Bizə yazın

Baku

-°C

USD

-

Milli Məclisdə Xocalı aeroportunun yenidən fəaliyyətə başlaması təklif olunub  

Siyasət 23 May 2025, 12:20

148

Milli Məclisdə Xocalı hava limanının yenidən istismara verilməsi təklif edilib.

CityPost.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu çıxış edib.

Deputat bildirib ki, Xocalı hava limanın hər bir azərbaycanlı üçün simvolik əhəmiyyəti var: "Düşünürəm ki, önümüzdəki mərhələdə hava limanlarının sırasına Xocalı hava limanın yenidən istismara verilməsi də daxil olacaq. Füzulidə, Laçında hava limanlarının açılması, onların göstərdikləri xidmət çox əhəmiyyətlidir”.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66