Bizə yazın

Baku

-°C

USD

-

Trampın ritorikası milyarderlərin sərvətini "əritdi"

Dünya 13 Mart 2025, 17:42

222

ABŞ prezidenti Donald Trampın ticarət gərginliyini və qeyri-müəyyənlikləri artıran iqtisadi siyasətləri dünyanın ən zəngin insanlarının ilin əvvəlindən bəri dörddə bir trilyon dollar itirməsinə səbəb olub.

Citypost.az xəbər verir ki, dünyanın ən varlı adamları arasında yer alan səkkiz amerikalı milyarder ABŞ prezidenti Tramp vəzifəyə gəldikdən sonra şəxsi sərvətlərini 250 milyard dollardan çox itirib.

Son zamanlar ən çox itki görən milyarder Trampın seçilməsi üçün fəal işləyən iş adamı İlon Mask olub.

Seçki kampaniyasında Trampı açıq şəkildə dəstəkləyən və onun kampaniyasına 277 milyon dollar töhfə verən Mask prezidentin yeni yaradılmış Hökumətin Səmərəliliyi Departamentində (DOGE) baş məsləhətçisi oldu.

"Tesla", "SpaceX", "The Boring Company" və "X" platforması kimi şirkətlərdəki səhmləri ilə 2024-cü ilin dekabr ayında şəxsi sərvəti 486 milyard dollara çataraq rekord qıran Musk, Trampın vəzifəyə başlamasından sonra həyata keçirdiyi siyasətlərlə itkilər yaşamağa başladı.

Dünyanın ən varlı adamı olan Maskın sərvətindəki zərərin yanvarın ortalarından bəri 130 milyard dolları keçdiyi təxmin edilir. Maskın itkiləri təkcə martın 10-da 29 milyard dollar təşkil edib.

Beləliklə, Mask bu ilin əvvəlindən öz sərvətinin təxminən 30 faizini itirdi.

Maskın sərvətinin azalması "Tesla"nın səhm qiymətlərinin düşməsi, investorların narahatlığı və əsas bazarlarda satışların azalması ilə bağlı olub.

"Tesla" ötən ilin dekabr ayının ortalarında 1,4 trilyon dollar bazar dəyəri ilə qlobal avtomobil sənayesindəki bütün digər böyük şirkətlərin ümumi dəyərinə çatmışdı. İlon Maskın yanvar ayında Trampın andiçmə mərasimində nasist salamına bənzədilmiş əl jesti və Avropada ifrat sağçı siyasi partiyalara açıq dəstəyinə görə geniş tənqid edilib.

Xüsusilə Avropalı istehlakçılar Maskın siyasətə qarışmasına "Tesla" kimi markaları tənqid edərək cavab verdilər.

Avropa ölkələrində və Çində "Tesla" satışları sürətlə azaldı. Nəticədə, martın 12-nə olan məlumata görə, Teslanın bazar dəyəri son üç ayda demək olar ki, yarıya qədər azalaraq 770 milyard dollara düşüb.

"Amazon", "Oracle", "Dell", "Google" və "Nvidia" qurucularının itkiləri dərinləşdi

Yanvarın 20-də prezident Trampın andiçmə mərasiminə qatılan iş adamları arasında olan "Amazon" qurucusu Ceff Bezos da son siyasətlər nəticəsində 20 milyard dollar zərər çəkib. Bezosun itkisi "Amazon"un səhmlərinin 11 faiz azalması ilə bağlı olub.

ABŞ-ın texnologiya şirkəti "Oracle"ın səhmlərinin 10 faiz ucuzlaşması səbəbindən şirkətin qurucusu Larri Ellison təxminən 20 milyard dollar itirib. "Dell" qurucusu Maykl Dellin şirkəti 20 faiz dəyər itirdiyi halda, onun şəxsi sərvəti 20 milyard dollar azalıb.

"Nvidia"nın baş icraçı direktoru Jensen Huang-ın zərəri 20 milyard dollara çatdığı halda, şirkətinin səhmləri 20 faiz ucuzlaşıb.

