Pezeşkian Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Siyasət 23 May 2025, 12:17

134
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
CityPost.az xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri.
Həmçinin oxuyun
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizi və ölkənizin xalqını ürəkdən təbrik edirəm.
Dost və qonşu xalqlarımızın ortaq tarixi, onlar arasındakı qırılmaz bağlar ölkələrimizin münasibətlərinin inkişafı üçün qiymətli sərmayə yaratmışdır.
İran İslam Respublikası əlaqələri ortaq maraqlar çərçivəsində strateji tərəfdaşlıq səviyyəsinə qədər genişləndirmək və yüksəltmək əzmindədir, bu baxımdan nəqliyyat, elektrik enerjisi, təbii qaz ilə bağlı müxtəlif sahələrdə ortaq layihələrin tamamlanması işlərinin sürətləndirilməsinin, ticarət mübadiləsinin həcminin artırılmasının, insanlar arasında təmasların asanlaşdırılmasının önəm kəsb etdiyini vurğulayır.
İran İslam Respublikası ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşmaqla regionda davamlı sülhün və təhlükəsizliyin bərqərar olmasında mühüm rol oynaya biləcək kommunikasiya yollarının açılacağına inanır.
Uca Allahdan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan xalqına isə səadət və xoş günlər arzulayıram".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq
Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq.
23 May 2025, 13:00

Niderlandın Kralı Prezident İlham Əliyevi təbrik edib
Niderlandın Kralı Villem-Aleksandr Prezident İlham Əliyevi təbrik edib.
23 May 2025, 12:29

Milli Məclisdə Xocalı aeroportunun yenidən fəaliyyətə başlaması təklif olunub
Milli Məclisdə Xocalı hava limanının yenidən istismara verilməsi təklif edilib.
23 May 2025, 12:20

Kamran Əliyev BMT Baş Katibinin müavini ilə görüşüb
Vyanada Baş prokuror Kamran Əliyevin BMT Baş Katibinin müavini ilə görüşüVyanada işgüzar səfərdə olan Baş prokuror Kamran Əliyev ilə BMT Baş Katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (BMTNCİ) İcraçı direktoru Qada Vali arasında ikitərəfli görüş keçirilib.Baş Prokurorluqdan
23 May 2025, 11:45

Milli Məclisin iclası başlayıb
Milli Məclisin növbəti iclası başlayıb.
23 May 2025, 11:33

BNF Sammitinə prezidentlik Azərbaycana təhvil verilib
Beynəlxalq Nəqliyyat Forumu Sammitinə prezidentlik Azərbaycana təhvil verilib.Bu barədə
23 May 2025, 11:00