Bizə yazın

Baku

-°C

USD

-

Hüquqşünas Samir Zeynalov Xoşqədəm Hidayətqızını növbəti dəfə ifşa etdi   

Cəmiyyət 21 May 2025, 14:41

1731

Xoşqədəm Hidayətqızının efirdə anons etdiyi təxmin gerçəkləşmədi, İtkin Rasimin taleyi unuduldu

Bir neçə ay öncə “Səni Axtarıram” verilişində Gürcüstan vətəndaşı, əslən azərbaycanlı olan Pərvanə Fərman qızı Məhərrəməova ilə bağlı yayılan məlumatlar cəmiyyətdə  ciddi ictimai rezonansa səbəb olmuşdu. Verilişin aparıcısı Xoşqədəm Hidayətqızı efirdə onun səhhətinin  qısa müddət sonra pisləşəcəyini, qarnına və ayaqlarına su yığılacağını və artıq son mərhələdə olduğunu bəyan etmişdi. Bu açıqlama  ilə bağlı mən, hüquq müdafiəçisi Samir Zeynalov, dərhal məsələni ictimailəşdirdim və bu işin  hüquqi, tibbi və etik tərəflərinə diqqət çəkdim. Həm YouTube kanallarında, həm sosial şəbəkələrdə,  eləcə də platformalarda bu dezinformasiyanın təhlükəli nəticələrindən bəhs etdim. Bu gün isə artıq reallıq tam başqadır: Pərvanə yaşayır, sağlamdır, işləyir və xoşbəxtdir.

Mənim məqsədim etdiyim xəbərdarlıqların nə qədər əsaslı olduğunu bir daha sübut etmək, medianın cəmiyyət qarşısında daşıdığı məsuliyyətə diqqət çəkmək və sonda hüquqi addımların labüdlüyünü göstərməkdir.

Son illər televiziya ekranlarında insan talelərinin bir növ reytinq alətinə çevrilməsi cəmiyyətin ciddi narahatlığına səbəb olub. Təsadüfi deyil ki, ötən ilin mart ayında rəsmi mətbuat  orqanı olan “Xalq qəzeti”ndə bu tip məsələlərlə bağlı geniş məqalə çap olunub. Bu verilişlərdə məqsəd guya kömək, dəstək, həll yolu tapmaq olsa da, əslində çox vaxt bu formatlar tamaşaçının duyğularını istismar edən, hüquqi və tibbi məsuliyyət daşımaqdan uzaq “sənədli dram”lara çevrilir. Təəssüf ki, bir çox hallarda bu verilişlərdə səsləndirilən məlumatların gerçəkliyi, təqdim olunan diaqnozların elmi əsası, eləcə də hüquqi əsaslandırması ya yox dərəcəsində olur, ya da sonradan yanlış olduğu ortaya çıxır. Belə bir halın bariz nümunəsi isə “Səni Axtarıram” proqramında gerçəkləşir. 

Mən, hüquq müdafiəçisi Samir Zeynalov, bu yazı ilə cəmiyyətə və media nümayəndələrinə bir daha xatırlatmaq istəyirəm ki, insan həyatına dair məsələlər ekran ssenarisinə çevrilməməlidir.Təxminən 3 ay öncə “Səni Axtarıram” verilişində efirə çıxarılan Gürcüstan vətəndaşı, əslən azərbaycanlı olan Pərvanə Fərman qızı Məhərrəməova haqqında verilən proqnoz, bu verilişin hansı məqsədlərə xidmət etdiyini açıq şəkildə üzə çıxardı.

Efirdə haqqında 4-cü mərhələ xərçəng diaqnozu elan edilən Pərvanənin səhhəti ilə bağlı Xoşqədəm Hidayətqızı tərəfindən ciddi narahatedici, əslində isə dezinformasiyaya əsaslanan fikirlər səsləndirildi. Efir vasitəsilə milyonlarla insana onun vəziyyətinin qısa zamanda pisləşəcəyi, qarın boşluğuna  və ayaqlarına su yığılacağı bildirildi.

Halbuki, bu qadının Bakıda aldığı diaqnozun faktiki əsası yox idi. Onun daha sonra Gürcüstanda keçirilən müayinələri və müalicələri göstərdi ki, səhhəti normaldır, hər hansı ölüm təhlükəsi və ya metastaz yoxdur. O, hazırda tam sağlam şəkildə yaşayır, işləyir və aktiv həyat tərzi sürür. Bu isə onu göstərir ki, efirdə səsləndirilən fikirlər bir növ ictimaiyyətə təqdim olunan ssenarinin tərkib hissəsi idi.

Pərvanə Bakıda aldığı yalnış diaqnoz nəticəsində 5 dəfə kimyaterapiya aldı, saçları töküldü, halsız  duruma düşdü. Bu, təkcə tibbi məsuliyyətsizlik deyil, həm də insan hüquqlarının pozulmasıdır. 