"Google"un ana şirkəti Alphabet-in səhmlərinin 12 faiz azalmasından sonra həmtəsisçilər Larri Peyc 18 milyard, Sergey Brin isə 17 milyard dollar itirib.

“Microsoft”un səhmlərinin 10 faiz azalmasından sonra dünyanın doqquzuncu ən varlı adamı olan Stiv Ballmer təxminən 13 milyard dollar zərər çəkib.

Trampın proteksionist ticarət siyasəti və cavab addımları

ABŞ prezidenti Trampın tarif siyasəti və cavab addımları qlobal ticarətdə gərginliyi artırmağa davam edir.

Bu siyasətlərin yaratdığı qeyri-müəyyənliklər və tənəzzülün baş verə biləcəyi ilə bağlı narahatlıqlar səbəbiylə ABŞ fond bazarlarında 10 martda itki 2 trilyon dollara çatdı.

ABŞ-ın Kanada, Meksika və Çinə qarşı elan etdiyi gömrük tariflərinə əlavə olaraq, polad və alüminium idxalına 25 faizlik gömrük rüsumu martın 12-dən qüvvəyə minib.

Avropa Birliyi (AB) Komissiyasının sədri Ursula von der Leyen, ABŞ-ın polad və alüminium idxalına tətbiq etdiyi vergilərə görə 28 milyard dollarlıq tarif tətbiq etdiyini ifadə edərək, 26 milyard avro dəyərində əks tədbirlər görürük. Bu, ABŞ-ın tariflərinin iqtisadi əhatə dairəsi ilə üst-üstə düşür dedi.

Bazar günü verdiyi müsahibədə tariflərə görə bu il tənəzzülün gözlənilməyəcəyi sualına Tramp belə mövzularda proqnozlar verməkdən "nifrət etdiyini" ifadə edərək, "Hazırda bir keçid dövrü var, çünki etdiyimiz işlər çox böyükdür. Biz Amerikaya sərvəti qaytarırıq. Bu, çox vacib bir şeydir. Həmişə bir az vaxt aparan dövrlər olur",-deyə bildirib.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sorğu: Zelenski yenidən ukraynalıların populyarlığını qazandı  

"Ukraynada prezident seçkiləri indi keçirilsəydi, Kiyev rejiminin hazırkı rəhbəri Volodimir Zelenski qalib gələrdi".

13 Mart 2025, 18:30

"Ukrayna çətin ki, atəşkəsə razı olsun"-Belarus prezidenti

Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, ukraynalılar çətin ki, atəşkəslə razılaşsınlar və Moskvadan imtina gözləyirlər.

13 Mart 2025, 18:18

Kanada Trampın təhdidlərinə baxmayaraq, ABŞ-dan bəzi "HIMARS" almaq istəyir

Kanadanın silahlı qüvvələri ABŞ prezidenti Donald Trampın şimal qonşusunu ABŞ-ın 51-ci ştatı etmək tələblərinə baxmayaraq, ölkə hökumətinə ABŞ-dan bir neçə HIMARS raket buraxılış qurğusu almağı təklif edir.

13 Mart 2025, 18:00

Lukaşenko: "Belarus hələ "Oreşnik"i Rusiyadan almayıb"

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Minsk hələ ki, Rusiyanın "Oreşnik" raket sistemlərini almayıb.

13 Mart 2025, 17:51

Araşdırma: Dünyada bir çox insan keyfiyyətli yuxudan məhrumdur

Həm fiziki, həm də ruhi sağlamlıq üçün əvəzolunmaz olan keyfiyyətli yuxu həyatın müxtəlif sahələrində səmərəliliyi artırsa da, dünyada bir çox insan yuxu rejimini yaxşılaşdırmaqda çətinliklərlə üzləşir.

13 Mart 2025, 17:36

"ABŞ-ın Ukraynadakı münaqişəni həll etmək planı yoxdur"-Lukaşenko

ABŞ-ın Ukraynadakı münaqişəni həll etmək planı yoxdur, hazırda Vaşinqton suları sınaqdan keçirir.

13 Mart 2025, 17:30