Təbiətə 108 min manat ziyan vuruldu, cinayət işi başladı
Hadisə 30 Aprel 2025, 15:30

144
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Azərbaycanın 3 rayonu və 2 şəhərində qanunsuz ağackəsmə faktı ilə bağlı araşdırma aparılıb.
Bu barədə CityPost.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, araşdırmalar zamanı Qusar rayonu Gilahoba kəndində, Astara rayonu Kijəbə qəsəbəsində, Lerik rayonu Davradibi kəndində, Gəncə şəhəri Gəncə-Şəmkir yolunun sağ tərəfində, Mingəçevir şəhərində yerləşən Göygöl Milli Parkının idarəetməsində olan Varvara Ovçuluq Təsərrüfatının ikinci mühafizə ərazisinin “Karyer” deyilən sahəsində meşə fonduna daxil olmayan 264 ədəd ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 108 min manatdan çox ziyan vurulması müəyyən edilib.
Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 (ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) və 259.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi) maddələri ilə cinayət işləri başlanaraq ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Qusarda itkin düşən 84 yaşlı kişinin meyiti tapılıb
Qusar rayonunda dörd gün əvvəl itkin düşən şəxsin meyiti aşkar olunub.Aprelin 26-da evdən çıxıb geri qayıtmayan 84 yaşlı Qusar sakini Arif Uluxanovun meyiti tapılıb.Onun meyiti yaşadığı Qusar şəhərindəki evin su arxında aşkar edilib.Hadisə ilə bağlı araşdırma aparılır.
30 Aprel 2025, 10:23

Vətəndaşların bank kartlarından 36 min manatdan çox pul kiber üsulla oğurlanıb
Vətəndaşların bank kartlarından oğurluqlar davam edir.Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır.Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Aprelin 29-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 14900, 6900, 2997, 1863, 1600, 1530, 1000, 1000, 1000, 999, 360, 346, 300, 268, 212, 188, 100, 100, 100, 88, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb."Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının...
30 Aprel 2025, 10:22

Bakıda restoran yanır
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində restoranda yanğın olması barədə ilkin məlumat daxil olub.Məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.Əlavə məlumat veriləcək.
29 Aprel 2025, 19:18

"Köçəryan və Sarkisyan Şuşa əməliyyatının hazırlanmasına iştirak edib" - Erməni general
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Şuşa rayonunun işğalı ilə bağlı Ermənistan silahlı qüvvələrinin general-polkovniki Qurgen Dalibaltayanın (1926-2015) qeydləri yer almış videomaterial nümayiş etdirilib.
28 Aprel 2025, 14:49

DSX hərbçisi intihar etdi
Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik gizir Novruzov Rəhim Zeynal oğlu yaşadığı mənzildə intihar edib.Bu barədə
28 Aprel 2025, 13:30

ANAMA əməkdaşı Qazaxda minaya düşdü
İşgaldan azad edilmiş Qazax rayonunun Qızılhacılı kəndi ərazisində aprelin 28-də mina hadisəsi baș verib.
28 Aprel 2025, 13:19