Martın 4-ü Ümumdünya Piylənmə ilə Mübarizə Günüdür
Cəmiyyət 04 Mart 2025, 09:15

335
Cəmiyyətin piylənmə probleminə diqqətini cəlb etmək məqsədilə 4 mart tarixi Ümumdünya Piylənmə ilə Mübarizə Günü kimi qeyd olunur.
Piylənmə sağlam həyat tərzinin pozulması nəticəsində sonrakı dövrlərdə bir sıra fəsadlara və digər ciddi xəstəliklərə aparıb çıxaran səbəblərdən biridir. Hətta ürək-damar sistemi və onkoloji xəstəlikləri çox vaxt onunla əlaqələndirirlər. Piylənmənin əsas səbəbi düzgün olmayan həyat tərzi, azhərəkətlilik, daimi stress vəziyyətində qeyri-düzgün qidalanmadır.
İlk dəfə Piylənmə ilə mübarizə Günü 2010-cu ilin may ayında Avropada Piylənmə ilə Mübarizə Günü kimi qeyd edilib, daha sonralar bu gün qloballaşaraq mart ayının 4-də Dünyada Piylənmə ilə Mübarizə Günü kimi qeyd olunub. Bu günün qeyd olunmasında məqsəd artıq çəki və piylənmə ilə mübarizə aparmaq üçün əhali arasında maarifləndirmə işlərini artırmaq, bilik və bacarıqları inkişaf etdirməkdir.
Əgər 20-30 il əvvəl piylənmə problemi sadəcə sağlam həyat tərzi yaşayan ayrı-ayrı adamları, həkim-diyetoloqları narahat edirdisə, artıq bu gün piylənmə və artıq çəkiyə malik olanların sayının artması sağlamlıq üçün ciddi təhlükələrdən birinə çevrilib. Hətta ürək-damar sistemi və onkoloji xəstəlikləri çox vaxt bu problemlə əlaqələndirirlər. Doğrudan da piylənmə sağlam həyat tərzinin pozulması nəticəsində sonrakı dövrlərdə bir sıra fəsadlara və digər ciddi xəstəliklərə aparıb çıxaran səbəblərdən biridir.
Hələ 1997-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı piylənməni qlobal xarakter alan bir epidemiya kimi qəbul edib. O vaxtdan başlayaraq həkimlər artıq çəki və piylənmə problemi haqqında əhalinin maariflənməsi sahəsində intensiv kampaniya aparır, piylənməyə aparan səbəblər və onun fəsadları haqqında məlumatlandırır, eyni zamanda, artıq kilolardan xilas olmağın profilaktikası və müalicə üsulları barədə də izahat verirlər.
Son zamanlar bütün dünyada uşaqlar və yeniyetmələr arasında piylənmə hallarının kəskin artması müşahidə olunur.
Piylənmə insan üçün bir sıra problemlər yaradır. Oynaqlarda və sümüklərdə yüklənmə çoxaldığına və ya həddindən artıq olduğuna görə artıq çəki dayaq-hərəkət aparatının xəstəliklərinə aparıb çıxarır. Çəkinin artıq olması fiziki fəallığın intensivliyini aşağı salır. Orqanizmdə piy yığılması ürək-damar, onkoloji xəstəliklərə və diabetə tutulmaq ehtimalını artırır.
Fiziki problemlərdən başqa, piylənmə, eyni zamanda, psixoloji problemlərə də səbəb olur. Heç kəsə sirr deyil ki, piylənmənin əsas səbəbi düzgün olmayan həyat tərzi, azhərəkətlilik, daimi stres vəziyyətində qeyri-düzgün qidalanmaqdır. Kökəlmənin çoxsaylı səbəbləri göstərir ki, onu özündə stres vəziyyətlərinin aradan qaldırılmasını, stresə davamlılığın inkişafına yönəlmiş məşqləri, fərdi pəhrizin müəyyənləşdirilməsini, həmçinin mütləq olaraq sağlam fiziki yükü də nəzərdə tutan yaşam qaydalarını ehtiva edən kompleks metodlarla müalicə etmək mümkündür. Bəzi hallarda, şübhəsiz, dərman müalicəsinə də ehtiyac yaranır ki, bunlar da əsasən, endokrin sistemin işinin pozulması və hormonal qüsurlarla bağlı olur.
Qeyd edək ki, Ölkəmizdə iki milyona yaxın insan artıq çəki və piylənmədən əziyyət çəkir. Bu isə əhalinin 20 faizini təşkil edir və kifayət qədər ciddi rəqəmdir.
Həmçinin oxuyun

Sənan Mehdiyevin həbsinə səbəb olan rəydə ekspertlər kobud səhvə yol verib? - SENSASSİON AÇIQLAMA
İqtisad Universitetində diplom problemi - Nazirlik nəyi araşdırır?
Müğənni qəbiristanlıqda yandırılıb? - Anasından şok ittiham (VİDEO+FOTO)
Moskva ətrafında PUA hücumu zamanı doqquz nəfər yaralanıb, bir nəfər ölüb
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib
Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bank kartlarının talanması hallarına rast gəlinməkdədir. Son 24 saat ərzində baş verən bu tipli hadisələrin təhlili onu deməyə əsas verir ki, əksər epizodlarda zərərçəkənlər oxşar üsul və vasitələrlə aldadılıb.Bu barədə Daxili İşlər Nazirliyinin kibertalama cinayətləri ilə bağlı vətəndaşlara müraciətində bildirilib."Əvvəlcə mülayim və inandırıcı səslə özünü bank işçisi kimi təqdim edən şəxs tərəfindən zəng olunur. Sizi öz yalanına inandırandan sonra “bank hesabınıza müdaxilə edildiyini, pulunuzun təhlükə altında olduğunu” bildirir. Kömək etməsi üçünsə kartın üzərində olan 16 rəqəmi istəyir. CVV kodunu söyləyəndən sonra bankınızın sizə göndərdiyi OTP və ya 3D təhlükəsizlik kodunu da qarşınızdakı “bank əməkdaşına”...
14 Mart 2025, 19:43

Azıx mağarasında laboratoroji işlərə başlanılıb-AMEA
"Azıx mağarasında laboratoroji işlərə başlamışıq".
14 Mart 2025, 18:49

Əli Əsədov: Deputatların bəzi təklifləri ilə prinsipcə razı deyilik
Baş nazir Əli Əsədov hökumətin hesabatı ilə bağlı çıxış edən deputatların bəzi təklifləri ilə prinsipcə razı olmadığını bildirib.
14 Mart 2025, 18:38

Yaz fəsli Azərbaycana martın 20-də daxil olacaq
Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si saat 13:01:25-ə təsadüf edəcək.Bu barədə
14 Mart 2025, 16:37

Sabah 29 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında martın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən
14 Mart 2025, 13:27

Bu küçədə hərəkət məhdudlaşdırılacaq
Akademik Həsən Əliyev küçəsindəki dairədə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.
14 Mart 2025, 13:13