Digər bir vacib məsələ isə 11 yaşlı Rasimin işi ilə bağlıdır. Verilişdə ön plana çəkilən bu azyaşlının axtarışı ilə bağlı ümidlər yaradıldı, ailəsi bir daha efirə çıxarıldı, lakin bu gün onunla bağlı heç bir məlumat yoxdur. Rasimin şəkli artıq efirdə göstərilmir. Onun taleyi ilə bağlı vəd olunan hüquqi və istintaqi proseslər isə  sanki dalana dirənib.

 Bütün bunlar göstərir ki, efirdə təqdim olunan vədlər, bəyanatlar sadəcə  uğursuz səhnələr imiş.

Mən bu işlərdə şəxsi maraq güdməmişəm. Əsas məqsədim milli və ictimai maraqları qorumaq olub. Amma, görünən odur ki, insan taleyindən reytinq xatirinə  istifadə edənlər üçün bu dəyərlər əhəmiyyət daşımır. Bəzi aparıcılar  üçün əsas olan tamaşaçı diqqəti, sponsor cəlbi və sabun köpüyünə bənzəyən  efir uğurudur.

Pərvanəyə vurulan ziyanla bağlı isə artıq hüquqi prosedurlara başlanılıb. Biz sadəcə olaraq geridə qalan zaman içində efirdə deyilənlərin gerçək olub-olmayacağını yoxlayırdıq. Artıq həqiqət ortadadır: Xoşqədəm Hidayətqızının qurduğu illüziyanı  bu  gerçəklər və  faktlarla darmadağın etdi.

Efirdə məsuliyyət anlayışı olmalıdır

Buradan bir daha media nümayəndələrinə, xüsusilə də insan taleyini ekrana daşıyan verilişlərin aparıcılarına səslənirəm: ictimai məsuliyyət yalnız reytinq deyil, eyni zamanda həyatlara dəyən ziyanın da məsuliyyətidir. Əgər bir insan haqqında səhhətinin kritikləşəcəyi barədə açıq şəkildə proqnoz verirsinizsə, bunun hüquqi və etik nəticələrinə də hazır olun.

Biz hüquqi prosedurları sona qədər davam etdirəcəyik. Çünki, bu məsələlər gələcəkdə cəmiyyətin daha sağlam informasiya mühitində yaşaması üçün mühüm presedent ola bilər.

Nəticə

Bu hadisə media sahəsində məsuliyyətin nə qədər vacib olduğunu bir daha göstərdi. İnsan taleyini ekran vasitəsilə səhnələşdirmək, onun acısını və ümidsizliyini reytinq qazanmaq məqsədilə  dramatikləşdirmək insanpərvərlikdən uzaq bir hərəkətdir.

 Pərvanə Məhərrəməovanın yaşaması və sağlamlığı Xoşqədəm Hidayətqızının  bu mənfur ssenarisinin çöküşüdür. Eyni zamanda, 11 yaşlı Rasimin taleyinə olan laqeydlik, efirdə verilən vədlərin saxta təəssürat yaratdığını  bir daha ortaya qoyur.

Mən, hüquq müdafiəçisi Samir Zeynalov olaraq, hər iki halda hüquqi prosedurların davam etdiriləcəyini və bu kimi halların təkrarının qarşısını almaq üçün mübarizəni dayandırmayacağımı bildirirəm. Media nümayəndələrini insan həyatının həssaslığını dərk etməyə və bu kimi məsələlərlə bağlı məsuliyyətli davranmağa çağırıram.

Yalnız həqiqət və insan ləyaqəti ön planda olduqda, cəmiyyətimiz daha sağlam informasiya mühitinə sahib ola bilər.

Hüquq müdafiəçisi Samir Zeynalov

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Paşinyandan xahiş etmişdim ki, Azərbaycanla danışıqlar olsun” - Harutyunyan  

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Arayik Harutyunyanın yer aldığı videomaterial nümayiş etdirilib və o, dövlət ittihamçılarının suallarını cavablandırıb.

23 May 2025, 20:01

Azad edilmiş ərazilərdə yaşayanların sayı açıqlanıb  

Azad olunmuş ərazilərdəki 14 yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin qayıdışı artıq təmin edilib.

23 May 2025, 19:44

Daim yorğun olmanın səbəbləri

Uzun illərdir ki, ümumiyyətlə "mini vuruşlar" olaraq adlandırılan keçici işemik hücumların (TİA) qısa müddətli, nəticəsiz hadisələr olduğu düşünülürdü. Bununla belə, yeni araşdırmalar göstərir ki, TİA-nın təsirləri əvvəllər düşünüldüyündən daha uzun müddət davam edə bilər və davamlı yorğunluğa səbəb olur.

23 May 2025, 18:55

Sürücülərin nəzərinə - Bu yol təmirə bağlandı  

“24 may səhər saatlarından etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Amin Qəfərli küçəsində təmir işlərinə başlanılacaq”. Bu barədə 

23 May 2025, 15:55

Keçmiş əri Naibə Allahverdiyevaya zor tətbiq etdi - HƏBS EDİLDİ  

Xalq artisti Naibə Allahverdiyevanın keçmiş həyat yoldaşı Yusif İsmayılov həbs olunub.

23 May 2025, 15:21

Bu qəsəbə qazsız qaldı  

Hökməli qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

23 May 2025, 15:11