BMT-nin İnsan Hüquqları Ali Komissarlığında Ruben Vardanyan işi üzrə Yekun Rəy açıqlanıb
Cəmiyyət 14 Mart 2025, 10:30

143
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Ali Komissarlığının Əsassız Həbslər üzrə İşçi Qrupu Ruben Vardanyanla bağlı müraciətə uzunmüddətli baxılma nəticələrinə uyğun olaraq Yekun Rəyini rəsmi olaraq dərc edib.
BMT İnsan Hüquqları Ali Komissarlığınınyekun rəyi
Citypost.az xəbər verir ki, BMT İnsan Hüquqları Ali Komissarlığına müraciətdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsi tərəfindən məsuliyyətə cəlb edilmiş R.Vardanyanın guya ifadə etdiyi fikirlərə görə həbs olunduğu, söz azadlığı hüququnun pozulduğu və digər iddialarla bağlı qərar qəbul edilib. Son nəticədə bu iddiaların heç birinin təsdiqini tapmadığı barədə Yekun Rəy yayımlanıb.
İttihamların əsaslandırılması və hüquqi prosessual normalar
İşçi Qrupunun rəyinə əsasən, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən R.Vardanyanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunsuz silahlı birləşmələrin yaradılmasında iştirak) və 318.1-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri üzrə ittiham edilməsi konkret dəlillərlə əsaslandırılıb.
R.Vardanyan barəsində həbs qətimkan tədbiri məhkəmə qərarı ilə seçilib və bu zaman onun hüquqları qorunub. O, istintaq zamanı tərcüməçi ilə təmin edilib, öz vəkili tərəfindən müdafiə olunmaq və digər prosessual hüquqlarını həyata keçirmək imkanı yaradılıb.
Həbs qərarının hüquqi əsasları
Məhkəmə R.Vardanyanın həbs edilməsini fərdi yanaşma ilə qiymətləndirib, ittihamların ağırlıq dərəcəsi və işin faktiki halları nəzərə alınıb. Buna görə də onun barəsində alternativ qətimkan tədbirlərinin seçilməməsi hüquqi baxımdan əsaslandırılıb.
Təqsirsizlik prezumpsiyası ilə bağlı iddialar
R.Vardanyanın işi ilə bağlı mətbuatda və vəzifəli şəxslərin çıxışlarında təqsirsizlik prezumpsiyasının pozulmasına dair iddialar araşdırılıb. Əsassız Həbslər üzrə İşçi Qrupunun yekun qərarına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin 27 sentyabr 2023-cü il tarixli rəsmi məlumatında R.Vardanyanın yalnız istintaqa cəlb edildiyi vurğulanıb və onun təqsirli olması ilə bağlı birbaşa ifadələrə yer verilməyib. Beləliklə, təqsirsizlik prezumpsiyasının pozulması müəyyən edilməyib.
Beynəlxalq səylərin faydasızlığı və hüquq məsuliyyəti
Qeyd edilməlidir ki, Azərbaycanın işğal altında olmuş ərazilərində törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, terrorçuluq və digər qanunsuz əməllərə görə hazırda Bakı Hərbi Məhkəməsində məhkəmə prosesi davam edir. Bu şəxslərdən yalnız Ruben Vardanyanın xarici əlaqələri və resursları onun işinin BMT İnsan Hüquqları Ali Komissarlığındakı müzakirələrə çıxarılmasına səbəb olub.
Lakin Azərbaycanın hüquq sistemi və beynəlxalq hüquq diplomatiyası qarşısında bu cəhdlər nəticəsizdir. Qanunvericiliyə əsasən, törədilmiş cinayətlərə görə məsuliyyət labüddür.
Həmçinin oxuyun

Sənan Mehdiyevin həbsinə səbəb olan rəydə ekspertlər kobud səhvə yol verib? - SENSASSİON AÇIQLAMA
İqtisad Universitetində diplom problemi - Nazirlik nəyi araşdırır?
Müğənni qəbiristanlıqda yandırılıb? - Anasından şok ittiham (VİDEO+FOTO)
Moskva ətrafında PUA hücumu zamanı doqquz nəfər yaralanıb, bir nəfər ölüb
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib
Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bank kartlarının talanması hallarına rast gəlinməkdədir. Son 24 saat ərzində baş verən bu tipli hadisələrin təhlili onu deməyə əsas verir ki, əksər epizodlarda zərərçəkənlər oxşar üsul və vasitələrlə aldadılıb.Bu barədə Daxili İşlər Nazirliyinin kibertalama cinayətləri ilə bağlı vətəndaşlara müraciətində bildirilib."Əvvəlcə mülayim və inandırıcı səslə özünü bank işçisi kimi təqdim edən şəxs tərəfindən zəng olunur. Sizi öz yalanına inandırandan sonra “bank hesabınıza müdaxilə edildiyini, pulunuzun təhlükə altında olduğunu” bildirir. Kömək etməsi üçünsə kartın üzərində olan 16 rəqəmi istəyir. CVV kodunu söyləyəndən sonra bankınızın sizə göndərdiyi OTP və ya 3D təhlükəsizlik kodunu da qarşınızdakı “bank əməkdaşına”...
14 Mart 2025, 19:43

Azıx mağarasında laboratoroji işlərə başlanılıb-AMEA
"Azıx mağarasında laboratoroji işlərə başlamışıq".
14 Mart 2025, 18:49

Əli Əsədov: Deputatların bəzi təklifləri ilə prinsipcə razı deyilik
Baş nazir Əli Əsədov hökumətin hesabatı ilə bağlı çıxış edən deputatların bəzi təklifləri ilə prinsipcə razı olmadığını bildirib.
14 Mart 2025, 18:38

Yaz fəsli Azərbaycana martın 20-də daxil olacaq
Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si saat 13:01:25-ə təsadüf edəcək.Bu barədə
14 Mart 2025, 16:37

Sabah 29 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında martın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən
14 Mart 2025, 13:27

Bu küçədə hərəkət məhdudlaşdırılacaq
Akademik Həsən Əliyev küçəsindəki dairədə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.
14 Mart 2025, 13:13