Bizə yazın

Baku

-°C

USD

-

Bakıda bu qəzetin işçiləri 6 aydır maaş ala bilmir…  

Cəmiyyət 30 Aprel 2025, 13:49

296

"Bakinskiy rabochiy" qəzetinin gündəlik çapı dayandırılır.

CityPost.az Teleqraf-a istinadən xəbər verir ki, qəzet may ayı ərzində həftəlik çapa keçəcək.

Həmçinin, iddialara görə, mətbuat orqanının əməkdaşları maliyyə durğunluğu ilə əlaqədar 6 aydır ki, əməkhaqlarını ala bilmirlər.

Məsələni dəqiqləşdirmək üçün qəzetin baş redaktoru İlqar Hüseynovla əlaqə saxlanılsa da, ancaq o, suala cavab verməkdən yayınaraq, telefonu qapadıb.

Qeyd edək ki, Azərbaycanda rus dilində çıxan qəzet ​1920-ci il noyabrın 7-dən "Bakinskiy rabochiy" adlı ilə çap olunur.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Prezidentdən DTX ilə bağlı FƏRMAN 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ilə bağlı Fərman imzalayıb.CityPost.az xəbər verir ki, Fərmanda deyilir:"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:1. “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 46 (Cild I); 2024, № 6 (I kitab), maddə 651) dəyişiklik təsdiq edilsin.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin"....

30 Aprel 2025, 18:06

Bu qəsəbələrdə 3 gün su olmayacaq  

1-3 may tarixlərində Sumqayıt şəhərini içməli su ilə təchiz edən kəmərdə aparılacaq təmir işləri ilə əlaqədar şəhərin bəzi hissələrinə, Müşfiqabad, Atyalı, 28 May qəsəbələrinin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq.CityPost.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.Bildirilib ki, 3 may axşam saatlarından etibarən işlər yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

30 Aprel 2025, 16:24

"Azərkosmos"un ixrac gəlirləri 15% azalıb  

Bu ilin yanvar-mart aylarında Azərbaycan Kosmik Agentliyi (Azərkosmos) dünyanın 40 ölkəsindən 100-ə yaxın şirkətə 4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.CityPost.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin“İxrac İcmalı”nın aprel sayına istinadən xəbər verir.Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,9 % azdır.Birinci rübdə “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65%-ni təşkil edib. 2025-ci ilin mart ayında isə “Azərkosmos” dünyanın 39 ölkəsinə 1,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.2025-ci ilin yanvar-mart ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 1 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 890,3 min ABŞ dolları...

30 Aprel 2025, 15:18

100-dən çox taksi sürücüsü imtahandan kəsilib  

Dövlət İmtahan Mərkəzi tərəfindən 30 aprel 2025-ci il tarixində xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün növbəti test imtahanı keçirilib.Bu barədə CityPost.az-ya DİM-dən məlumat verilib.İmtahan elektron qaydada kompüter vasitəsilə 1 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.Xatırladaq ki, imtahanda iştirak etmək üçün 780 namizəd qeydiyyatdan keçmişdir. Onlardan 712 namizəd imtahana gəlib. İmtahan nəticələrinə əsasən, 585 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı...

30 Aprel 2025, 14:46

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını edib - FOTO  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Sumqayıt Kimya Sənaye Parkında olub, “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərinin və “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodlarının açılışında iştirak edib.CityPost.az xəbər verir ki, əvvəlcə “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərinin istehsalı zavodunun açılışı oldu.İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına ölkəmizdəki sənaye zonaları və Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti barədə məlumat verdi.Hazırda Azərbaycanda 9 sənaye parkı və 4 sənaye məhəlləsi var. Sənaye zonaları üzrə indiyədək ümumi investisiya həcmi 8,1 milyard manat olan 170 sahibkarlıq subyektinə rezident və ya qeyri-rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılıb...

30 Aprel 2025, 14:04

Bəzi çaylarda sululuq artıb  

Çaylarda müşahidə olunan faktiki hidroloji vəziyyəti açıqlanıb.Bu barədə CityPost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, avtomat hidroloji stansiyaların aprelin 30-u saat 13:00-a olan məlumatına əsasən, bəzi çaylarda sululuq artıb. Kiçik Qafqaz ərazisindən axan Gəncəçay-Zurnabadda 3 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Zabuxçay-Bozluda 22 sm, Bərgüşadçay-Əliquluuşağıda 17 sm artım qeydə alınıb.

30 Aprel 2025, 13:37