Bizə yazın

Baku

-°C

USD

-

“Bakı Marafonu 2025”ə qeydiyyat başlayır  

Cəmiyyət 03 Mart 2025, 21:45

2100

Mayın 4-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2025” təşkil ediləcək.

Citypost.az xəbər verir ki, 2016-cı ildən “Küləyə qalib gəl” şüarı ilə keçirilən Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.

Yarışda iştirak üçün qeydiyyat martın 4-dən aprelin 25-dək davam edəcək. 18 yaşdan yuxarı şəxslər bu müddətdə Bakı şəhərinin ticarət mərkəzlərindəki (“28 Mall”, “Gənclik Mall”, “Dəniz Mall”) qeydiyyat məntəqələrinə və ya “Bakı Marafonu 2025”in saytına - www.marathon.az müraciət edə bilərlər. Qeydiyyat zamanı müvafiq anket formasını doldurmaq, şəxsiyyət vəsiqəsinin surətini (tələbələr eyni zamanda tələbə vəsiqəsinin surətini) təqdim etmək və iştirak üçün müəyyən olunmuş vəsaiti ödəmək lazımdır.

Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün qeydiyyat zamanı ödəniş məbləği 20 AZN təşkil edir. Korporativ olaraq qoşulanlar isə [email protected] elektron poçt ünvanına yazaraq müraciət edə bilərlər. Korporativ müraciətlərdə (hər təşkilatdan minimum 5 iştirakçı olmalıdır) hər iştirakçıya görə 100 AZN ödənilir. Bakı marafonunda tələbələrin iştirakı Heydər Əliyev Fondu tərəfindən qarşılandığından, onlar qeydiyyat zamanı ödəniş etmirlər.

Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanı olan marafonun marşrutu Dənizkənarı Bulvar, o cümlədən paytaxtın mərkəzi küçə və prospektlərini, ümumilikdə 21 km-lik məsafəni əhatə edəcək:

Dövlət Bayrağı Meydanı-Dənizkənarı Bulvar-Bakı Beynəlxalq Dəniz Vağzalı-Neftçilər prospekti-Bakı Ağ Şəhər bulvarı-Xəqani Rüstəmov küçəsi–Bakı Ağ Şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsi-Üzeyir Hacıbəyli küçəsi, Neftçilər prospekti, Bakı Funikulyoru, Bayıl dairəsi, Bibiheybət yolu-Dövlət Bayrağı Meydanı.

“Bakı Marafonu 2025” ilə bağlı yeniliklər, yarış ərəfəsində keçiriləcək məşqlər barədə ətraflı məlumat layihənin sosial şəbəkələrdəki səhifələrində, eləcə də www.marathon.az saytında təqdim ediləcək.

Əlavə məlumat üçün telefon nömrəsi: (012) 310 13 31

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sabah bu küçə bağlı olacaq 

Sabah paytaxtın 6-cı Keşlə küçəsində yerləşən dəmiryol keçidində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq. Bu barədə AYNA məlumat yayıb.Bildirilib ki, məhdudiyyətlə əlaqədar 32 nömrəli avtobus marşrutunun hərəkət sxemi müvəqqəti olaraq Əlişir Nəvai küçəsi ilə təşkil ediləcək.

25 Mart 2025, 21:19

“Radioquraşdırma zavodu”na yeni direktor təyin edilib 

Müdafiə Sənayesi Nazirliyinə (MSN) məxsus “Radioquraşdırma zavodu” MMC-nin direktoru Soltan Qasımov vəzifəsindən azad edilib.Citypost.az  xəbər verir ki, müəssisəyə rəhbərlik Samir İbrahimova həvalə olunub.Xatırladaq ki, "Radioquraşdırma zavodu" 1948-ci ildə Yеrli Sənаyе Nаzirliyinin tаbеliyində yaradılıb, 1984-cü ildə Robot zavodu ilə birləşdirilərək Radioquraşdırma Bakı İstehsalat Birliyi adlandırılıb, 1991-ci ilə qədər SSRİ Rаdiо sənаyеsi Nаzirliyinin, daha sonra Nаzirlər Kаbinеtinin tаbеliyində оlub, 1993-cü ilin аvqust ayında Dövlət Хüsusi Mаşınqаyırmа və Kоnvеrsiyа Kоmitəsinin, 2006-cı ildən isə MSN-in tabeliyinə verilib. Onun nizamnamə kapitalı 14 583 798 manatdır....

25 Mart 2025, 21:09

Azərbaycan və Belarus millilərinin start heyətləri açıqlanıb 

Yoxlama oyununda qarşılaşacaq Azərbaycan və Belarus millilərinin start heyətləri açıqlanıb.Masazırdakı "Bank Respublika Arena"da keçiriləcək matç saat 21:45-də başlayacaq.Komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:Azərbaycan: Rza Cəfərov, Bəhlul Mustafazadə (k), Ozan Can Kökçü, Mahir Emreli, Zamiq Əliyev, Toral Bayramov, Səbuhi Abdullazadə, Nəriman Axundzadə, Mert Çelik, Xəyal Əliyev, Şahin ŞahniyarovBelarus: Fyodor Lapouxov, Kirill Peçenin, Pavel Zabelin, Aleksey Qavriloviç, Sergey Politeviç (k), Maks Ebonq, Valeri Qromko, Yevgeni Yablonski, Vitali Lisakoviç, Yuri Kovalev, Trofim Melniçenko...

25 Mart 2025, 21:07

Sabah hava yağmursuz keçəcək  

Martın 26-da gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumat görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq, şərq küləyi əsəcək.Havanın temperaturu gecə 4-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti olacaq....

25 Mart 2025, 12:14

Azərbaycan XİN Yunanıstanı təbrik etdi 

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Yunanıstanı Milli Günü münasibətilə təbrik edib.Citypost.az xəbər verir ki, bu barədə qurumun “X” hesabında paylaşım edilib.“Yunanıstanı və onun xalqını Milli Günü münasibətilə təbrik edirik! Milli bayramınız mübarək, Yunanıstan”, - paylaşımda qeyd edilib.

25 Mart 2025, 10:57

QMİ hər ailədə adambaşına 10-15 manat fitrə zəkatı çıxarılmasını tövsiyə edir

"Qafqaz Müsəlmanları İdarəsi tövsiyə edir ki, hər ailədə adambaşına 10-15 manat fitrə zəkatı çıxarılsa, daha yaxşı olar".Bunu Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib.“Hər bir ailə başçısı ailədə neçə nəfər varsa, onun sayına uyğun fitrə zəkatı çıxarmalıdır. Fitrə zəkatı ən çox istifadə olunan ərzaqdan 3 kq hesablanır. Ancaq fitrə zəkatının pul şəklində verilməsi daha məqsədəuyğundur. Nəticədə kasıb ailələr də həmin pulu öz ehtiyaclarına ödəyər. İnsanlar minimum ərzağın hesablanmasındansa, orta səviyyəni hesablasalar, daha yaxşı olar”,- o qeyd edib.F. Nurullayev deyib ki, fitrə zəkatını çıxarmaq vacibdir: “Oruc tutmayanlar da çıxarmalıdır. Amma maddi imkanı olmayan insanlar çıxarmır. Fitrə zəkatını bayram namazına qədər...

24 Mart 2025, 15:44