Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 26 Mart 2025, 19:57

623
Azərbaycanın rayonlarında martın 27-si gündüz hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında bildirilib.
Qeyd edilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Türkiyənin Vitse-prezidenti Mehriban Əliyevanı Ramazan bayramı münasibətilə təbrik edib
Türkiyə Respublikasının Vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya Ramazan bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Hörmətli Birinci vitse-prezident,Zati-alinizin və qardaş Azərbaycan xalqının Ramazan bayramını səmimi-qəlbdən təbrik edir, bu mübarək bayramın İslam aləmi və bütün dünya üçün sülhə, əmin-amanlığa və səadətə vəsilə olmasını diləyirəm.Zati-alinizə cansağlığı və xoşbəxtlik arzulayıram".
29 Mart 2025, 17:55

Şahbaz Şərif Azərbaycan Prezidentini təbrik edib
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Hörmətli Prezident,Sizi müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm, xoşbəxtlik və firavanlıq arzulayıram".
29 Mart 2025, 17:47

Ərdoğan Prezident İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə Ramazan bayramı ilə bağlı təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Hörmətli Prezident, Əziz Qardaşım.Zati-alinizin Ramazan bayramını səmimi-qəlbdən təbrik edirəm.İslam aləminə və bütün bəşəriyyətə sülh, əmin-amanlıq gətirməsini arzu etdiyim mübarək bayramımız münasibətilə Cənabi-Haqqdan həmrəyliyimizi və birliyimizi gücləndirməsini diləyirəm.Xalqım adından və öz adımdan Zati-alinizə cansağlığı, xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına isə xoş günlər və rifah arzulayıram"....
29 Mart 2025, 17:31

Azərbaycan XİN Myanma və Tailandda dağıdıcı zəlzələ ilə bağlı başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi Myanma və Tailandda baş verən dağıdıcı zəlzələ ilə bağlı başsağlığı verib.Citypost.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.“Biz fəlakətdən zərər çəkmiş insanların mümkün qədər tez normal həyata qayıtmasına, dağılmış regionların bərpasına və yenidən qurulmasına ürəkdən inanırıq”, - deyə paylaşımda qeyd edilib.
29 Mart 2025, 15:19

XİN: Tailand və Myanmada zəlzələdə azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur
Tailandda və Myanmada baş verən güclü zəlzələ nəticəsində azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur.Bunu Citypost.az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.Qeyd edək ki, ötən gün Tailandda və Myanmada güclü zəlzələ baş verib.Banqkokda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb, həmçinin 16 nəfərin yaralandığı, 101 nəfərin isə itkin düşdüyü bildirilir.Myanmada güclü zəlzələ nəticəsində isə ölənlərin sayı 1000-i ötüb, zəlzələ nəticəsində yaralananların sayı isə 2300-dən çoxdur....
29 Mart 2025, 15:13

“Melissa Group”un ekskavatorçusu da həbs edildi
Alatavada qanunsuz söküntü işləri ilə bağlı saxlanılan ekskavator sürücüsü ilə bağlı məhkəməyə daxil olan təqdimata baxılıb.Citypost.az xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı təmin olunub.Qala Seymur oglu Eynullayev barəsində 1 ay müddətinə həbs qətimkan tədbiri seçilib.Qeyd edək ki, “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov da 1 aylıq həbs olunub.Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 32.3-cü (Cinayətdə iştirakçılıq, cinayətin törədilməsini təşkil etmə və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmə, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratma və ya bunlara rəhbərlik etmə), 186.2.2-ci (Əmlakı qəsdən...
29 Mart 2025, 15:00