Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs bu gün səhər edam olundu
Cəmiyyət 21 May 2025, 09:53

416
Azərbaycanın Tehrandakı səfirliyinə basqın edən şəxslə bağlı məhkəmə qərarı icra olunub.
CityPost.az xəbər verir ki, Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadə ilə bağlı məhkəmənin qərarı icra edilib.
Qərar bu gün səhər saatlarında icra edilib.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.
Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib. 3 fevral 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilib.
Həmçinin oxuyun
Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib. Terror aktını törədən Yasin Hüseynzadə saxlanılıb.
Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları 29 yanvar 2023-cü il tarixində Tehrandan Bakıya təxliyə olunub. Səfirlik əməkdaşları və onların ailə üzvlərindən ibarət ümumilikdə 53 nəfər Vətənə qayıdıb.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında aparılmış danışıqlar nəticəsində 15 iyul 2024-cü il tarixindən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Səfir və səfirliyin hal-hazırkı heyəti İrana geri dönüb.
Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş Yasin Hüseynzadənin iki il ərzində məhkəməsi keçirilib. İran Ali Məhkəməsi səfirliyə hücum edən şəxslə bağlı ölüm hökmünü təsdiqləyib və iş Tehrana cinayət hökmlərinin icrasına göndərilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Daim yorğun olmanın səbəbləri
Uzun illərdir ki, ümumiyyətlə "mini vuruşlar" olaraq adlandırılan keçici işemik hücumların (TİA) qısa müddətli, nəticəsiz hadisələr olduğu düşünülürdü. Bununla belə, yeni araşdırmalar göstərir ki, TİA-nın təsirləri əvvəllər düşünüldüyündən daha uzun müddət davam edə bilər və davamlı yorğunluğa səbəb olur.
23 May 2025, 18:55

Sürücülərin nəzərinə - Bu yol təmirə bağlandı
“24 may səhər saatlarından etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Amin Qəfərli küçəsində təmir işlərinə başlanılacaq”. Bu barədə
23 May 2025, 15:55

Keçmiş əri Naibə Allahverdiyevaya zor tətbiq etdi - HƏBS EDİLDİ
Xalq artisti Naibə Allahverdiyevanın keçmiş həyat yoldaşı Yusif İsmayılov həbs olunub.
23 May 2025, 15:21

Bu qəsəbə qazsız qaldı
Hökməli qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
23 May 2025, 15:11

Vaqanın həbs müddəti uzadıldı
"Vaqa" ləqəbli tiktoker Vüqar Zeynalzadənin həbs müddəti uzadılıb.
23 May 2025, 13:59

Mirasın əldə edilməsi qaydası dəyişir
Mirasın əldə edilməsi qaydası dəyişir.
23 May 2025, 13:16