Ruben Vardanyanın cinayət işi icraata verildi
Siyasət 29 Dekabr 2024, 16:13

282
Hərbi cinayətkar Ruben Vardanyanın cinayət işi icraata verilib.
Citypost.az xəbər verir ki, cinayət işi Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin icraatına verilib.
Məhkəmənin vaxtı açıqlanmayıb.
Qeyd edək ki, ötən gün Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun mətbuat xidməti birgə məlumat yayıb.
Məlumatda qeyd edilib ki, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, Azərbaycan və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində cinayət işinin istintaqı aparılıb.
Belə ki, Rusiya vətəndaşı olmuş, hazırda Ermənistan vətəndaşı olan, Rusiyada “Troyka Dialoq” şirkətinin təsisçisi və rəhbəri olmuş, Rusiya Federasiyasında “KAMAZ” ASC-nin direktorlar şurasının üzvü, həmin ölkədə “Volqa-Dnepr” şirkətlər qrupunun müstəqil direktoru və sair vəzifələrdə çalışmış Vardanyan Ruben Karlenoviç 25 sentyabr 2023-cü il tarixində Azərbaycan Cinayət Məcəlləsinin 214-1, 279.3 və 318.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan edilib, 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq istintaqa təhvil verilib və həmin tarixdə ona ittiham elan edilib.
Həmçinin oxuyun

Sənan Mehdiyevin həbsinə səbəb olan rəydə ekspertlər kobud səhvə yol verib? - SENSASSİON AÇIQLAMA
İqtisad Universitetində diplom problemi - Nazirlik nəyi araşdırır?
Müğənni qəbiristanlıqda yandırılıb? - Anasından şok ittiham (VİDEO+FOTO)
Moskva ətrafında PUA hücumu zamanı doqquz nəfər yaralanıb, bir nəfər ölüb
Toplanmış mötəbər sübutlar əsasında təqsirləndirilən şəxs Ruben Vardanyana Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və qanunsuz silahlı birləşmələri əhatə edən cinayətkar birlikdə, qanunsuz silahlı birləşmələrin və qrupların yaradılmasında və fəaliyyətinin təşkilində iştirak edərək Azərbaycanın Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.
Həmçinin o, həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsi ilə bağlı yekun ittiham elan olunub.
İstintaq müddətində təqsirləndirilən şəxsin müdafiə hüququ, bildiyi dildən istifadə etmək və digər prosessual hüquqları təmin edilib. Təqsirləndirilən şəxs özünün seçdiyi vəkillərlə təmin edilib, özü və vəkilləri tərəfindən verilmiş vəsatətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib.
İbtidai istintaqın başa çatması barədə təqsirləndirilən şəxs Ruben Vardanyana və cinayət prosesinin digər iştirakçılarına məlumat verilib, onlar cinayət işi üzrə maddi sübutlar, sənədlər, ekspertiza rəyləri və digər sübutlar da daxil olmaqla, cinayət işinin bütün materialları ilə tanış edilib.
Cinayət işi üzrə ittiham aktı Azərbaycanın Baş prokuroru tərəfindən 28 dekabr 2024-cü il tarixində təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Bakı ilə sülh bizi dosta çevirməyəcək - Mirzoyan
Azərbaycanla razılaşdırılmış sülh müqaviləsi mətnində birtərəfli tənzimləmə ilə bağlı qeyd yoxdur.
14 Mart 2025, 13:18

Sülhdən sonra Bakı və İrəvan bu iddialardan geri çəkiləcək
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra beynəlxalq məhkəmələrdə qarşılıqlı olaraq qaldırılan iddialar geri çəkiləcək.
14 Mart 2025, 13:00

Milli Məclisin iclası başladı
Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.
14 Mart 2025, 11:00

Prezident XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib - YENİLƏNİB
Martın 13-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işə başlayıb.Citypost.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.Əvvəlcə xatirə fotosu çəkdirildi.Dövlətimizin başçısı açılış mərasimində çıxış etdi.Prezident İlham Əliyevin çıxışı-Xanımlar və cənablar!Sabahınız xeyir, Bakıya xoş gəlmisiniz.Mən bütün qonaqlarımızı illik Qlobal Bakı Forumunda salamlayıram. Əvvəlcə, mən bizimlə olduğunuza görə sizə təşəkkürümü bildirirəm. Mən, eyni zamanda, Nizami Gəncəvi Beynəlxalq Mərkəzini təbrik edirəm ki, bu illər ərzində çox əla işlər görmüşdür və belə bir mühüm beynəlxalq...
13 Mart 2025, 19:28

"Sülh sazişinin mətninin razılaşdırılması mühüm hadisədir"-Paşinyan
Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətninin razılaşdırılması mühüm hadisədir.Citypost.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərin suallarını cavablandırarkən bildirib.Paşinyanın sözlərinə görə, hər iki tərəf mətnin onlara faydalı olduğunu hesab edib. Paşinyan vurğulayıb ki, mümkün iddiaların geri götürülməsi və ya Aİ missiyasının geri çəkilməsi sülh müqaviləsi qüvvəyə mindikdən sonra baş verəcək.O qeyd edib ki, Ermənistan Respublikası ölkənin suverenliyi, yurisdiksiyası və ərazi bütövlüyü çərçivəsində nəqliyyat yollarını açmağa hazırdır....
13 Mart 2025, 19:19

Milli Məclis beynəlxalq parlament təşkilatlarına məktublar ünvanlayıb
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən şəxslərlə bağlı Azərbaycanda keçirilən məhkəmə prosesi ilə əlaqədar Milli Məclis tərəfindən xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının rəhbərlərinə, parlamentlərin beynəlxalq komitələrinin sədrlərinə və beynəlxalq parlament təşkilatlarına məktublar ünvanlanıb.
13 Mart 2025, 19:00