Bizə yazın

Baku

-°C

USD

-

Prezident Qusarda bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub  

Cəmiyyət 30 Aprel 2025, 13:30

212

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Qusar rayonunda “İsmikhanlı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bağçılıq və soyuducu anbar kompleksi ilə tanış olub.

CityPost.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına kompleksin fəaliyyəti barədə məlumat verilib.

Bildirilib ki, cəmiyyət tərəfindən Qusarda 330, Ağsuda isə 30 hektar ərazidə ən son texnologiyalar əsasında intensiv bağlar salınıb. Hazırda burada 230 hektar sahədə alma, 35 hektarda armud, 26 hektarda şaftalı, 21 hektarda nektarin, 18 hektarda isə gilas ağacları əkilib. Bu cür bağların salınması kənd təsərrüfatı təyinatlı torpaqlardan maksimum səmərəli istifadəyə və yüksək məhsuldarlıq əldə etməyə imkan verir.

Burada yetişdirilən meyvələrin satış və ixrac prosesi il boyu davam etdirilir. Məhsullar yerli bazara çıxarılmaqla yanaşı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Rusiyaya ixrac olunur.

Bağlarda aqrotexniki işlərin daha dəqiq və səmərəli görülməsi məqsədilə Türkiyə, İtaliya və İspaniyadan mütəxəssislər cəlb olunub. Burada yüksək qənaətliliyə malik damcı suvarma texnologiyasından istifadə olunur ki, bu da həm ekoloji davamlılığı təmin edir, həm də su itkisinin qarşısını alır. Təsərrüfatın texnika parkı dünyanın aparıcı şirkətlərinin müasir avadanlıqları ilə təchiz olunub.

Soyuducu anbar kompleksi 2023-cü ilin oktyabrında istifadəyə verilib. Kompleks 8 min 700 ton tutuma malik soyuducu meyvə anbarından, çeşidləmə və paketləmə sahəsindən, material anbarından, hazır məhsul və yükləmə hissələrindən ibarətdir. Soyuducu anbar hər biri 300 ton tutuma malik 29 soyutma kamerası ilə təchiz edilib.

Çeşidləmə sahəsində quraşdırılan müasir avadanlıq vasitəsilə meyvələr rənginə, formasına və ölçüsünə görə çeşidlənir ki, bu da məhsulların bazar tələblərinə uyğun paketlənməsini təmin edir. Çeşidləmə sahəsində, həmçinin saatda mindən çox qatlama və yapışdırma gücünə malik avadanlıq vasitəsilə qablaşdırma qutuları hazırlanır.

Layihə dəyəri 18 milyon manat olan “İsmikhanlı” bağçılıq və soyuducu anbar kompleksində 270 nəfər daimi, 400 nəfər isə mövsümi işlə təmin olunub. Layihənin reallaşmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 3,3 milyon manat güzəştli kredit ayrılıb. Müəssisə avadanlıqların idxalı zamanı gömrük və vergi güzəştlərindən yararlanıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Prezidentdən DTX ilə bağlı FƏRMAN 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ilə bağlı Fərman imzalayıb.CityPost.az xəbər verir ki, Fərmanda deyilir:"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:1. “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 46 (Cild I); 2024, № 6 (I kitab), maddə 651) dəyişiklik təsdiq edilsin.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin"....

30 Aprel 2025, 18:06

Bu qəsəbələrdə 3 gün su olmayacaq  

1-3 may tarixlərində Sumqayıt şəhərini içməli su ilə təchiz edən kəmərdə aparılacaq təmir işləri ilə əlaqədar şəhərin bəzi hissələrinə, Müşfiqabad, Atyalı, 28 May qəsəbələrinin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq.CityPost.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.Bildirilib ki, 3 may axşam saatlarından etibarən işlər yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

30 Aprel 2025, 16:24

"Azərkosmos"un ixrac gəlirləri 15% azalıb  

Bu ilin yanvar-mart aylarında Azərbaycan Kosmik Agentliyi (Azərkosmos) dünyanın 40 ölkəsindən 100-ə yaxın şirkətə 4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.CityPost.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin“İxrac İcmalı”nın aprel sayına istinadən xəbər verir.Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,9 % azdır.Birinci rübdə “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65%-ni təşkil edib. 2025-ci ilin mart ayında isə “Azərkosmos” dünyanın 39 ölkəsinə 1,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.2025-ci ilin yanvar-mart ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 1 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 890,3 min ABŞ dolları...

30 Aprel 2025, 15:18

100-dən çox taksi sürücüsü imtahandan kəsilib  

Dövlət İmtahan Mərkəzi tərəfindən 30 aprel 2025-ci il tarixində xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti test imtahanı keçirilib.Bu barədə CityPost.az-ya DİM-dən məlumat verilib.İmtahan elektron qaydada kompüter vasitəsilə 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.Xatırladaq ki, imtahanda iştirak etmək üçün 780 namizəd qeydiyyatdan keçmişdir. Onlardan 712 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 585 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı...

30 Aprel 2025, 14:46

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib - FOTO  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Sumqayıt Kimya Sənaye Parkında olub, “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərinin və “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodlarının açılışında iştirak edib.CityPost.az xəbər verir ki, əvvəlcə “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərinin istehsalı zavodunun açılışı oldu.İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına ölkəmizdəki sənaye zonaları və Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti barədə məlumat verdi.Hazırda Azərbaycanda 9 sənaye parkı və 4 sənaye məhəlləsi var. Sənaye zonaları üzrə indiyədək ümumi investisiya həcmi 8,1 milyard manat olan 170 sahibkarlıq subyektinə rezident və ya qeyri-rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılıb...

30 Aprel 2025, 14:04

Bakıda bu qəzetin işçiləri 6 aydır maaş ala bilmir…  

"Bakinskiy rabochiy" qəzetinin gündəlik çapı dayandırılır.CityPost.az Teleqraf-a istinadən xəbər verir ki, qəzet may ayı ərzində həftəlik çapa keçəcək.Həmçinin, iddialara görə, mətbuat orqanının əməkdaşları maliyyə durğunluğu ilə əlaqədar 6 aydır ki, əməkhaqlarını ala bilmirlər.Məsələni dəqiqləşdirmək üçün qəzetin baş redaktoru İlqar Hüseynovla əlaqə saxlanılsa da, ancaq o, suala cavab verməkdən yayınaraq, telefonu qapadıb.Qeyd edək ki, Azərbaycanda rus dilində çıxan qəzet ​1920-ci il noyabrın 7-dən "Bakinskiy rabochiy" adlı ilə çap olunur....

30 Aprel 2025, 13:49