Qada Vali arasında ikitərəfli görüş keçirilib.
Baş Prokurorluqdan CityPost.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə BMT arasında mövcud olan yüksək səviyyəli münasibətlər və hüquq-mühafizə orqanlarımızla BMTNCİ arasında formalaşmış səmərəli əməkdaşlıq xüsusi məmnunluqla qeyd edilib. Bildirilib ki, son bir ildə Bakıda və Vyanada təşkil olunmuş birgə sessiyalar bu tərəfdaşlığın möhkəmlənməsinə, eyni zamanda cinayətkarlığa qarşı mübarizədə yeni yanaşmalar və əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm töhfə verib.
GLOBE şəbəkəsinin 6-cı plenar iclasının Bakıda yüksək səviyyədə təşkili
Qada Vali, BMT-nin qlobal antikorrupsiya platforması olan GLOBE şəbəkəsinin 6-cı plenar iclasının Bakıda yüksək səviyyədə təşkili münasibətilə Baş prokuror Kamran Əliyevi təbrik edib, hərtərəfli dəstəyə görə təşəkkürünü bildirib. O, tədbirin korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın dərinləşməsinə, yeni tərəfdaşlıqların qurulmasına və ümumilikdə dayanıqlı inkişaf məqsədlərinin reallaşdırılmasına xidmət etdiyini vurğulayıb.
Həmçinin oxuyun
Baş prokuror öz növbəsində GLOBE şəbəkəsinin Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan beynəlxalq platforma olduğunu qeyd edərək bildirib ki, bu təşəbbüs ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsindəki mövqeyinin gücləndirilməsi baxımından mühüm vasitədir. O əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin plenar iclasın iştirakçılarına ünvanladığı müraciətdə ifadə olunduğu kimi, bu tədbir hökumət və dövlətimiz üçün xüsusi əhəmiyyət kəsb edir.
Görüşdə, həmçinin qlobal əhəmiyyət kəsb edən mühüm təşəbbüslər, o cümlədən Orta Dəhliz boyunca hüquq-mühafizə əməkdaşlığının gücləndirilməsi və cinayətkarlığa qarşı regional səylərin əlaqələndirilməsi məsələləri müzakirə olunub. Bu kontekstdə Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə Dövlətlərarası Əməkdaşlıq Şəbəkəsi (CASC) çərçivəsində potensial əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
COP30 Konfransı ərəfəsində ətraf mühitin mühafizəsi
Tərəflər, həmçinin Braziliyanın Belem şəhərində keçiriləcək COP30 Konfransı ərəfəsində ətraf mühitin mühafizəsi, ekoloji cinayətlərə qarşı mübarizə mexanizmlərinin gücləndirilməsi istiqamətində birgə təşəbbüslərin mümkünlüyünü müzakirə ediblər.
Sonda, qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi və konkret fəaliyyət planlarının hazırlanması istiqamətində razılıq ifadə olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq
Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq.
23 May 2025, 13:00

Niderlandın Kralı Prezident İlham Əliyevi təbrik edib
Niderlandın Kralı Villem-Aleksandr Prezident İlham Əliyevi təbrik edib.
23 May 2025, 12:29

Milli Məclisdə Xocalı aeroportunun yenidən fəaliyyətə başlaması təklif olunub
Milli Məclisdə Xocalı hava limanının yenidən istismara verilməsi təklif edilib.
23 May 2025, 12:20

Pezeşkian Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
23 May 2025, 12:17

Milli Məclisin iclası başlayıb
Milli Məclisin növbəti iclası başlayıb.
23 May 2025, 11:33

BNF Sammitinə prezidentlik Azərbaycana təhvil verilib
Beynəlxalq Nəqliyyat Forumu Sammitinə prezidentlik Azərbaycana təhvil verilib.Bu barədə
23 May 2025, 11:00