Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan və Küveyt XİN rəhbərləri görüşüb  

Siyasət 30 Aprel 2025, 15:07

205

Küveytdə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu dövlətin xarici işlər naziri Abdullah Əli əl-Yahya ilə görüşüb.

"Bakinskiy rabochiy" qəzetinin gündəlik çapı dayandırılır.

CityPost.az xəbər verir ki, bu barədə XİN-in sosial media hesabında paylaşım edilib.

Bildirilib ki, görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın siyasi, iqtisadi-ticari, enerji, nəqliyyat-kommunikasiyaları, eləcə də humanitar sahədəki aspektləri nəzərdən keçirilib.

Tərəflər Yaxın Şərqdə təhlükəsizliklə bağlı, habelə qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunublar.

Görüşdə Azərbaycanla Küveyt Dövləti arasında Birgə Hökumətlərarası Əməkdaşlıq Komissiyasının III iclasının zəruriliyi qeyd edilib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov həmkarını postmünaqişə dövründə regionda vəziyyət, habelə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa işləri barədə məlumatlandırıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlham Əliyev İsrail Prezidenti İsxak Hersoqu təbrik edib 

Azərbaycan Prezidenti İlham Əliyev İsrail Prezidenti İsxak Hersoqa təbrik məktubu göndərib.Citypost.az-ın  məlumatına görə, məktubda deyilir:"Hörmətli cənab Prezident,İsrail Dövlətinin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.Azərbaycan ilə İsrail arasında mövcud olan dostluq əlaqələrinin və əməkdaşlığın yüksək səviyyəsi xalqlarımızın tarixi bağlılığının, bir-birinə bəslədiyi hörmətin və rəğbətin bariz ifadəsidir. Qarşılıqlı etimad və dəstək kimi möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-İsrail dövlətlərarası münasibətlərinin dinamik və hərtərəfli inkişaf etməsi məmnunluq doğurur.Azərbaycan yaxın dostu və etibarlı tərəfdaşı olan İsrail ilə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir. Bu gün ölkələrimiz iqtisadiyyat,...

30 Aprel 2025, 12:47

Ceyhun Bayramov Küveytə getdi

29 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinə rəsmi səfərə yola düşüb.Səfər çərçivəsində 30 aprel tarixində nazir Ceyhun Bayramovun Küveyt Dövlətinin xarici işlər naziri Abdullah Əli Əl-Yəhya ilə görüşünun, habelə digər yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.Səfər çərçivəsində həmçinin xarici işlər nazirinin həmsədrlik etdiyi Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclasının keçirilməsi nəzərdə tutulub....

29 Aprel 2025, 19:40

Nazirlər sülh prosesini müzakirə etdilər 

29 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti arasında telefon danışığı baş tutub.XİN-dən CityPost.az-a verilən xəbərə görə, telefon danışığı zamanı iki ölkə arasında gündəlikdə duran məsələlər, ikitərəfli və regional əməkdaşlıq mövzuları, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.Nazir Ceyhun Bayramov, qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, habelə mina təhdidi barədə məlumatlandırıb.Nazir Ceyhun Bayramov Ermənistanla normallaşma gündəliyinə də toxunaraq, Azərbaycan tərəfinin təşəbbüskarı olduğu sülh sazişi üzrə danışıqlar prosesində əldə olunmuş irəliləyişlər və bu prosesin uğurla yekunlaşmasının qarşısında duran...

29 Aprel 2025, 18:20

Pezeşkian İlham Əliyevə təşəkkür etdi

İran Prezidenti Məsud Pezeşkian dünənki Azərbaycana səfəri zamanı göstərilən qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.CityPost.az xəbər verir ki, bu barədə M.Pezeşkian “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.M.Pezeşkian səfər zamanı Azərbaycan və İran arasında mühüm razılaşmaların əldə olunduğunu xatırladıb."Bu səfər etimadın gücləndirilməsi və hərtərəfli elmi, iqtisadi, mədəni, müdafiə əməkdaşlığının yeni üfüqlərinin açılması üçün zəmindir. Azərbaycan Prezidenti İlham Əliyevə göstərilən qonaqpərvərliyə görə təşəkkür edirəm", - paylaşımda qeyd edilib....

29 Aprel 2025, 11:00

Pezeşkianın Azərbaycana səfəri başa çatdı

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 28-də başa çatıb.CityPost.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.İran Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər yola saldılar.

28 Aprel 2025, 23:28

Prezident Pezeşkianın Bakı səfərindən görüntülər paylaşdı - Video

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərindən görüntülər paylaşılıb.CityPost.az həmin paylaşımı təqdim edir: 

28 Aprel 2025, 22:49