Bizə yazın

Baku

-°C

USD

-

Peskov: Rusiya Kiyevə mübadilə üçün insanların siyahısını verib 

Dünya 22 May 2025, 18:10

217

"Rusiya Ukraynaya “1000-ə 1000” düsturu ilə mübadilə üçün şəxslərin siyahısını verib".

CityPost.az  xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Bundan əvvəl Kiyev rejiminin başçısı Volodimir Zelenski siyahının Rusiya tərəfdən alındığını açıqlamışdı.

Peskov “İnterfaks” xəbər agentliyinə deyib: “Biz, həqiqətən də, öz siyahımızı təhvil vermişik.

O qeyd edib ki, Moskva hələ də Kiyevdən əks siyahı almayıb.

"Gözləyirik" dedi Rusiya prezidentinin mətbuat katibi.

Daha əvvəl Peskov bəyan etmişdi ki, Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşdə “1000-ə 1000” düsturuna əsasən əsirlərin mübadiləsinə dair əldə olunmuş razılaşmaların həyata keçirilməsi müəyyən vaxt tələb edir. O vurğulayıb ki, bu məsələ ilə bağlı işlər operativ şəkildə davam etdirilir və bütün tərəflər mübadiləni mümkün qədər tez başa çatdırmağa çalışırlar.

Ukrayna prezident aparatının rəhbəri Andriy Yermak daha əvvəl bildirmişdi ki, Kiyev yalnız məhbusların mübadiləsindən sonra Rusiya ilə gələcək danışıqların yeri və vaxtı ilə bağlı müzakirələri davam etdirəcək.
Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qəzzada ölənlərin sayı 53 822-yə çatdı

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 60 nəfər artaraq 53 min 822 nəfərə çatıb.

23 May 2025, 18:49

Zelenski “1000-ə 1000” mübadiləsini şərh etdi

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə “1000-ə 1000” formatında məhbus mübadiləsinin birinci hissəsini təsdiqləyib.

23 May 2025, 18:44

Finlandiya parlamentinin baş katibi dövlətə xəyanətdə ittiham olunur 

Finlandiya parlamentinin baş katibi Antti Peltari dövlətə xəyanətdə şübhəli bilinir.

23 May 2025, 18:30

Vyetnam hakimiyyəti Teleqramı bloklamaq istəyir

Vyetnamın Elm və Texnologiya Nazirliyi istifadəçiləri tərəfindən törədilən cinayətlərlə mübarizədə səlahiyyətlilərlə əməkdaşlıqdan imtina etdiyi üçün Teleqramı bloklamağı planlaşdırır.

23 May 2025, 18:18

Tramp Aİ-dən gələn mallara 50% rüsum tətbiq etmək istəyir

ABŞ-dan TRADE-də əsas məqsədlə yaradılan Avropa Birliyinin öhdəsindən gəlmək çox çətin idi.

23 May 2025, 18:10

"Qəzzaya daxil olan yardım ehtiyacları ödəməyə kifayət deyil" - BMT

Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin 80 gündən çox blokada saxlamasından sonra dünən Qəzzaya girməsinə icazə verilən yük maşınlarında humanitar yardımların göndərilməsi ilə bağlı "Dünənki yüklərin miqdarı məhdud idi və Qəzzanın 2,1 milyonluq əhalisinin ehtiyaclarını qarşılamağa belə yaxınlaşmır" ,-deyib.

23 May 2025, 18:00