Bizə yazın

Baku

-°C

USD

-

Lukaşenko: "Trampa təşəkkür edirəm"

Dünya 14 Mart 2025, 15:16

189

Belarus prezidenti Aleksandr Lukaşenko Amerika lideri Donald Trampa Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanmasına kömək etməyi qarşısına məqsəd qoyduğuna görə təşəkkür edib, lakin danışıqların gedişatını ayıq şəkildə qiymətləndirməyə çağırıb.

Citypost.az xəbər verir ki, Lukaşenko onu da vurğulayıb ki, bütün təkliflərə soyuqqanlılıqla yanaşmağa dəyər.

"Donalda təşəkkür edirəm ki, o, bizə bu sülhü bərqərar etməkdə kömək etməyi qarşısına məqsəd qoyub, amma bütün bu söhbətlərə tələsməyə ehtiyac yoxdur, biz onlara baxmalıyıq ki, bizə zərər verməsinlər",-deyə Lukaşenko bildirib.

Lukaşenkonun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin də axşam saatlarında martın 13-də Moskvaya gələn ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoffla danışıqların detallarını bölüşəcək.

Əvvəllər Putin Ukraynada atəşkəs ideyasını dəstəkləyib, lakin bəzi nüansların - məsələn, Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin taleyi və atəşkəs şərtlərinin yerinə yetirilməsinə nəzarətin xüsusiyyətlərinin aydınlaşdırılmasına ehtiyac olduğunu qeyd edib.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Apple simsiz qulaqlıqlar üçün tərcümə funksiyası üzərində işləyir

Amerikanın "Apple" korporasiyası "AirPods" simsiz qulaqlıqları üçün real vaxt rejimində tərcümə funksiyasını əlavə etməyi planlaşdırır.

14 Mart 2025, 18:29

Arşadırma: Tarakanlar müharibələrdə həyat xilas edəcək

Alimlərin hazırladığı yeni üsulla tarakanlar kiber həşəratlara çevrilərək müharibə və zəlzələ fəlakətlərində dağıntılar altında olan insanlara çatacaq.

14 Mart 2025, 18:14

"National Interest": Rusiyanın S-500 "Prometey"lə fəxr etmək haqqı var

Amerikanın "The National Interest" jurnalı yazır ki, S-500 Prometey birinci dərəcəli hava hücumundan müdafiə sistemidir, Rusiya bununla haqlı olaraq fəxr edə bilər.

14 Mart 2025, 18:00

Pentaqonun gizli sənədlərini paylaşan ABŞ əsgəri günahını etiraf edib

ABŞ ordusunun məxfi məlumatlarını özündə əks etdirən sənədləri internetdə paylaşmaqda günahlandırılan Milli Hava Qvardiyasının keçmiş əsgəri Cek Teyşeyra ədalətin gedişinə mane olmaqda günahını etiraf edib.

14 Mart 2025, 17:45

Kanada ərzaq mağazalarında ABŞ məhsullarının satışı sürətlə azalır

ABŞ prezidenti Donald Trampın bəzi Kanada məhsullarına gömrük rüsumları tətbiq etmək qərarından sonra Kanada bazarlarında ABŞ məhsullarının satışı sürətlə azalıb.

14 Mart 2025, 17:30

ABŞ Poçt Xidməti 10 min əməkdaşını ixtisar etməyə hazırlaşır

ABŞ Poçt Xidməti (USPS) agentliyin səmərəliliyini artırmaq üçün Hökumətin Səmərəliliyi Departamenti (DOGE) ilə əməkdaşlıq edərək 10,000 iş yerini ixtisar etməyi planlaşdırır.

14 Mart 2025, 17:17