Bizə yazın

Baku

-°C

USD

-

BMT Təhlükəsizlik Şurası Suriyadakı zorakılığı pisləyən bəyanatla razılaşıb

Dünya 14 Mart 2025, 13:30

150

BMT Təhlükəsizlik Şurası üzvlərinin Suriyanın sahilyanı bölgələrində zorakılığı pislədiyi bəyanat layihəsi üzərində razılaşıb.

Citypost.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Cümə günü rəsmən qəbul olunacaq sənəddə Suriyanın müvəqqəti hakimiyyət orqanları milli mənsubiyyətindən və dinindən asılı olmayaraq ölkənin bütün vətəndaşlarının müdafiəsini təmin etməyə çağırılır.

Martın 6-da Suriyanın Latakiya, Tartus və Homs əyalətlərində ölkənin yeni rəhbərliyinin nəzarətində olan təhlükəsizlik qüvvələri ilə respublikanın keçmiş prezidenti Bəşər Əsədi dəstəkləyən birləşmələr arasında toqquşmalar baş verib. Ən şiddətli döyüşlər Əsəd ailəsinin mənsub olduğu dini azlıq olan ələvilərin yaşadığı Cebla şəhərində baş verib.
Martın 10-da yeni hakimiyyət orqanları bu vilayətlərdə əməliyyatın başa çatdığını və Suriyanın keçmiş liderini dəstəkləyən qrupların zərərsizləşdirildiyini elan ediblər.
Son məlumatlara görə, Suriyanın qərbində vəziyyətin gərginləşməsi başlayandan bəri Əsədin 250 silahlı tərəfdarı öldürülüb, qüvvələr isə 231 döyüşçünü itirib. Dinc sakinlər arasında qurbanların sayı 900-ü keçib ki, onların da əksəriyyəti Ələvi icmasındandır.
Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Apple simsiz qulaqlıqlar üçün tərcümə funksiyası üzərində işləyir

Amerikanın "Apple" korporasiyası "AirPods" simsiz qulaqlıqları üçün real vaxt rejimində tərcümə funksiyasını əlavə etməyi planlaşdırır.

14 Mart 2025, 18:29

Arşadırma: Tarakanlar müharibələrdə həyat xilas edəcək

Alimlərin hazırladığı yeni üsulla tarakanlar kiber həşəratlara çevrilərək müharibə və zəlzələ fəlakətlərində dağıntılar altında olan insanlara çatacaq.

14 Mart 2025, 18:14

"National Interest": Rusiyanın S-500 "Prometey"lə fəxr etmək haqqı var

Amerikanın "The National Interest" jurnalı yazır ki, S-500 Prometey birinci dərəcəli hava hücumundan müdafiə sistemidir, Rusiya bununla haqlı olaraq fəxr edə bilər.

14 Mart 2025, 18:00

Pentaqonun gizli sənədlərini paylaşan ABŞ əsgəri günahını etiraf edib

ABŞ ordusunun məxfi məlumatlarını özündə əks etdirən sənədləri internetdə paylaşmaqda günahlandırılan Milli Hava Qvardiyasının keçmiş əsgəri Cek Teyşeyra ədalətin gedişinə mane olmaqda günahını etiraf edib.

14 Mart 2025, 17:45

Kanada ərzaq mağazalarında ABŞ məhsullarının satışı sürətlə azalır

ABŞ prezidenti Donald Trampın bəzi Kanada məhsullarına gömrük rüsumları tətbiq etmək qərarından sonra Kanada bazarlarında ABŞ məhsullarının satışı sürətlə azalıb.

14 Mart 2025, 17:30

ABŞ Poçt Xidməti 10 min əməkdaşını ixtisar etməyə hazırlaşır

ABŞ Poçt Xidməti (USPS) agentliyin səmərəliliyini artırmaq üçün Hökumətin Səmərəliliyi Departamenti (DOGE) ilə əməkdaşlıq edərək 10,000 iş yerini ixtisar etməyi planlaşdırır.

14 Mart 2025, 17:17