TDT Baş katibi Azərbaycan dövlət başçısına təbrik məktubu göndərib
Cəmiyyət 01 Aprel 2025, 13:55

336
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Citypost.az xəbər verir ki, məktubda deyilir:
"Möhtərəm cənab Prezident.
Təbiətin canlanmasının və torpağın oyanışının rəmzi olan, Türk xalqlarının hər il qeyd etdikləri çoxəsrlik tarixə malik Novruz bayramı münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Qədim tariximizin və irsimizin bir parçası olan Novruz bayramı ortaq adət-ənələrimizin, mənəvi dəyərlərimizin qorunması və təşviqi, eləcə də Türk birliyinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir.
Bu əlamətdar bayram münasibətilə Zati-alinizə, dost və qardaş Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Bakının iki rayonunda qaz olmayacaq
Bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılacaq.Bu barədə Citypost.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.Qeyd olunub ki, "Zabrat-Buzovna-Türkan" magistral qaz kəmərində, Xəzər rayonu, Binə qəsəbəsində, Suraxanı rayonu, Əmircan qəsəbəsində görüləcək təmir işləri ilə əlaqədar 03.04.2025-ci il saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq."Qaz təchizatı dayandırılan müddətdə Binə qəsəbəsinin (11H saylı sahə), Əmircan qəsəbəsinin (A.Rzayev küçəsi), "Mərdəkan Bağları", "Stansiya-Qala" və "Mərdəkan yeni yaşayış" massivlərinin istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda bildirilib....
02 Aprel 2025, 19:40

Bu müharibədən sonra 387 azərbaycanlı mina qurbanı olub
Ermənistan tərəfindən basdırılmış minalar Azərbaycan mülki əhalisinin təhlükəsizliyini və rifahını təhdid etməyə davam edir.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.Bildirilib ki, bu gün Ağdamda daha bir mülki şəxs mina qurbanı olub:"İkinci Qarabağ müharibəsindən sonra mina çirklənməsi səbəbindən ümumilikdə 387 azərbaycanlı mina qurbanı olub. İnsanların mina səbəbilə həlak olması və yaralanması gizli təhlükənin davam etdiyini və dağıdıcı olduğunu göstərir".Məlumatda vurğulanıb ki, davamlı mina çirklənməsi regionda sülh, barışıq və sabitlik üçün əsas maneə təşkil edir:"Beynəlxalq ictimaiyyəti bu kritik məsələnin həllində əhəmiyyətli siyasi və praktiki dəstək verməyə çağırırıq"....
02 Aprel 2025, 19:00

Azərbaycanda 5G şəbəkəsi ilə bağlı qanun layihəsi hazırlanacaq
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında İctimai Şura üzvləri ilə görüş keçirilib.Bu barədə Citypost.az-a İKTA-dan bildirilib.Görüşdə Azərbaycanda 5G şəbəkəsinin qurulması və yeni qanunvericilik aktlarının hazırlanaraq qəbul edilməsi istiqamətində müzakirələr aparılıb.Bildirilib ki, yeni qanun layihəsində radiotezliklərdən müştərək icazə və mobil virtual şəbəkə operatoru icazələri nəzərdə tutulub. Bu yeniliklərin ölkəmizdə mobil telekommunikasiya xidmətinin inkişafına impulsiv təkan verməsi gözlənilir.Görüşdə, həmçinin operatorlararası funksional “Local Exchange” arabağlantıların səmərəli təşkili müzakirə predmeti olub. Osman Gündüz arabağlantı çətinliklərinin olduğunu, lokal trafikin beynəlxalq mübadilə nöqtələri üzərindən “routing” olduğunu deyib. İKTA sədri bu istiqamətdə monitorinqlər aparıldığını, nəticələrin qənaətbəxş olmadığının müəyyən edildiyini, İKTA-nın nəzarəti...
02 Aprel 2025, 18:17

Uşaq hüquqlarının monitorinqi üzrə meyarlar təsdiq edilib
Uşaq hüquqlarını həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar təsdiq edilib.Citypost.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Bu Meyarlara dair məlumatlar aşağıdakı sahələr üzrə meyarlarda göstərilən dövlət orqanları (qurumları) tərəfindən onların Azərbaycan Respublikasının qanunları əsasında müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq hazırlanır:- təhsil, tərbiyə və asudə vaxtın təşkili;- sağlamlığın mühafizəsi;- sosial müdafiə;- alternativ qayğı;- uşaqların təhlükəsizliyinin təmini;- cinayət törətmiş uşaqların islah olunması....
02 Aprel 2025, 17:07

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank-Valter Ştaynmayer mətbuata bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.Citypost.az xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib.***Prezident İlham Əliyevin bəyanatı- Hörmətli cənab Prezident.Hörmətli qonaqlar, xanımlar və cənablar.İlk növbədə, cənab Prezident, Sizi bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Mən şadam ki, bizim aramızda siyasi dialoq müntəzəm olaraq aparılır. Keçən ilin aprel ayında mən Berlində səfərdə olarkən Sizinlə görüşmüşdüm və şadam ki, mənim dəvətimi qəbul edib Siz Azərbaycana rəsmi səfərə gəlmisiniz.Həm təkbətək görüşdə söhbət əsnasında, həm də nümayəndə heyətlərinin iştirakı ilə apardığımız danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı müzakirə edilmişdir. Mən tam...
02 Aprel 2025, 16:02

Toplum TV işi üzrə məhkəmə başladı
Toplum TV işi üzrə təqsirləndirilən Ələsgər Məmmədli, Akif Qurbanov, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov və Ruslan İzzətlinin məhkəmə prosesi başlayıb.Citypost.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.Daha sonra iş üzrə təqsirləndirilən şəxslərin bir neçəsinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verilib. Lakin məhkəmə bu vəsatətləri təmin etməyib.Vəkillərdən biri cinayət işi ilə tanış olmadığı üçün məhkəmədən vaxt istəyib.Bu səbəbdən hazırlıq iclasının davamı aprelin 24-ə təyin edilib.Xatırladaq ki, 2024-cü il martın 6-da sosial şəbəkələrdə Toplum TV-nin ofisində axtarış aparılması və saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb. Daxili...
02 Aprel 2025, 13:38