Bizə yazın

Baku

-°C

USD

-

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq  

Siyasət 23 May 2025, 13:00

142

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq.

CityPost.az-ın xəbərinə görə, artıq bununla bağlı deputatlardan imzalar toplanılıb.

Parlamentin növbədənkənar sessiyasının iyun ayında keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağırılır. Milli Məclisin növbədənkənar sessiyaları dövründə parlamentin, komitə və komissiyalarının iclasları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər.

Milli Məclisin yaz sessiyası mayın 31-də başa çatır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66