Elgün İbrahimovun ölümü parlamentin iclasında qaldırılıb
Cəmiyyət 23 May 2025, 12:00

149
“Mən son günlər cəmiyyəti sarsıdan, böyük gərginliyə səbəb olan bir məsələyə - Gəncədə qətlə yetirilən 17 yaşlı məktəbli Elgün İbrahimovun faciəsinə diqqət yönəlmək istəyirəm”.
CityPost.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elnarə Akimova bildirib.
Deputat deyib ki, 2022-ci ilin noyabrında da Şağan Olimpiya kompleksində Turan Rüstəmov adlı 16 yaşlı bir gənc öldürülmüşdü: “Hər dəfə belə qətllər ardınca böyük müzakirə dalğası gətirir, səbəblər üzərində düşünməyə başlayırıq, çünki doğrudan da böyük bir mənəvi zərbə alırıq”.
Həmçinin oxuyun
Bu faciələrin qarşısının alınmasına toxunan deputat bildirib ki, məktəblərdə psixologiya fənninin dərinləşməsinə diqqət yetirilməlidir: “Psixoloqlarımızın məktəblərə cəlb olunmasına və onlara ayrılmış zaman çərçivəsində həqiqətən də məktəblilərlə psixoloji təlimlər keçilməsinə, psixoloji hazırlıqlara rəvac verilməsinə çox böyük ehtiyac var. Əsl psixologiya peşəsinə sahib olanlar bura cəlb olunmalıdırlar. Yəni kimya müəllimi, fizika, texnologiya, yaxud biologiya müəllimi gəlib psixologiya fənini tədris etməməlidir”.
Elnarə Akimova vurğulayıb ki, məktəblərdə mütaliəsiz nəsil yetişir: “Dil çevrəsi qapanmış, xəyal dünyası daralmış, beyinləri kilidlənmiş, ədəbiyyatdan uzaq düşən bir nəsil yetişir və bu, artıq böyük bir problemə çevrilməkdədir. Təhsilimizdə, dərsliklərimizdə ədəbiyyatımıza diqqət bir başqa olmalıdır. Çünki ədəbiyyat daha çox mənəviyyata toxunan, mənəviyyata xidmət edən bir sahədir”.
Deputat əlavə edib ki, mədəniyyətın təməllərini qorumaq lazımdır: “Yaranmış boşluqlarımıza diqqət yönəltməliyik. Məsələn, məktəblərdə bizim şagirdlərin saç düzümü, geyimi diqqət mərkəzində olmalıdır. Məktəb yalnız sertifikasiya imtahanları üçün sınaq meydanı deyil. Məktəb əxlaqı, dünyagörüşü və yüksək mənəviyyatı formalaşdıran ocaqdır. Gecikəndə, bax belə adda-budda da olsa neqativləri çıxır. Bu neqativlərin böyük bir dalğaya çevrilməməsi üçün cəmiyyət olaraq doğrudan da narahat olmalı və işlər görməliyik. Biz bu yolla uşaqlarımızı böyük bəla olan narkomaniyadan da uzaqlaşdıra bilərik”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Bəzi müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir
24 may saat 08:00-dan 27 may saat 22:00-dək paytaxtın Nizami rayonu, Elşən Süleymanov küçəsində (Rüstəm Rüstəmov küçəsindən Cəmşid Naxçıvanski küçəsinədək olan hissəsində) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
23 May 2025, 21:43

Ali Məhkəmədə şərəf və ləyaqətin müdafiəsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi mövzusu müzakirə olunacaq
Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının növbəti iclasının cari ilin 10 iyun tarixində keçirilməsi planlaşdırılır.Bu barədə Ali Məhkəmədən məlumat verilib.Bildirilib ki, iclasda “Şərəf, ləyaqət, işgüzar nüfuzun müdafiəsi və digər qeyri-əmlak hüquqlarının pozulmasına görə mənəvi zərərin ödənilməsi” mövzusu üzrə müzakirələrin təşkili nəzərdə tutulub.Müzakirənin məqsədi:Məhkəmələr tərəfindən işlərə baxılarkən mənəvi zərərin ödənilməsi ilə əlaqədar yaranan mübahisələrin həlli zamanı mövcud çətinliklərin və fərqli yanaşmaların aradan qaldırılması məqsədi ilə aidiyyəti hüquq normalarının tətbiqində vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının təmin edilməsi.Mövzu üzrə müzakirəyə təqdim edilən suallar:1. Qanunla qorunan qeyri-maddi nemətlərlə (həyat, sağlamlıq, bədən toxunulmazlığı, şəxsiyyət, şərəf, ləyaqət, şəxsi və işgüzar nüfuz, fikir, söz və vicdan azadlığı, ad, şəxsi...
23 May 2025, 20:14

“Paşinyandan xahiş etmişdim ki, Azərbaycanla danışıqlar olsun” - Harutyunyan
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Arayik Harutyunyanın yer aldığı videomaterial nümayiş etdirilib və o, dövlət ittihamçılarının suallarını cavablandırıb.
23 May 2025, 20:01

Azad edilmiş ərazilərdə yaşayanların sayı açıqlanıb
Azad olunmuş ərazilərdəki 14 yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin qayıdışı artıq təmin edilib.
23 May 2025, 19:44

Daim yorğun olmanın səbəbləri
Uzun illərdir ki, ümumiyyətlə "mini vuruşlar" olaraq adlandırılan keçici işemik hücumların (TİA) qısa müddətli, nəticəsiz hadisələr olduğu düşünülürdü. Bununla belə, yeni araşdırmalar göstərir ki, TİA-nın təsirləri əvvəllər düşünüldüyündən daha uzun müddət davam edə bilər və davamlı yorğunluğa səbəb olur.
23 May 2025, 18:55

Sürücülərin nəzərinə - Bu yol təmirə bağlandı
“24 may səhər saatlarından etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Amin Qəfərli küçəsində təmir işlərinə başlanılacaq”. Bu barədə
23 May 2025, 15:55