Bizə yazın

Baku

-°C

USD

-

DYP-dən sürücülərə MÜRACİƏT  

Cəmiyyət 16 May 2025, 11:17

314

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi sürət həddinin aşılması ilə bağlı müraciət edib.

İdarədən CityPost.az-a verilən məlumata görə, müraciətdə deyilir:

"Yollarda sürət həddinin aşılması nəinki bir qanun pozuntusu, eyni zamanda insan həyatına yönəlmiş təhlükədir. Hər il ölkəmizdə qeydə alınan ağır yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri sürət həddinin aşılmasıdır. Bu cür məsuliyyətsiz davranış nəticəsində neçə-neçə valideyn övladını, ailələr sevdiklərini itirirlər. Bir saniyəlik ehtiyatsızlıq bir ömrün sonu ola bilər. Sürəti artırmaq nəqliyyat vasitəsinə nəzarəti itirmək, qarşı tərəfdəki günahsız insanların həyatını təhlükəyə atmaq deməkdir. Yol nişanlarında göstərilən sürət həddi sadəcə rəqəm deyil - insan həyatının sərhədidir!"

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edir:

-Qanunla müəyyən olunmuş sürət həddinə əməl edin.

-Yol və hava şəraitinə uyğun hərəkət edin.

Unutmayın ki, bir anlıq məsuliyyətsizlik bir ömürlük peşmançılığa səbəb ola bilər!

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Əfv Komissiyasının yekun iclası keçirilib  

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.Komissiyanın üzvü Əliməmməd Nuriyevin 

16 May 2025, 18:19

Sabahın havası açıqlanıb  

Mayın 17-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən 

16 May 2025, 12:17

Xankəndidə ilk dəfə qəbul imtahanı keçiriləcək  

Dövlət İmtahan Mərkəzi həm mayın 25-də, həm də iyunun 1-də Xankəndi şəhərində də qəbul imtahanları keçirəcək. Bu işğaldan azad edilmiş bölgələrdə keçirilən ilk qəbul imtahanıdır.Bu barədə 

16 May 2025, 12:12

Bu gün hava küləkli olacaq - XƏBƏRDARLIQ 

Mayın 16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.CityPost.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Məlumata görə, Bakıda və Abşeron yarımadasında, Xızı, Siyəzən, Şabran, Naftalan, Goranboy, Şəmkir, Tovuz, Ceyrançöl, Qazax, Ağstafa, Qobustan, Hacıqabul, Gəncə, Daşkəsən, Gədəbəy, Samux, Göygöl, Xaçmaz, Kəlbəcər, Laçın, Mingəçevir, Qusarda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək....

16 May 2025, 10:35

Bu gün Əfv Komissiyasının 2025-ci il üçün sonuncu iclası keçiriləcək 

Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün sayca 7-ci iclası keçiriləcək.Bu barədə CityPost.az-a  Əfv Komissiyasının üzvü, deputat Fazil Mustafa məlumat verib.O bildirilib ki, bu gün komissiyanın bu il üçün sonuncu iclası keçiriləcək:"İclasda komissiyaya daxil olan yeni müraciətlərə baxılaraq yekun vurulacaq. Müsbət rəy verilənlərin siyahısı ölkə Prezidentinə təqdim ediləcək".Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının 2025-ci il üzrə 6 iclası olub və 700-dən çox müraciətə baxılıb.Xatırladaq ki, Əfv Məsələləri Komissiyasının iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir....

16 May 2025, 10:25

Vətəndaşların bank kartlarından 11 min manatdan çox pul oğurlanıb

Vətəndaşların bank kartlarından mayın 15-də 11 min manatdan çox pul oğurlanıb.Bu barədə CityPost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır:"Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 15-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 3200, 3118, 999, 908, 800, 700, 441, 393, 361, 258, 254, 150, 112, 83, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb".Nazirlik vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edib. Qeyd olunub ki, naməlum zənglərlə,...

16 May 2025, 10:07